16-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Kainatın Qiyamət Günü necə başlanacaq:Böyük partlayışdan, Böyük toqquşmadan, yoxsa Böyük donuşdan? – Araşdırma

11 Mart 2018, 12:00
Araşdırma
A A
Kainatın Qiyamət Günü necə başlanacaq:Böyük partlayışdan, Böyük toqquşmadan, yoxsa Böyük donuşdan? – Araşdırma

Yun Forslinq

Aftonbladet (İsveç), 09.03.2018

 

Bizim Kainatın sonu varmı və varsa, onda necədir?

Budur, alimlərin kosmik Qiyamət günüylə bağlı irəli sürdükləri üç əsas nəzəriyyə.

Stokholm universitetinin müəllimi Markus Yanson deyir: “Elə ola bilər ki, yekunda Kainatdan ancaq buz şorba qalar”.

Kainatı, adətən, nəsə nəhayətsiz bir şey kimi təsvir edirlər. Amma alimlərin  çoxu hesab edir ki, kosmos, əslində, gözəl günlərin birində öz varlığına son qoyacaq: düzdür, məhz necə – bunu dəqiq bilmirlər.

Stokholm universiteti astronomiya kafedrasının müəllimi Markus Yanson deyir:  “Əlbəttə, başlanğıc üçün qeyd etmək lazımdır ki, məhz nə baş verəcəyini heç kim dəqiq bilmir. Amma alimlərin çoxu bu gün yenə də bunda tuş gəlirlər ki, Kainat indiki formasında belə, ya elə, öz varlığına son qoyacaq”.

O, davam edir: “Termodinamikanın qanunları bizə deyir ki, bizim Kainatda hərc-mərclik daim çoxalır. Enerjinin istifadəyə yararlı növləri getdikcə daha çox dərəcədə istifadəyə yararsıza çevrilir”.

Bu gün kosmosumuzun sonsuz sayda kainatlardan yalnız biri olduğu haqda  müxtəlif xeyli nəzəriyyə var və bu gün tanıdığımız və müşahidə edə bildiyimiz Kainatın müxtəlif ölçüləri (aləmləri-tərc.) var.

Bundan savayı, bizim universumun gözəl günlərin birində öz mövcudluğunun axırına çata biləcəyi haqda müxtəlif nəzəriyyələr var. Ən geniş yayılmış nəzəriyyələri sıradakı kimi təkrarlamaq olar.

 

Böyük toqquşma

Çoxumuz Kainatın kəskin şəkildə genişlənməsi haqda Böyük partlayış (Big Bang) adlı nəzəriyyədən xəbərdarıq – nəticədə, təxminən, 13,8 milyard il əvvəl zaman, məkan və materiya meydana çıxıb.

Böyük toqquşma, demək olar, Böyük partlayışın eynisi, amma əksinədir. Kosmosun necə genişləndiyini hazırda seyr edə bilərik, amma bu nəzəriyyəyə əsasən, Kainatın ümumi qravitasiya qüvvələri zaman keçdikcə tədricən onun hərəkətini dayandıracaq və bütün materiyanı yenidən bir nöqtəyə cəmləməyə başlayacaq.

Markus Yanson deyir: “Bu nəzəriyyə uzun müddət daha həqiqətəoxşar sayılıb. Kainatda böyük miqdarda materiya var və ehtimal etmək olar ki, onun hissələri bir-birinə cəzb olunur. Buna görə kosmos indi hətta genişlənirsə də, bu nəzəriyyəyə əsasən, qravitasiya ən sonda yüyürməyi dayandıracaq və Kainat yenidən yığılmağa başlayacaq”.

Lakin bəzilərinin  hesab etdikləri kimi, bu, hökmən bildirmir ki, Kainat “bitəcək”. İstisna deyil ki, bütün proses sadəcə təkrarlanacaq və yeni Böyük partlayış baş verəcək. Başqa sözlə, Kainatımız gah genişlənməyə, gah da yığılmağa məhkumdur – sanki döyünən qəlb kimi.

Markus Yanson əlavə edir: “Bir neçə il qabaq bu nəzəriyyənin daha çox  tərəfdarı vardı. İndi isə aşkarlamışıq ki, Kainta sadəcə genişlənmir, amma həm də sürətlənir – özü də getdikcə daha çox sürətlənir”.

 

Böyük partlayış

Bu versiya Böyük toqquşma nəzəriyyəsinin, bir növ, əksidir. Araşdırıcılar hesab edirlər ki, Kainatın indi sürətlənən genişlənməsi qravitasiyaya əks-tarazlıq kimi təsir edən qara enerjidən törəyib. Dünyanın hətta aparıcı fizikləri də bu qara enerjinin özlüyündə nəyi ifadə etdiyini və ya nədən ibarət olduğunu izah edə bilmirlər. Amma hər şeyi sadə sözlərlə açıqlamağa cəhd etsək, məlum ola bilər ki, Kainatımızın son aqibəti məhz qara enerjiylə qravitasiya arasındakı mübarizədə müəyyən olunacaq.

Qravitasiya son hesabda qalib gələrsə, onda ehtimal ki, Kainat “Böyük toqquşma” nəzəriyyəsinə uyğun olaraq çırpılacaq. Amma qara enerji qravitasıyadan daha güclü çıxarsa, kosmos getdikcə daha sürətlə genişlənməyə başlayacaq.

Qara enerji ən sonda o qədər güclənəcək ki, atomları parça-parça edə bilər ki, bu da öz növbəsində Böyük partlayış deyilən hadisəyə səbəb ola bilər.

“Kainat sürətlə genişlənməyi davam etdirsə, daha da sürətlənsə, bu nəzəriyyəyə əsasən, sürətlənmə sonda o qədər gücü olacaq ki, hətta atomlar da bir tam kimi qala bilməyəcək”.

 

Böyük donuş

 

Bu nəzəriyyəni həm də Böyük şaxta adlandırırlar. Ona əsasən, Kainatın genişlənməsi daha sürətlə davam edəcək və deməli, qalaktika və səma cisimləri arasında məsafə böyüyəcək. Bu öz növbəsində səbəb olacaq ki, bu günki Kainatın istilik enerjisi böyük fəza üzrə bərabər şəkildə paylanacaq və Kainat sonda törəniş və həyatı dəstəkləmək üçün son dərəcə  soyuq olacaq.

Stokholm universitetindən Markus Yanson izah edir: “Qaz artıq o qədər sıx olmayacaq, çünki getdikcə daha çox seyrəlməyə başlayacaq, deməli, yeni ulduzlar doğulmayacaq. Ulduzlarsız isə planetləri heç nə qızdırmayacaq”.

Hokinq şüalanması deyilən nəzəriyyəyə görə, həta qara dəliklər də bu gələcək Kainatda yoxa çıxacaq, çünki kütləni tədricən itirirlər. Ən sonda kosmozumuz planetsiz, ulduzsuz, qara dəliksiz olacaq – böyük hesabla, ümumiyyətlə, heç nə qalmayacaq.

“Bu ssenari kosmosumuzun məhz hansı anda öz varlığına son qoyacağı dəqiq məqamı göstərmir. Ola bilər ki, ən nəhayətdə sadəcə seyrək,   hərəkətsiz atomlardan buzlu kainat şorbasının böyük boşqabı qala bilər”.Deməli, necə olacaq – Kainat hissələrə qopub buz şorbasına dönəcək, yaxud kiçik kürəciyə qədər sıxılacaq?

O vaxtacan yaşayan biləcək.

Tərcümə Strateq.az-ındır.

Əvvəlki yazı

SON DƏQİQƏ: Yevlaxda şagirdləri daşıyan avtobus qəzaya uğradı

Sonrakı yazı

ABŞ qırıcısının UNO-nu yaxalama anı – VİDEO

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

16 Avqust 2025, 12:12
Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

Bakıda üçdən çox nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

16 Avqust 2025, 11:15
Trampdan görüşlə bağlı AÇIQLAMA

Tramp: “Razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik”

16 Avqust 2025, 10:54
Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

Mərkəzi Klinikanın həkimi müharibə əlilinin ölümünə səbəb olub? – Firdovsi İbrahimovla bağlı ölkə rəhbərliyinə müraciət edilib

16 Avqust 2025, 10:51
DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

DSX əməkdaşları miqdarda narkotik vasitənin ölkəyə keçirilməsinin qarşısını alıb – FOTO

16 Avqust 2025, 10:43
ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

16 Avqust 2025, 10:37
“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

“Ukrayna xalqı qardaşımızdır, baş verənlər bizim üçün faciədir” — PUTİN

16 Avqust 2025, 10:34
Messinin zədəsi sağalıb

Messinin zədəsi sağalıb

16 Avqust 2025, 10:31
Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur

16 Avqust 2025, 10:29
Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

16 Avqust 2025, 10:26
Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu – TƏFƏRRÜAT

16 Avqust 2025, 10:24
Trampdan görüşlə bağlı AÇIQLAMA

Trampdan görüşlə bağlı AÇIQLAMA

16 Avqust 2025, 10:21
Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

Putin jurnalistlərin sualları qarşısında özünü eşitməzliyə vurdu – VİDEO

16 Avqust 2025, 10:20
Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

Bakıda yaşayış binasında yanğınla nəticələnən partlayış olub

16 Avqust 2025, 10:18
Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

14 Avqust 2025, 11:55
Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

14 Avqust 2025, 11:51
Zelenski bu gün Starmerlə görüşəcək

Zelenski bu gün Starmerlə görüşəcək

14 Avqust 2025, 11:46
Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

14 Avqust 2025, 11:41
İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

14 Avqust 2025, 11:34
DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

14 Avqust 2025, 11:00

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.