Reportyor.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, diplom dövlət sənədidir: “Ailələr üçün simvolik əhəmiyyəti olsa da, nazir olaraq diplom yazıb vermək səlahiyyətim yoxdur. Diplom verilməsi üçün ali məktəbi bitirən şəxs tələbə-məzun sisteminə düşməli və digər prosedurlardan keçməlidir. 4-cü kursda təhsil alan və bir-iki kəsri olan həmin kateqoriyadan olanların ailəsinə diplomlar təqdim edilib”.