Qətl törətdiyi üçün həbs edilən meyxana Rəşad Dağlının əvvəllər narkotik maddə ittihamı ilə məhkumluq yaşadığı haqda iddialar dolaşmaqdadır. Sosial şəbəkələrdə bu barədə müxtəlif informasiyalar dolaşır. Reportyor.info bu nüansı dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyinə sorğu göndərib və nazirlikdən bildirilib ki, Rəşad Dağlı narkotik ittihamı ilə heç vaxt həbs olunmayıb.