12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

İranın arzusu gözündə qaldı, inqilab yetişir – Çöhrəqanlı

04 Noyabr 2022, 12:29
Siyasət
A A
İranın arzusu gözündə qaldı, inqilab yetişir – Çöhrəqanlı

Baş verənlər İranın molla, faşist rejiminin ənənəvi mövqeyidir. Yavaş-yavaş pərdə yırtılır və rejimin xəyanətləri daha konkret şəkildə üzə çıxır.

Bu sözləri Axar.az-a İranın Ermənistana dəstəyi haqqında danışan Güney Azərbaycan Milli Oyanış Hərəkatının rəhbəri Mahmudəli Çöhrəqanlı deyib.

O xatırladıb ki, Tehranın Birinci Qarabağ müharibəsi zamanı da Ermənistanı dəstəklədiyi hər kəsə bəllidir:

“İran Birinci Qarabağ müharibəsi dövründə də ermənilərin yanında olub. Tehranda rejimə yaxın olan güclərin də mənə bununla bağlı dediyi faktlar var. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan demişdi ki, İranın yardımı olmasaydı, ölkə məhv olacaqdı. Bu yardımların arasında silah-sursat da var idi və torpaqlarımızın işğalında İranın izi, rolu var. Rejimin hədəfi və məqsədi Azərbaycanı zəif və axsaq görmək, buna müxtəlif vasitələrlə nail olmaqdır. Onlar istəyirlər ki, İranda yaşayan 35 milyon Azərbaycan türkü və digər türk boyları Arazın şimalına baxdıqları zaman zəif, gücsüz, səfil bir ölkə görsünlər, iyrənsinlər və birləşməyə həvəsləri olmasın. Yəni son nəticədə İran parçalanmasın. Bu rejim bizə və orada yaşayan digər türklərə qarşı hər zaman vəhşicəsinə, faşist kimi rəftar edib. Soydaşlarımız orada ən ibtidai, minimum haqlarından məhrumdurlar. Türklər İranda ümumi əhalinin 55 faizini təşkil edir. Orada tarix boyu türk dövlətləri qurulub, türklər öz canları, qanları bahasına farsların canını, malını, namusunu qoruyublar”.

Çöhrəqanlı bildirib ki, 1925-ci ildə Pəhləvilər ABŞ və İngiltərənin köməyi ilə Qacarları devirib hakimiyyətə gələndən sonra xalqımıza zülm edib:

“Şeyx Məhəmməd Xiyabaninin yaxınları həbslərdə öldürüldü, onları küçələrdə qatır və atlara qoşub sürüdülər. 1946-cı ildə milli hökumətimiz devriləndə 35 min soydaşımız qətlə yetirildi. Mən isə 1995-1996-cı illərdə Təbrizdən 673 min səs toplamağıma rəğmən, millət vəkili ola bilmədim və həbs edildim, işgəncələr, travmalar yaşadım. Məqsəd də bəlli idi.

Ancaq İranın istəkləri həyata keçmədi. Hazırda qarşılarında dünyanın ən güclü ordularından birinə sahib, demokratik, müasir və beynəlxalq aləmdə getdikcə mövqelərini qüvvətləndirən, öz torpaqlarını işğaldan azad edən bir Azərbaycan Cümhuriyyəti var. Bu isə İran rejimini sarsıdır. İndi Cənubdakı soydaşlarımız Şimala həsrətlə baxır. İranda hakimiyyət azərbaycanlıların hesabına ayaq üstə dayanıb. SEPAH, “Bəsic” və ETTELAAT-ın yarısı, ordunun 60-70 faizi, bütün universitetlərdə professorların əksəriyyətini azərbaycanlılar təşkil edir. Hər sahədə azərbaycanlılar çoxluqdadır. Lakin hansı azərbaycanlılar? Ən ibtidai hüquqlarından məhrum edilmiş, diskriminasiya və assimlyasiyaya uğramış azərbaycanlılar. Milli və siyasi şüura malik olmağımızı, oyanmağımızı istəmirlər. Ona görə Azərbaycandakı müqəddəs dövlətimizə, müstəqilliyimizə qarşı bütün addımları atırlar.

Hazırda soydaşlarımız baş verən haqsızlığa və Azərbaycanımıza qarşı edilənlərə etiraz edirlər. Təbriz ayaq üstədir, Kərəcda tarix yazılır. Hədis Nəcəfinin 40 mərasimi ilə bağlı böyük mitinqlər oldu. Gedişat yaxın zamanda İranda inqilabın baş verəcəyini göstərir. İnanıram ki, qısa müddətdə Cənubdakı soydaşlarımız da öz müstəqilliklərini elan edəcək və dövlət quracaqlar. Tarixi məqam yetişəndə isə xalqımızın iradəsi və istəyi ilə Cənub və Şimal birləşəcək”.

Əvvəlki yazı

DTX-nın saxladığı nazir müavini danışdı

Sonrakı yazı

Novella Cəfəroğlu: “Azərbaycanda iki partiya olsun, bəsdir”

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.