12-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Erməni milyarder pərt oldu: Putinin Ruben mesajı…

03 Noyabr 2022, 13:51
Gündəm, Manşet
A A
Erməni milyarder pərt oldu: Putinin Ruben mesajı…

Moskvadan Xankəndinə köçən və separatçıların “baş naziri” postuna təyin olunan erməni milyarder Ruben Vardanyanın Rusiyanın “Kommersant” qəzetinə geniş müsahibə verib.

 

O, həm Xankəndə görəcəyi işlərdən, həm də faktiki vəziyyətdən danışıb. O səsləndirdiyi fikirlər Rusiya rəhbəri Vldaimir Putinin “Valday” diskusiya klubundakı çıxşının əsas tezisləri ilə üst-üstə düşür.

Vardanyan iddia edib ki, Xankənində il görüləsi iş təhlükəsizlik problemini həll etməkdən ibarət olmalıdır.

“Sülhməramlı qüvvələrin yerləşdirilməsinə baxmayaraq, faciə ilə başa çatan bir çox insidentlər məlumdur. Özümü təhlükəsiz hiss etmirəm, bu günə heç bir əminlik yoxdur, nəinki sabaha. Bu şəraitdə olan-qalan əhalini burada saxlamaq çətindir”, – erməni milyarder qeyd edib.

Vardanyan Qarabağdan xeyli sayda erməninin getdiyini etiraf edib və bunu regionda təhlekənin qalması ilə əlaqələndirib.

Separatçı rejimin “baş naziri” daha sonra 31 oktyabrda keçirlən Soçi danışıqlarından bəhs edib və məyusluğunu gizlətməyib: “Təəssüf ki, danışıqları uğurlu hesab etmək olmaz. Yekun mətndə açıq qalan “dağlıq Qarabağ”ın “statusu” məsələsi qeyd olunmur. Həmçinin heç bir yerdə deyilmir ki, Rusiya sülhməramlıları sülhü təmin etməyə və “artsax”da qalmağa davam edəcək, siyasi həll tapılana qədər tərəfləri gücdən istifadə etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkindirəcəklər. Həmçinin, yekun bəyanatda “dağlıq Qarabağ”ın “statusu” məsələsinin beynəlxalq vasitəçilik yolu ilə həlli üçün danışıqlarda “dağlıq Qarabağ”ın özünün nümayəndələrinin iştirak etdiyi barədə heç nə yoxdur. Sənədlərdə yazılanlar mənə, “artsax”a və onun xalqına heç bir şəkildə uyğun gəlmir”.

Vardanyan jurnalistin “sizin Ermənistan siyasətinə girmək ambisiyanız var, ya yox” sualına belə iddialı cavab verib: “Şüur və idrak göstərir ki, xalqımızın ciddi problemi var – yeni mexanizmlərin, o cümlədən dövlətçiliyin, diasporla əlaqələrin qorunub saxlanılması və inkişafı. Bu çağırış məsuliyyəti öz üzərinə götürməyə hazır insanlar tələb edir. Mən erməni dünyasında baş verənlərə görə məsuliyyət daşımağa hazırammı? Mən son 20 ildə bu işlə məşğulam. Başqa şeylər arasında mənim üçün narahat olan şeylərə getməyə hazırammı? Bəli, mütləq. Mən vəziyyətə başqa cür baxıram, ona görə də hər şeyi etməyə hazıram ki, xalqımın, millətimin sabit, ciddi qurumları, insanların özünü xoşbəxt hiss etdiyi düzgün, ədalətli cəmiyyəti olsun, bir tərəfdən də bununla fəxr etsin”.

 

Vardayanın dediklərini şərh edən politoloq Elxan Şahinoğlu bildirir ki, məşhur “Kommersant” qəzetinin müxtəlif dövlətlərin liderlərindən bu böyüklükdə müsahibə yayımladığını xatırlamır: “Ruben Vadyanyanın geniş müsahibəsini qısaca belə xarakterizə etmək mümkündür.

Birincisi, “Qarabağın “statusu” müəyyənləşməyənə qədər rusiyalı hərbçilər bölgəni tərk etməməlidirlər”.

İkincisi, “rəsmi Bakı Qarabağın erməni əhalisi ilə təmaslara başlamalıdır”.

Üçüncüsü “iki xalqın qonşu kimi yaşamasının formulu tapılmalıdır”.

Müsahibədən o da aydın olur ki, Ruben Vardanyan müharibədən qorxur və müsahibədə müharibə adamı olmadığını nümayiş etdirir. Ruben Vardanyan Soçi görüşündə Qarabağın adının çəkilməməsindən məyusluğunu da ifadə edib”.

Politoloq əlavə edir ki, Ruben Vardanyanın Xankəndinə köçməsi Kremlin layihəsidir. “Bunu geniş müsahibədən də aydınlaşdırmaq olar. Kreml bizə belə bir mesaj göndərir: “Ruben Vardanyan Azərbaycana qarşı müharibələrdə iştirak etməyib, əgər rəsmi Bakı Araik Arutunyanla görüşmək istəmirsə, Vardanyanla görüşə heç nə mane olmur”.

E. Şahinoğlunun sözlərinə görə,  Kreml Vardanyanın dili ilə bizə başqa bir mesaj da göndərir ki,Rusiya sülhməramlılarının Qarabağda qalma müddətini uzatmaq lazımdır.

E. Şahinoğlunun fikrincə, Azərbaycan rəsmilərinin Ruben Vardanyanla görüşü mümkün ola bilər.

“Bu ancaq Vardanyanın Azərbaycan qanunlarına tabe olması halında mümkündür. O isə Azərbaycan ərazisində qanunlarımıza tabe olmaq istəmir. Rusiya hərbçilərinin Qarabağda qalma müddəti 2025-ci ildə bitir, bunu tez-tez rusiyalı rəsmilərin diqqətinə çatdırmaq lazımdır. Bu həm də ona görə tez-tez təkrarlanmalıdır ki, Ruben Vardanyan və Qarabağdakı digər ermənilər rusiyalı hərbçilərə arxayın olmasınlar”, – təhlilçi vurğulayıb.

Əvvəlki yazı

Sülh Tiflisdə imzalanacaq, şərtləri isə budur? –

Sonrakı yazı

Bayram Yusifovun “ağsaqqallığı” ilə bağlı ilginc məlumatlar: iki MTK-ya 13 milyonluq ziyan

Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.