13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Zəngilandan dünyaya barış mesajı verən Türk gücü

21 Oktyabr 2022, 11:02
Cəmiyyət
A A
Zəngilandan dünyaya barış mesajı verən Türk gücü

Azərbaycan tarixinin şanlı səhifə si olan Zəfər Savaşının qürurlu ildönümlərini yaşamaqdayıq. 30 il ərzində işğal tarixlərini sızıntı və qüssə ilə qeyd edən xalqımız indi həmin yurdların azad olunma günlərin sevincin yaşayır. Azərbaycan prezidentinin birbaşa nəzarəti və rəhbərliyi altında işğaldan azad olunmuş bölgələrdə aparılan genişmiqyaslı abadlıq quruculuq işləri isə bu sevinci bir qədər də artırır. 44 gün ərzində cəbhə meydanında Baş Komandan, diplomatiya masasında fövqəlsiyasətçi olan Azərbaycan lideri bu gün eyni qüdrət və bacarıqla yenidənqurma işinə rəhbərlik edir.

İşğaldan azad olunmuş ərazilərdə digər infrastruktur layihələrlə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının tikintisinə başlanmış, regionun inkişafında strateji əhəmiyyət kəsb edən 3 hava limanının inşa edilməsi postmüharibə dövründə həyata keçirilən genişmiqyaslı işlərin əsasını təşkil edir. Təxminən bir il öncə müasir standartlar əsasında tikilmiş Füzuli Beynəlxalq Hava Limanının açılışının ardınca Zəngilanda da belə bir hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa oluna¬cağının və oraya yenidən həyatın qayıtmasının bariz nümunəsidir. Qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bölgədəki quruculuq işlərinə “Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisi”-deyə qiymət verməsi də təsadüfi deyildi. Dünyanın həm siyasi, həm iqtisadi baxımdan indiki çalxalanma dönəmində Azərbaycanın işğal dönəmində xaraba qoyulmuş yurdlarımızda gördüyü işlər fantastikdir. Zəngilan Hava Limanı isə xüsusi geostrateji əhəmiyyətə malikdir. Zəngəzur dəhlizinin açılması ilə iqtisadi baxımdan ən sərfəli Şərq-Qərb marşurutunun mühüm bölgəsi olan bu rayon qlobal loqistik layihələrin mərkəzinə çevriləcək. Biz bölgədə davamlı sülhün və hərtərəfli normallaşmanın tərəfdarıyıq. Bu coğrafiyadan keçəcək quru və dəmir yolu xətləri təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün iqtisadi və ti¬cari fürsətlər yaradacaq.

Təbii ki, hər bir açılışın, təməqoyma mərasiminin dövlətimziin iqtisadiyyatı üçün mühüm önəmi var. Şübhəsiz ki, belə bir hadisəni daha əhəmiyyətli edən Füzuli Beynəlxalq Hava Limanında ilk rəsmi qarşılanmanın həyata keçirilməsi və bu ilk uçuşun qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə gerçəkləşməsidir. Geostrateji cəhətdən bu yolun təməlinin qoyulması və Zəngəzur dəhlizinin reallaşması üçün atılan ən mühüm addımın gerçəyə çevrilməsi, ələlxüsus da, qardaş dövlətin başçı¬sının bu önəmli mərasimdə şəxsən iştirakı hadisənin ağırlığını, san¬balını tarixiləşdirir, siyasi-iqtisadi əhəmiyyətini genişləndirir. Azərbaycanın haqlı davasında bir an belə yanından uzaq olmayan qardaş Türkiyə dövlətinin hazır¬da da bu birliyi, bu səmimiyyəti ən yüksək səviyyədə göstərməsi, dövlət səviyyəsində Azərbaycanın bu diyarı cənnətə çevirmə missiyasında ya¬nında yer almasını Zəngilan Hava Limanının açılışında hər iki xalq olaraq bir daha sevinclə və fərəhlə izlədik. Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan – Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz. İki qardaş ölkənin yaxından iştirakı ilə reallaşdırılan qlobal layihələr regionun mənzərəsini dəyişir. Cənubu Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, bu bölgənin yaxın gələcəkdə dünyanın inkişaf mərkəzlərindən birinə çevrilməsi üçün əsaslı zəmin formalaşdırır. Bu prosesə töhfə verən hər kəs bundan yalnız faydalanacaq.

Azərbaycan və Türkiyə bu gün regionda yeni bir reallıq yaradır. Qarabağ savaşı Böyük Qələbəmizlə başa çatandan sonra Cənubi Qafqaz çox ciddi və mühüm bir başlanğıca qədəm qoyur. O başlanğıcın adı Sülh, Sabitlik və İnkişafdır! Türkiyə Prezidentinin Hava Limanının açılışından sonra Cəbrayıl rayonunda “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasiminə qatılması, Azərbaycan prezidenti ilə birgə burda ağac əkməsi və əraziyə ceyran buraxılması. Həm də bunun mesajı idi. Bu gün bölgədə əsas söz sahibi artıq Türkiyə və Azərbaycandır, ikinci Qarabağ müharibəsində qalibiyyət regionda Türkiyə Azərbaycan müttəfiqliyinin ən yüksək zirvəsidir. Bu müttəfiqlik məhz Şuşa Bəyannaməsi ilə rəsmiləşdi. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan təkcə iki türk dövlətinin qardaşlığını inkişaf etdirmir, həm də türk dünyasının birləşməsinə aparır.

Fəzail İBRAHİMLİ
Milli Məclis Sədrinin Müavini

Əvvəlki yazı

Kəlbəcərdə təminat daşıyan texnikamız atəşə tutulub

Sonrakı yazı

“İmam Mehdi gələndə gərək birinci İrandan başlasın” – Siyavuş Novruzov

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.