13-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Rasim Məmmədov zavodun pullarını “yuxarı”ya vermək adıyla özünə götürüb

18 Oktyabr 2022, 13:13
Cəmiyyət
A A
Rasim Məmmədov zavodun pullarını “yuxarı”ya vermək adıyla özünə götürüb

“Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə araşdırması davam etdirilib.

 

Rasim Məmmədovun vəkilləri Pərviz Məmmədov və Zibeydə Sadıqova vəsatət qaldıraraq isveçrəli müdafiəçilərin və vəkil Elçin Sadıqovun məhkəməyə buraxılmasını istəyiblər.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra prosesdə Rasim Məmmədovun dostu və iş ortağı olmuş Yusif Hənifəzadə dindirilib. Yusif Hənifəzadə iş üzrə ən vacib şahidlərdən biri hesab olunur. Təqsirləndirilən şəxs özü də dəfələrlə bu şahidin adını çəkib. Yusif Hənifəzadə Rasim Məmmədovun bu günə qədər danışdıqlarının yalan olduğunu, onun “Baku Steel Company”ni öz puluyla almadığını, gəlirləri “yuxarılara” çatdırması haqda səsləndirdiyi iddiaların həqiqət olmadığını deyib. Yusif Hənifəzadə şirkətin Rasim Məmmədovun olmadığını bildirsə də, kimə məxsus olduğunu açıqlamayıb: ““Baku Steel Company”nin Rasim Məmmədovdan əvvəlki rəhbərliyi milliyyətcə yəhudi olan iş adamları idi. Onların dövründə baş direktor olan Devid də “Baku Steel Company”ə “Bakcell”dən getmişdi.

Devidə dedim, payçıları (Maşkeyeviç və Beni) yola gətirsin, oranı alaq. Yəhudi iş adamları da buradan getmək istəyirdilər. Beni 25 faizlik payını 15 milyona satdı. Maşkeyeviç satmaq istəmirdi, onu da yola gətirdi. O da özünün 25 faizlik payını satdı. 50 faiz də əvvəldən “Politon” şirkətinə satılmışdı. Necə oldusa, Rasim Məmmədov gəlib Müşahidə Şurasının sədri oldu. Rasim böyük pullar qazanmağa başlayandan sonra çox dəyişdi, hətta mənim zənglərimə da cavab vermirdi”.

Şahidin sözlərinə görə, Rasim Məmmədov həm ölkə daxilində, həm də xaricdə müxtəlif şirkətlər yaradıb, zavodlar alıb, onların vasitəsilə də “Baku Steel Company”ə ziyan vurub:

“O şirkətlər hamısı pulyuma vasitəsi idi. “Baku Steel Company”nin armaturlarını ucuz verirdi, onlar da üstünə marja qoyub satırdılar. Bir şirkətin dövriyyəsi şişən kimi başqasını yaradırdı. 2016-2017-ci illərdə Aktauda zavod tikirdi. “Baku Steel”in kassasında 39-40 milyon borc yaranmışdı, maaşları, işıqpulunu verə bilmirdi”.

Yusif Hənifəzadə ifadəsi zamanı Rasim Məmmədovun “Baku Steel Company”ni öz puluyla alması, gəlirləri “yuxarılara” çatdırması haqda səsləndirdiyi fikirlərin də yalan olduğunu bildirib:

“Rasim Məmmədov zavodun kassasından çıxan pulları “yuxarı”ya vermək adıyla özünə götürüb. 2020-ci ildə buna tam əmin oldum. Mən zavodda idim, dedi ki, təcili 350 min lazımdı, çatmalıdı. İşçilər düzüb-qoşub düzəltdilər. Həmin gün düşdüm dalınca, onu izlədim, gördüm ki, evinə getdi. Onda başa düşdüm ki, “yuxarı” deyəndə öz evini nəzərdə tuturmuş. Evi axırıncı mərtəbədə yerləşir…

Bundan əvvəl isə “Araz” kinoteatrı məsələsində də məni aldatmışdı. 2011-ci ildə kinoteatrın binasının satılması məsələsi ortaya çıxanda Rasim Məmmədov mənə binanı şərik almağı təklif edib. Söz verdi ki, əmlak mənim adıma olacaq. 3.5 milyon pul verdim. 3 ay sonra gördüm ki, atasının adına alıb”.

Rasim Məmmədov isə Yusif Hənifəzadənin həqiqətləri bilə-bilə yalan danışdığını deyərək onu qorxaq adlandırıb:

“Təqsir məndədir ki, sizin kimilərlə işləmişəm. Vaxtilə mən Eldar Mahmudovdan canını qurtaranda belə danışmırdın. İndi də başqa bir iş adamının böyründəsən, Allah eləməsin, o da gəlib bura düşsə, gəlib onun da üzünə durarsan”.

Proses oktyabrın 21-i davam etdiriləcək.

Qeyd edək ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Əvvəlki yazı

Mehriban Əliyevadan Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım

Sonrakı yazı

Kreml: Səfərbərliyə cəlb olunanların sayı 300 mini keçə bilməz

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.