11-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir”

10 Oktyabr 2022, 15:49
Cəmiyyət
A A
“Dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir”

 

Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilən görüşünü bir neçə cəhətdən tarixi-siyasi
amillərlə şərtləndirmək mümkündür. Birinci məsələ olaraq, bu görüş Avropa İttifaqı ilə əməkdaşlıq baxımından önəm kəsb edir. Cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumu onu göstərdi ki, Avropada Azərbaycanın enerji resurslarına tələbat böyükdür. Bundan başqa, istər siyasi dialoqların düzgün qurulması, istərsə də nəqliyyat, ticarət, neft, qaz resursları ilə bağlı əməkdaşlıqlar üçün yeni imkanlar yaradılıb. Bu məsələlərin hər biri ilə bağlı Prezident cənab İlham Əliyev şərh edərək bildirib ki, Azərbaycanın coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir. Burada həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri nəzərdə tutulur;
– Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu
sahəsində də özünü göstərir;
– Dünyada mövcud geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin
artırmışdır. Ötən il qaz ixracatımız əvvəlki ilə nisbətən 40 faiz artmışdır. Bu il təxminən daha 30-40 faiz artacaqdır. Əlbəttə ki, bu, böyük sərmayə tələb edir. Ona görə Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq. İndi yeni qaz yataqları istismara düşür, mövcud qaz yataqlarından hasilat artırılacaq. Azərbaycanın həm qazı, həm nefti, eyni zamanda, elektrik enerjisi də Avropa qitəsinə ixrac ediləcəkdir;
– Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə olunması böyük
həcmdə təbii qaz ehtiyatı yaradacaq. Enerji təsərrüfatının səmərəliliyinin
artırılması nəticəsində itkilər müəyyən dərəcədə ixtisar ediləcək. Bu görüş Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üçün də önəmlidir. Qeyd edək ki, Brüsseldə də bir neçə dəfə üçtərəfli görüş keçirilmişdir. Hər bir görüş iki dövlət arasındakı münasibətlərin qurulmasında, sülhün bərbasına kömək olur. Cari dördtərəfli görüş zamanı Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı önəmli məsələlər müzakirə olunub. Bu cür görüşlərin əsas məqsədi tezliklə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını təmin etməkdir. Dörd tərəfli bu görüş sülh prosesini daha da sürətləndirilməsinə hesablanıb. Unutmaq olmaz ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu ərazilərə ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb və bunu təkcə bizə qarşı deyil, bütün insanlığa qarşı cinayət hesab etmək lazımdır. Ermənilərin növbəti terror aktları sülhə zərər gətirir. Belə ki, ermənilər tərəfindən basdırılmış minaların partlaması nəticəsində müharibədən sonra 250-dən çox azərbaycanlı ya həlak olub, ya da ki, ağır yaralanıb. Bu günə qədər erməni silahlı birləşmələri bizim bəzi ərazilərimizdən çıxarılmayıb.
Bunlara nəzərən cənab Prezident İlham Əliyev görüşdən sonra jurnalistlərə müsahibəsində də açıq şəkildə bu məsələyə toxunub: “Artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır! Bunu biz hər dəfə deyirdik, işğal dövründə, müharibə dövründə, müharibədən sonra. Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını hər hansı bir ölkə ilə, o cümlədən Ermənistanla müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir”. Görüşdə sülh müqaviləsinin beş prinsipini mümkün qədər tez paraflanmaılsı, sülh müqaviləsinin mətni üzərində işin bu prinsiplər əsasında başlanılması daha məqsədəuyğun hesab edilib. Nazirlərin görüşünə də münasibət bildirən cənab Prezident qeyd edib: “Xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də bu, müsbət addımdır və yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar.
Xarici siyasət bloku çərçivəsində məsləhətləşmələri intensivləşdirməyi, eləcə də Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırılmasını qeyd edən cənab İlham Əliyev belə əlaqələrin artıq müəyyən müddətdir aparıldığını, Azərbaycan cəmiyyətinə inteqrasiyanın başqa yolu olmadığını söyləyib. Praqadakı bu görüşdə Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü bir sıra şərtləri qəbul etdiyini, dövlətimizin ərazi bütövlüyünü tanıdığını bildirsə də, bəzi məsələlərlə bağlı yenə də susqunluq sərgiləyib. Bunlardan da biri Naxçıvana avtomobil yolu üçün marşrutun verilməsi məsələsi ilə bağlı olub. Cənab Prezident mediaya açıqlamasında söyləyib ki, Ermənistanın baş nazirinə avtomobil yolu üçün marşrutun verilməsi ilə bağlı müraciət etsə də, Paşinyan bu məsələni cavablandırmayıb. Halbuki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, regionda bütün kommunukasiyaların açılmasında maraqlıdır və xüsusilə də Naxçıvana dəmir yolu və avtomobil yolunun açılmasını vacib sayır. Praqa görüşünün nəticəsi olaraq, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.
Son olaraq qeyd edək ki, bu görüşün nəticələri Azərbaycan siyasətinin, xüsusilə, cənab Prezident İlham Əliyevin şanlı qələbəsidir. Bu görüş onu sübut etdi ki, dövlətimiz təkcə hərbi platformada deyil, siyasi arenada da güc sahibidir.

Səhər Orucova
BDU- nun nəzdində İqtisadiyyat və Humanitar kollecin direktoru, Filologiya
üzrə elmlər doktoru, professor

Əvvəlki yazı

“Bizim mövqeyimiz çox aydındır” – Prezident

Sonrakı yazı

Məşhur müğənninin gömrükdə işləyən qardaşı işdən çıxarıldı

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.