23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Əliyevin Paşinyan və Makrondan tələbləri bunlar olacaq

06 Oktyabr 2022, 12:14
Gündəm, Manşet
A A
Əliyevin Paşinyan və Makrondan tələbləri bunlar olacaq

Bu gün Praqda keçiriləcək dördtərəfli görüş – Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan – sülh sazişinin imzalanmasına təkan verə biləcəkmi?

Bakı və İrəvanın açıqlamaları müəyyən gözləntiləri artırır və o mənzərəni ortaya çıxarır ki:

– Sərhəd toqquşmasından sonra Qərbin bölgədə ələ aldığı vasitəçilik təşəbbüsündə müəyyən irəliləyişlər var;

– Ukraynada zəifləyən Rusiya Cənubi Qafqazda da arxa planda qalır.

Hərçənd, tərəflərin açıqlamaları və mövqelərində uzlaşma ilə yanaşı, toqquşan məqamların olması açıq suallar da yaranır.

Sülh sazişində əsas prinsip Bakının İrəvana təqdim etdiyi 5 bəndlik təklif paketi götürülür və Ermənistan tərəfinin açıqlamaları təklif paketinin ilk üç bəndində uzlaşmanın olduğunu deməyə əsas verir:

– Ərazi bütövlüyü tanınır;

– Ərazi iddialarından imtina edilir;

– Bir-birinə qarşı hədə və gücdən imtina.

Lakin son iki bəndlə – sərhədin delimitasiya və demarkasiyası, nəqliyyat və kommunikasiyanın açılması – bağlı mövqelər toqquşur.

– Ermənistan kommunikasiyanın açıqlamasında Zəngəzur dəhlizinin “yol məntiqi” ilə olmasını, sərhədlərin SSRİ dağılanda mövcud olan inzibati-təsərrüfat xətləri ilə delimitasiyasını istəyir.

– Azərbaycan üçtərəfli razılaşmalara əsasən dəhliz və SSRİ, hətta daha əvvəlki dövrün xəritələri əsasında delimitasiya tələb edir.

Əliyev və Paşinyanın dünən – görüşdən öncə verdiyi açıqlamalar da mövqelərin fərqliliyini göstərdi.

Bu proseslər fonunda Praqada dördtərəfli görüşün əsas müzakirə mövzularından birinin sülh paketinin son iki bəndi ilə bağlı ola biləcəyini deyə bilərik.

Və burada masada Ermənistan tərəfinin mövqeyinin daha öndə olacağı gözləntisi də var.

Birincisi, Ermənistanla yanaşı, Qərb – Avropa İttifaqı və Fransa kommunikasiyanın açılmasını “ölkələrin suveren hüquqları” əsasında olmasını, Zəngəzurun “yol məntiqi” ilə açılmasını istəyir;

İkincisi, delimitasiyası məsələsini bölgədə təsir rıçaqlarını gücləndirmək üçün vasitə kimi görən Qərbin “müşahidə missiyası” adı ilə qüvvələrini sərhədə gətirməsi gündəmdədir.

Müzakirə ediləcək digər məsələ isə Qarabağdakı “etnik ermənilər” ola bilər.

İrəvan sülh paketində “ərazi bütövlüyü” prinsipini qəbul etsə də, Xankəndidəki separatçıları “tərəfə” çevirmək iddiasını yenidən aktuallaşdırıb. Paşinyan dünənki çıxışında da bəyan etdi ki, Xankəndi ilə Bakı arasında birbaşa danışıqlar aparılmalıdır, bunun üçün müəyyən imkan var və bu məsələ Ermənistanın iki təməl daşından (birincisi sərhədlə bağlıdır) biridir. Və Qərb, xüsusilə Fransa da bu mövqedən çıxış edir.

İlham Əliyevin dünən – görüşdən öncə “Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik” açıqlaması da dördtərəfli görüşdə bu məsələnin olacağını və rəsmi Bakının mövqeyini əvvəlcədən açıqladığını deməyə əsas verir.

Azərbaycan dəhliz amilini sonraya saxlasa belə, sərhəd və Qarabağdakı “etnik ermənilər” məsələsində geri çəkilməyəcəyi bəllidir. Ermənistan isə dəstək gördüyü Qərb masasında maksimum mövqeyini gücləndirməyə çalışacaq.

Və bu məqamlar fonunda baxdıqda Praqa görüşündən nəticələrlə bağlı gözləntilər azalır.

Əvvəlki yazı

Emin Əmirullayevin menyusuna: bu məktəbdə 4 aydır işıq yoxdur…

Sonrakı yazı

ERMƏNİLƏR 6 HƏRBÇİMİZİ İŞGƏNCƏ İLƏ ŞƏHİD EDİB

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.