04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

KEÇMİŞ HƏRBİ KOMİSSARDAN ŞOK SİYAHI – Nazirlərin övladları ön cəbhədə xidmət ediblərmiş…

19 Sentyabr 2018, 10:46
Gündəm
A A
KEÇMİŞ HƏRBİ KOMİSSARDAN ŞOK SİYAHI – Nazirlərin övladları ön cəbhədə xidmət ediblərmiş…

Azərbaycanın sabiq Hərbi Komissarı, Milli Məclisin deputatı Əliağa Hüseynov Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun “Müdafiə Nazirliyində çalışdığım 7 ildə cəbhə bölgəsində vəzifəli şəxsin övladını görmədim” açıqlamasına münasibət bildirib.

“Reportyor.info”nun məlumatına görə, keçmiş Hərbi Komissar “ölkə.az”-a açıqlamasında iddia edib ki, nə onun dövründə, nə də indi yüksək vəzifəli dövlət məmurlarının övladlarının hərbi xidmətdən yayınması halları mövcud olmayıb. General-leytenant bu fikrini əsaslandırmaq üçün Azərbaycanın Hərbi Komissarı vəzifəsində işlədiyi dövrdə (1998-2009) övladları ön cəbhədə (!) hərbi xidmətdə olmuş yüksək vəzifəli şəxslərin adlarını da açıqlayıb. Ə.Hüseynovun bu siyahısına inansaq, belə çıxır ki, hakim komandanın əksər üzvlərinin övladları ÖN XƏTTƏ düşmənlə üz-üzə hərbi xidmət keçib.

Keçmiş Hərbi Komissar deyib: “Yaxşı yadıma gəlir, mən Hərbi Komissar işlədiyim illərdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədovun, Baş nazirin müavini Hacıbala Abutalıbovun, ədliyyə naziri Fikrət Məmmədovun, Baş prokuror Zakir Qaralovun, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun, keçmiş müdafiə naziri Səfər Əbiyevin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş sədri Qərib Məmmədovun, Baş qərargah rəisi Nəcməddin Sadıqovun, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlanları, fövqaladə hallar naziri Kəmaləddin Heydərovun iki oğulu, Milli Məclisin sədri Oqtay Əsədovun kürəkəni hərbi xidmətdə olublar. Özü də adlarını çəkdiyim şəxslərin övladları ön cəbhədə və döyüşlər aparan hərbi hissələrdə qulluq ediblər. Bütün bunlar faktdır və heç kəs dana bilməz. Kimlərsə deyir ki, dövlət məmurlarının övladları hərbi xidmətdən yayınır, deməli həmin adamların özləri əsgərlikdə olmayıb danışanlardır”.

Ə.Hüseynov daha sonra bir qədər də irəli gedərək, iddia edib ki, onun fəaliyyəti dövründə məmur övladlarının hərbi xidmətdən yayınması halları qətiyyən mövcud olmayıb: “Mənim vaxtımda məmur övladlarının əsgərlikdən qaçması söhbəti ola bilməzdi. Çünki Ulu Öndər Heydər Əliyev məsələni elə qoymuşdu ki, məmur övladları hərbi xidmətə birinci aparılırdı. Mən elə bir məmur oğlu tanımıram ki, hərbi xidmətə getməkdən yayınsın. Ulu Öndər Heydər Əliyev özü şəxsən məsələyə nəzarət edirdi. Mən indi də eşitməmişəm ki, hər hansı məmur övladı hərbi xidmətdən yayınsın. Bu gün də bu ənənə davam edir”.

Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin hərbi xidmətə yollanması məsələsinə də toxunan deputat qeyd edib ki, ölkə başçısının övladının hərbi xidmət etməsi hər kəs üçün nümunəvi addımdır: “Özü də Heydər Əliyev çox çətin hərbi hissədə xidmət edir. Yəni, onun xidmət etdiyi hərbi hissə qarşıya qoyulan vəzifə tapşırıqları çətinliyinə görə heç də ön cəbhədən fərqlənmir. Heydər Əliyev ixtisasca diplomatdır. Sovet İttifaqı dövründə də belə ixtisasa yiyələnən gəncləri məxfi hərbi hissələrə salırdılar. Çünki onun xidmət etdiyi yer Dövlət Təhlükəsizlik Xidmətinin “N” saylı hərbi hissəsidir”.

P.S. Əliağa Hüseynovun bu iddiası – guya yuxarıda adlarını çəkdiyi yüksək vəzifəli məmurların övladlarının ÖN CƏBHƏDƏ qulluq etmələri nə dərəcədə inandırıcıdır? Fikrimizcə, yuxarıdakı siyahıda adı keçən şəxslərin və digər yüksək vəzifəli məmurların övladlarının nəinki ÖN CƏBHƏDƏ xidmət etdikləri, bir çoxunun hətta nə vaxtsa əyinlərinə hərbi forma geyindikləri şübhəlidir. Bu səbəbdən Ə.Hüseynovun bu açıqlaması ilə bağlı araşdırma aparılmasına ehtiyac var və biz belə bir araşdırma aparmağa çalışacağıq.

Əvvəlki yazı

“GENERALLAR ÖZ İŞLƏRİNDƏ, İCRAÇILAR HƏBSDƏDİR…” – “Hospitallarda cərrahi əməliyyatlar həyata keçirir”

Sonrakı yazı

Cəbhədə vəziyyət gərginləşib

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.