25-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Andranik və daşnaklar sonuncu döyüşə hazırlaşır… – Fətullayevin reportajı

18 Avqust 2022, 12:19
Gündəm, Manşet
A A
Andranik və daşnaklar sonuncu döyüşə hazırlaşır… – Fətullayevin reportajı

Haqqin.az saytının rəhbəri Eynulla Fətullayev Laçın dəhlizi və Zabux kəndinə yollanıb.

“Qafqazinfo” polkovnik Ziminlə Zabuxa gedən Eynulla Fətullayevin təəssüratını təqdim edir:

“Uzaqdan Zabux müqayisəedilməz dərəcədə daha gözəldir. Kəndin inkişafı 1990-cı illərin ortalarında dayanıb: yolsuzluq, zəif infrastruktur, yoxsulluq, diaspora ianələrinə tikilmiş qırmızı damlı eynitipli qutu evlər. Anlaşılmazlığa görə administrasiya adlandırılan daxmada bir neçə üzüqəzəbli insanlar toplaşmışdı. Cəsarətlə qapıya yaxınlaşıram, özümü Beynəlxalq Mətbuat İnstitutundan jurnalist kimi təqdim edirəm, qarşıma tanış simalar çıxır. Köhnə idman paltarı geyinmiş Livan ermənisi Andranik Çavuşyanı görürəm. Onun yanında daha bir tanış personaj var – hərbi bloqer və İrəvandan olan yerli rejissor Arşak Zakaryan. Bəli-bəli, bu, Kəlbəcər üçün göz yaşı tökən və Cəbrayılın qapılarında Bakını mütləq işğal edəcəkləri ilə hədələyən həmin xadimdir. O, Bakını nədənsə Bakukert adlandırırdı.

Bir qədər aralıda 1990-cı ilin əvvəllərinin çağırışçıları olan “Daşnaksütyun”un məşhur xadimləri dayanıb. Ağarmış saqqal və türklərə olan nifrətdən bərəlmiş gözlərlə. “Administrasiya”da istidir, çirklidir və siqaret iyi gəlir. Birinci Qarabağ müharibəsi dövrünün çürük və ağır daşnak ab-havası.

İrəvandan olan qərargahçılar məni beynəlxalq təşkilatın təmsilçisi kimi tam ciddi qəbul edirlər. Onlar “erməni” kəndi Zabuxun başına gələn bəlalardan danışmağa tələsirlər.

Çavuşyan ancaq erməni və ərəbcə danışır. Tərcüməçi rolunda Zakaryan çıxış edir.

Və kəndin tarixi mənsubiyyəti haqqında ilk suala şok cavab aldım, bundan sonra söhbəti dayandırmaq və polkovnik Ziminin yanına getmək olardı.

“Ermənilər bizim eranın dördüncü əsrindən Zabuxda yaşayırlar!”, – Andranik iddia edir. Bəs əgər bura erməni kəndi idisə, 1992-ci ildə erməni qoşunları bu kəndi niyə yandırdılar? Və nə üçün Zabuxa sürgün edilmiş azərbaycanlıların yerinə Çavuşyan kimi Livan erməniləri köçürmək lazım idi?! Bu, birbaşa, məntiqi və ümumiyyətlə, qanunauyğun suala Çavuşyan və Zakaryan fəlsəfi cavab verdilər: ermənilər həmişə öz köklərinə qayıdırlar…

Eynulla Fətullayev və Andranik

– Kənd sakinləri öz evlərini yandıracaqlar?

Bu sual isə bugünkü Zabuxun həqiqətini ortaya qoyur: sakinlərin böyük qismi ikinci Vətənini tərk edi. Kiçik, lakin güclü qəzəbi olan dəstə qalıb. Evləri yandıracaqmı?

Çavuşyan qeyri-müəyyən cavab verdi: bu, erməninin onun mülkiyyətinə münasibəti məsələsidir. “Biz insanların evlərini yandırmasını qadağan edə bilmərik!”, – o dedi.

Zakaryan

– Bəs sonra? Azərbaycanlılarla ermənilərin sülh içində birgə yaşamasına nail olmaq mümkün deyilmi? Qan tökülmüş bu torpaqda sülh olacaqmı?

Bu sualı cavablandırmağı Zakaryan öz üzərinə götürür. O, Qarabağda “ermənilərin tamamilə məhvini” nəzərdə tutan “Türkiyə və Azərbaycanın yeni panturanizm strategiyasını” qınayır.

Söhbətin qızğın vaxtında 1990-cı illərin məşhur daşnakı Minasyan iki dəfə qapını açır və bic, şübhəli gülüşü ilə məni göstərərək soruşur: həqiqətənmi bu insan beynəlxalq təşkilatı təmsil edir?!

Digər daşnaklar

Zakaryan Minasyanı inandırır: o, tolerantdır və Zabux ermənilərinin xilas işinə kömək etmək üçün gəlib.

Və bundan sonra Çavuşyan təkidlə məndən xahiş edir ki, söhbətimizi avqustun 25-dən sonra (kəndin Azərbaycanın nəzarətinə veriləcəyi təxmini tarix- müəllifin qeydi) dərc edim. Andranikin sözlərinə görə, müsahibənin həmin tarixdən əvvəl dərc olunması erməni icmasının liderləri üçün təhlükə olacaq. Livanlının sonuncü sözləri – düşünmək üçün qidadır. Bu döyüş heyəti nə hazırlayır axı?”

 




Əvvəlki yazı

SOS: “Azərsun” kanalizasiya suyu ilə duz çıxarır – Foto

Sonrakı yazı

Müdafiə Nazirliyindən son dəqiqə açıqlaması

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.