23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

NÖVBƏTİ SERB-ALBAN MÜHARİBƏSİ BAŞLAYIR?

01 Avqust 2022, 13:04
Gündəm, Manşet
A A
NÖVBƏTİ SERB-ALBAN MÜHARİBƏSİ BAŞLAYIR?

“Serbiya Respublikası Avropa Birliyinə üzvlüyü strateji hədəf elan edib, rəsmi namizəd ölkə statusu alıb və üzvlük müzakirələri aparır. Serbiyanın ən iri ticarət ortağı AB-dir, əsas investisiyalar Avropadan gəlir. Müzakirə prosesinin uğurundan asılı olaraq AB fondları Serbiyanın üzünə açılacaq”.

“AzPolitika.info” xəbər verir ki, bunu siyasi təhlilçi Şahin Cəfərli Avropada növbəti serb-alban savaşının çıxacağı perspektivini şərh edərkən deyib.

“Kosovoda NATO-nun sülhməramlı qüvvələri (KFOR) var və oraya hər hansı genişmiqyaslı hücum KFOR missiyasını da hədəfə çevirəcəyi üçün NATO-nun müdaxiləsi qaçılmaz ola bilər. İtaliyadakı bazalardan qalxacaq bir F-16 və bir F-35 eskadrilyası kifayətdir ki, serb ordusu darmadağın olunsun”, – o sözlərinə əlavə edib.

Təhlilçi hesab edir ki, belə şərtlərdə kiçik istisnalarla Serbiyanın böyük hərbi avantüraya əl atması imkansızdır: “Bu avantüranın ağır siyasi, iqtisadi və hərbi nəticələri ola biləcəyini, ölkənin Avropaya qapılarının bağlanacağını Serbiya rəhbərliyi yaxşı bilir. Üstəlik, iqtisadi böhran şəraitində müharibə aparmaq üçün Serbiyanın resursları da yoxdur”.

Ekspert vurğulayır ki, bu tip gərginliklərin kökündə dayanan əsas səbəb budur ki, serb millətçiliyi fantom ağrılardan əziyyət çəkir və hələ də “Böyük Serbiya” illüziyasından qopa bilməyərək itirdiklərini qaytarmaq xəyalı ilə yaşayır. Onun sözlərinə görə, Rusiya da maraqlıdır ki, yeni bir münaqişə ocağı yaradıb, Qərbin diqqətini Ukraynadan, ona dəstəkdən yayındırsın: “NATO-nun 1995 və 1999-cu ilərdə Balkanlarda keçirdiyi 2 böyük hərbi əməliyyatla militarist serb şovinizminin beli qırılıb. Bu əməliyyatlardan sonra Qərb son olaraq Monteneqronu Belqraddan ayırıb, onu NATO-ya daxil etməklə, Serbiyanın dənizə çıxışını da kəsərək, onu sıradan bir quru dövlətinə çevirib. Kosovonu saymasaq, Serbiyanın həmsərhəd olduğu 7 dövlətin 6-sı NATO üzvü, Bosniya isə NATO-ya rəsmi namizəddir. Yəni ölkə 4 tərəfdən avroatlantik məkanla əhatə olunub. Serb xalqının və dövlətinin tarixi dost-müttəfiq Rusiya ilə əlaqələrə böyük dəyər verməsinə, AB-yə üzvlük prosesinin Kosovonun tanınması şərtinə görə problemli irəliləməsinə baxmayaraq, Serbiya strateji seçimini edib: ölkənin yönü Avropa Birliyinədir”.

Ş.Cəfərli onu da qeyd edir ki, Kosovo presedentinin tez-tez “DQR”lə müqayisəsi və eyniləşdirilməsi çox yanlışdır: “Kosovo müsəlmanları mərkəzi hökumətin etnik təmizlik və soyqırım cəhdinə məruz qaldıqları üçün Türkiyə də daxil olmaqla demokratik dünyanın hərbi müdaxiləsi ilə qoruma altına alınıblar. Bundan sonra müstəqillik elan ediblər və 100-ə yaxın dövlət tərəfindən rəsmən tanınıblar. Beynəlxalq hüquqda dövlətlərin ərazi bütövlüyü prinsipi və xalqların öz müqəddəratını təyinetmə hüququ daim toqquşur, lakin bir xalqı onun kökünü kəsmək istəyən dövlətin tərkibində qalmağa məcbur etmək absurddur, məhz bu cür durumlarda öz müqəddəratını təyinetmə legitim haqq sayılmalıdır.

Qarabağdakı müharibə isə Azərbaycanın yerli azlığa hücumları ilə başlamayıb, onlara qarşı hər hansı soyqırım və deportasiya siyasəti aparılmayıb. Tam əksinə, dominant etnos hər şeydən xəbərsiz hələ də “qardaş olub Hayastan-Azərbaycan” mahnısı oxuduğu dövrdə azlıq və onun himayəçisi Ermənistan tərəfindən silahlı hücuma məruz qalıb, Qarabağ və ətraf rayonlarda azərbaycanlı əhaliyə qarşı etnik təmizlik aparılıb. Bu səbəblərdən Ermənistan siyasətçilərinin yapışmaq istədikləri “xilas naminə ayrılmaq” konsepsiyası məhz Kosovo nümunəsində keçərlidir, Qarabağda yox. Kosovo və “dqr“ müqayisəsi aparanlar bu prinsipial məqamlara diqqət etməlidir”.

Əvvəlki yazı

Müharibə kadrları yayılır, aldanmayın! – Nazirlik

Sonrakı yazı

Ukraynada HIMARS-ın iki buraxılış qurğusu məhv edilib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.