12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“PREZİDENTİN KOMANDASINDA PİS ADAMLAR VAR!” – Deputat kimləri hədələdi?

13 Sentyabr 2018, 10:54
Gündəm
A A
“PREZİDENTİN KOMANDASINDA PİS ADAMLAR VAR!” – Deputat kimləri hədələdi?

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun istismarına 30 il zəmanət verdiyi Bakı-Quba-Rusiya avtomobil yolu yenidən təmir olunur. Yəqin xatırlatmağa ehtiyac yoxdur ki, bu yol ölkənin ən bahalı tikinti layihələrindən biridir.

Rəsmi məlumatlara görə, tikintisinə 2008-ci ildən başlanılan layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunub. Yerdə qalan 263 milyon 426 min manata isə 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu salınıb. Layihəyə başlananda o vaxtkı nəqliyyat naziri Ziya Məmmədov tikintiyə 30 illik zəmanət versə də, yolun dayanıqlılığı heç 3 il də çəkmədi.

Ziya Məmmədovun nazir olduğu zamanlarda aidiyyatı qurumların açıqlaması “Yol nəzərdə tutulduğundan artıq yüklənir və ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsində deformasiyaya uğrayır”a kökləndi…

Görünən odur ki, milyonlar sərf edilən yolun dağılması nəticəsində dövlət büdcəsinə külli miqdarda ziyan dəydi. Bəs həmin vaxt yolun istismar müddətinə 30 il zəmanət verən Ziya Məmmədov məsuliyyət daşımırmı?

Yamaqlı yollar şəhəri Bakı…

Məsələ ilə bağlı Modern.az-a danışan deputat Fəzail Ağamalı bildirib ki, bir qayda olaraq, vəzifəsinə xitam verilmiş adamlar haqqında fikirlər söyləməkdən uzaqdır: “Amma görünən problemlər məni danışamağa vadar edir. Təqribən on beş gün əvvəl Bakı-Quba yolundan istifadə etdim. Yol sözün əsl mənasında bərbad gündədir. Milyonlar sərf edilərək salınan beton yol çox pis vəziyyətə düşüb. Qəribədir ki, istismar müddət 20-30 il nəzərdə tutulan yol artıq dağılıb. Rusiyanın Qəbələdə hərbi xarakterli stansiayası vardı. Ora beton yol çəkilmişdi. Üzərindən 40 il keçməsinə baxmayaraq, yol hələ indi-indi deformasiyaya uğrayır.

fezail-1

Təəssüf ki, Bakı-Quba yolu ilə bağlı bu fikirləri səsləndirə bilmirik. Ölkə Prezidentinin ən çox diqqət etdiyi sahələrdən biri də yollardır. Demək olar ki, ölkə Prezidenti hər gün müxtəlif yolların tikintisi, təmirilə bağlı sərəncamlar imzalayır, dövlət büdcəsindən vəsait ayırır. Bunlar, təkcə magistral yollarla bağlı deyil, həm də kənd və qəsəbələrarası yolların müasir səviyyədə qurulması ilə bağlıdır.

Bu sərəncamlardan irəli gələn məsələlərin icrası xüsusi məsuliyyət tələb edir. “Yola vəsait ayrıldı, təmir etdik”lə iş bitmir. Qəribəsi budur ki, indi düzəldilən yolların da keyfiyyəti aşağıdır. Bilirsiniz, bir il əvvəl Salyan rayonun Düzənlik kəndinə çəkilən asfalt yol bərbad vəziyyətə düşüb, çalalar əmələ gəlib, su yığılıb və s. Bakının özündə çəkilən yollara nəzər salaq, nə qədər yamaqlar var. Götürək, Bakı-Sumqayıt yolunu. Yaxud “Neftçilər” prospektindən başqa, hansının istəyirsiz adını çəkin. “Neftçilər” prospekti cənab Prezidentin mütəmadi istifadə etdiyi yoldur deyə, oranı başdansovdu təmir etməyə cürət etmirlər. Bakı sanki yamaqlı yollar şəhəridir. 5-6 il əvvəl çəkilən yolların hamısı çöküb, ya da yamaq vurulub. Hesab edirəm ki, yol tikintisilə bağlı yaradılan “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi bunlardan nəticə çıxarmalıdır.Elə etməlidirlər ki, Ziya Məmmədovun səhvləri təkrarlanmasın”.

“Dünənə kimi sadə şalvarda gəzən məmur, bu gün…”

Deputat qeyd edib ki, ölkə başçısı lazımı göstərişlər verir, amma: “Geri qalanlar isə hüquq mühafizə orqanlarının və müvafiq qurumların öhdəsinə düşür. Siyasətçi problemi aça, onun haqqında fikir söyləyə bilər. Amma söylədiyimiz fikirlər söz olaraq qalmamalıdır. Məmur məsuliyyəti var. Məmur məsuliyyəti hər bir insan tərəfindən dərk edilərək, riayət olunmalıdır. Ya yol işçisidir, ya həkimdir, yaxud hansısa rayonun icra başçısıdır, fərq etməz. Kim olur olsun, üzərinə düşən məsuliyyəti dərk etməlidir, cibinə işləməli deyil. Xalqın mənafeyinə və maraqlarına, dövlətin güclənməsinə, məmləkətimizin yüksəlməsinə, ölkə Prezidentinin qoymuş olduğu hədəflərə töhfə vermək haqqında düşünb xidmət etməlidir. Bir də görürsən, dünənə kimi adi adam olan, sadə şalvarda, köynəkdə gəzən məmur vəzifəyə gələn kimi on milyonluq, iyirmi milyonluq mülk aldı. Yaxud da dünənə kimi qapqara kişi idi, bu gün ağappaq oldu. Ay balam, necə olur bu?!”.

“Büdcəni talayanların hamısının yeri Qobustan olacaq”

baki-quba_yoli120407_1000x669

F.Ağamalının sözlərinə görə, dövlət büdcəsini talayan hər kəsin yeri Qobustan olacaq: “Mən həmişə arzusundayam ki, neqativ hallara son qoyulsun, biz müsbət işlərimiz, uğurlarımız barədə müzakirələr aparaq. İmam Hüseyn qılıncından betər tamaha “yox” deyək. Ölkə Prezidenti bütün həyatını ölkənin firavanlığı yolunda qoyub. Fikirlərşirsən ki, adam daha nə etməlidir?! Prezidentin komandasında vicdanla, dövlətə, millətə bağlı insanlar da var. Amma pislər də var. O cür adamlar da düşünməlidirlər ki, yerləri Qobustan olacaq.

1-2 ay əvvəl ölkədə baş verən prosesləri, dövlət başçısının bununla bağlı atdığı addımları göz önünə gətirsinlər. Mən tam əminəm ki, baş verənlərlə bağlı proses hələ tamamlanmayıb. Prezident imzasını atıb, geri qalanın məsuliyyəti hüquq-mühafizə orqanlarının üzərinə düşür. Yəqin ki, onlar da məsələləri araşdırıb hüquqi qiymət verəcəklər. Bu gün Azərbaycan xalqı Prezidentlə bərabərdir. Mən istərdim ki, məmurlarımız elə şərait yaratsınlar ki, xalq da onlarla olsun”.

Əvvəlki yazı

Prezidentin lentini kəsdiyi su xətləri bir ilin tamamında quruyub

Sonrakı yazı

AZƏRBAYCANDA UN BAHALAŞA BİLƏR – Yerli istehsal tələbatın cüzi hissəsini ödəyir…

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.