23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

SSRİ-ni dağıdan məmurun Bakıda müəmmalı ölümü

20 İyun 2022, 11:31
Gündəm
A A
SSRİ-ni dağıdan məmurun Bakıda müəmmalı ölümü

Dünən günorta saatlarında Rusiyanın keçmiş dövlət katibi, Baş nazirin sabiq birinci müavini 76 yaşlı Gennadi Burbulis Bakıda vəfat edib. Yerli KİV-də yer alan məlumata görə, Burbulis paytaxtda otellərdən birində ölmüş vəziyyətdə tapılıb.

 

Burbulisin beynəlxalq forumda iştirak etmək üçün Bakıya gəldiyi deyilir. Onun ölüm səbəbi hələlik mətbuata açıqlanmayıb. Bundan öncə sağlıq durumunda ciddi problemin olmadığı bildirilir.

 

Modern.az xəbər verir ki, Burbulisin siyasi karyerasının zirvəsi Sovet İttifaqının dağılmasını qanuni şəkildə rəsmiləşdirən Belovejskaya sazişinin imzalanması olub. O, 300 milyona yaxın insanın həyatını əbədi dəyişdirən sənədin hazırlanmasında iştirak edən əsas fiqurlardan biri kimi tarixə adını yazdırıb.

 

Mərhum dövlət xadimi 4 avqust 1945-ci ildə sənaye şəhəri olan Pervouralskda anadan olub. Bu ərazilərə onun babası 1915-ci ildə Litvadan köçüb.

 

İlk vaxtlarda Gennadi Burbulis boru zavodunda mexanik olaraq işləyib, raket qoşunlarında xidmət edib, sonra Ural Universitetinin fəlsəfə fakültəsini bitirib. 1973-1989-cu illərdə yerli universitetlərdə fəlsəfədən dərs deyib.

 

1987-ci ilin may ayında “Debat tribunası” adlı şəhər klubunu yaradıb. Həmin kluba alimlər, müəllimlər, jurnalistlər cəmləşib. Bu klub həmin vaxt siyasətin təhlili ilə məşğul olurdu. Gennadi Burbulis klubun fəaliyyəti dövründə məşhurluq qazanaraq, öndə gedən siyasətçilərdən biri olmağı bacardı. Nəticədə 1989-cu ildə SSRİ xalq deputatı seçildi.

 

Moskvada Burbulis ilk dəfə məşhur həmyerlisi Boris Yeltsinlə 5 mart 1989-cu il tarixində görüşüb. Bununla da onun kariyerasında yeni bir səhifə açılıb.

 

Yeltsin Burbulisin siyasi potensialını və gələcəyini qiymətləndirərək onu qərargah rəisi, beyin mərkəzinin rəhbəri, komanda qurucusu olaraq yetişdirirdi. O dövrdə Qorbaçovdan ayrılan Yeltsin yanına ziyalıları toplamağa başladı.

 

1991-ci il prezident seçkilərindən sonra Burbulisə administrasiya rəhbəri vəzifəsi təklif edilsə də, o, “24 saat fayl kabineti ilə işləmək” istəmədiyini bildirib. Burbulis 19 iyul 1991-ci il tarixli fərmana əsasən ölkənin idarəçiliyində və xarici siyasətin tənzimlənməsində çox böyük məsuliyyətə sahib idi.

 

Həmin il Dövlət Şurası yaradıldı. Bura Yeltsin özü rəhbərlik edirdi, Burbulis isə katib təyin edilmişdi.

 

 

O, bu vəzifəni tutan yeganə şəxs olub. Burbulis sonralar Yeltsinin rəğbətini itirib. O, parlament, nazirlər və prezidentin ətrafı ilə konflikt yaşayıb. 1992-ci ilin qışında hökumət istefa verəndən sonra Burbulis vəzifəsini  itirmək məcburiyyətində qalıb.

 

Qeyd edək ki, Gennadi Burbulis iki dəfə Dövlət Dumasına deputat seçilib. 2001-2007-ci illərdə Federasiya Şurasında Novqorod vilayətini təmsil edib. Sonra yuxarı palata spikeri Sergey Mironovun, ardınca Valentina Matvienkonun müşaviri işləyib.

 

O, bundan sonra gözdən itərək, siyasi proseslərdən kənarda qalıb. Rusiya mətbuatında da son illər ərzində Burbulislə bağlı yeni məlumatlara rast gəlinməyib. Yalnız 2017-ci ilin sentyabrında Ukrayna televiziyasına müsahibəsində o, Rusiyanın Krımı ilhaqını sərt şəkildə tənqid edib.

 

Keçmiş diplomat, boş vaxtlarını səmərəli keçirməyə çalışırdı. Çərşənbə axşamları Burbulis nazirləri çay və sendviç üçün toplayır, bazar günləri isə onlarla futbol oynayırdı. Yaxınlarının bildirdiyinə görə, o, səhhətinin pisləşməsi ilə bağlı şikayət etməyib, ən azından bu barədə heç kimə danışmayıb. Burbulisin Bakıda otel otağında hansı səbəbdən ölməsi müəmmalı olaraq qalır.

Əvvəlki yazı

Manaf Ağayev milyonluq villasında Rəqsanəni qonaq etdi – VİDEO

Sonrakı yazı

Rusiya 34 minə yaxın əsgərini itirib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.