21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

700 MİLYONU DA ZİYA MƏMMƏDOV BELƏ DAĞITDI – 30 il demişdi, 3 il çəkmədi…

11 Sentyabr 2018, 10:16
Seçmə, Banner
A A
700 MİLYONU  DA ZİYA MƏMMƏDOV BELƏ DAĞITDI –  30 il demişdi, 3 il çəkmədi…

Bakı-Quba-Rusiya yolunun dağılması ilə bağlı son günlər sosial şəbəkələrdə statuslar və fotolar nəzərəçarpacaq dərəcədə artıb. Hələ 2009-cu ildə o dövrün nəqliyyat naziri Ziya Məmmədov Bakı-Quba-Rusiya yolu istifadəyə verilən zaman onun istismar müddətinin 30 il olduğunu vurğulamışdı. Amma cəmi 3 il sonra – 2012-ci ildə yol sıradan çıxmağa başladı. Bu gün – yolun istismara verilməsindən 9 il sonra Bakı-Quba-Rusiya yolu tamamilə sıradan çıxmaq üzrədir. İş o yerə çatıb ki, beton yolun dağılmış hissələri asfaltla əvəzlənir, bəzi yerlərdə isə asfalt yamaqlarla yararsız hala düşmüş yol təmir olunur.

Картинки по запросу Bakı-Quba-Rusiya avtomobil yolu

Ekspert Elməddin Muradlı “Yeni Müsavat”a yaranmış vəziyyəti şərh edərkən deyib ki, Bakı-Quba-Rusiya yolunun dağılma səbəbləri haqda illərdir ki, mətbuatda fikirlər söylənilir: “Bakı-Quba-Rusiya yolu tikiləndə müəyyən olunmuş normativlər nəzərə alınmalı idi. Təəssüf ki, hələ həmin yol çəkilərkən normativlərin nəzərə alınmadığı, yol təsərrüfatının əsaslarına söykənmədiyi haqda faktlar vardı. Həmin yolun tikintisini ilkin dövrdə alman mütəxəssislər aparırdı. Lakin qısa müddət sonra o dövrdə Nəqliyyat Nazirliyi bir qərarla alman mütəxəssisləri işdən uzaqlaşdırdı. Bunu belə əsaslandırdılar ki, həmin işləri yerli mütəxəssislər də görə bilər. Beləcə, yolu tikib təhvil verdilər. O yolla bağlı göstərdikləri zəmanət müddəti də özünü doğrultmadı. Təhvil veriləndən 3-4 il sonra yol erroziyaya uğradı, dağılmağa başladı. Bu, dövlət büdcəsinə birbaşa zərbə vurmaqdır. Hazırda həmin yolu hissə-hissə təmir edirlər. Bu da büdcədən vəsait ayrılması hesabına başa gəlir. Bu məsələlərlə bağlı Baş Prokurorluq cinayət işi başlaya və müvafiq araşdırma apara bilər. Əmin edirəm ki, cinayət işi başlansa, həmin yolun çəkilişində iştirak etmiş məsul şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər, azı 20 nəfər həbsə göndərilər”.

Картинки по запросу Elməddin Muradlı

Elməddin Muradlı

Elməddin Muradlının fikrincə, yol təhvil veriləndə 30 illik zəmanət verilib, sifarişçi olan Azərbaycan dövləti qarşısında öhdəlik götürülüb: “Nəqliyyat Nazirliyinin rəhbərliyi, Ziya Məmmədov başda olmaqla, verilmiş zəmanətlə bağlı sorğulanmalı, yolun dağılmasının keyfiyyətsiz materiallar, xüsusən beton qarışıqlarında istifadə edilən sementin markası doğru-dürüst müəyyən edilməldir. Bu gün də bunu etmək mümkündür. Yoldakı betondan nümunə götürməklə hansı markalı sementdən istehsal edildiyini aydınlaşdırmaq olar. Bu məsələ bu gün araşdırılmasa, Azərbaycanda yol problemi, yolların dağılıb sıradan çıxarması problemi həll edilməmiş qalacaq. Yol çəkənlər, yol çəkilişinə rəhbərlik edənlər görməlidirlər ki, keyfiyyətsiz yol çəkilişi, yol çəkilişi zamanı işə vicdansız yanaşma, nəzərdə tutulan materialların daha aşağı keyfiyyətli materiallarla əvəzlənməsi qanunla cəzalandırılır. İnsanlar bunu dərk etməli, görməlidirlər. Əks halda, vəziyyət dəyişməyəcək”.

E.Muradlı deyir ki, rəsmilər Bakı-Quba-Rusiya yolunun dağılmasının əsas səbəbi kimi ağır tonnajlı maşınların həmin yolla hərəkətini göstərirlər: “Yol çəkilişindən sonra müvafiq qurumlara dəfələrlə sorğular verib Bakı-Quba-Rusiya yolunda neçə tonluq yük maşınlarının hərəkətinə hesablanmasını açıqlamalarını xahiş etmişəm. Açıqlamayıblar, gizli saxlayıblar. Ümumi cavablar verib, yaxalarını kənara çəkiblər. Halbuki bu məlumat açıq olmalıdır. Bu gün dünyada yol çəkilişi praktikası var. Məsələn, yol çəkilərkən nəzərə alınır ki, gələcəkdə 5 qat artıq yükə dözümlü olsun. Yolda 25 tonluq ”KamAZ”ın hərəkəti nəzərə alınırsa, 26 tonluq maşının da yoldan istifadəsi yolveriləndir. Yəni yolu 5 dəfə artıq yükə dözümlü tikməlidirlər. Daha bizdəki kimi 3-5 il sonra dağılacaq qədər zəif tikilməməli idi. İstənilən halda yolun pis tikilməsi və istifadəyə veriləndən sonra lazımınca nəzarət edilmədiyi göz qabağındadır. Əgər yol yüksək texnologiya ilə ağır tonnajlı yük avtomobillərinə dözümlülük dərəcəsi nəzərə alınaraq tikilsəydi, belə tez dağılmazdı. Digər tərəfdən, Bakı-Quba-Rusiya yolu ağır tonnajlı maşınlara görə dağılıbsa, bəs Bakı Dairəvi Yolunun Hövsan istiqamətində çəkilmiş beton yol niyə dağılır? Həmin yoldan ki, ağır tonnajlı maşınlar keçmir. Oradan uzağı avtobus və ya mikroavtobuslar keçir, əsasən minik maşınları şütüyür. Həmin yolu da Ziya Məmmədov nəqliyyat naziri olarkən çəkiblər. Nəqliyyat Nazirliyinin dövründə çəkilən yollar bu gün yenidən çəkilir. Çünki yol çəkilişi məsuliyyətsizlik və nəzarətsizlik şəraitində aparılıb. Büdcədən yol çəkilişi üçün ayrılan pulların heç 30 faizi təyinatı üzrə xərclənməyib. Ziya Məmmədovun dövründə inşa edilmiş körpülərdə artıq çatlar əmələ gəlib. Avtovağzaldan Bakı şəhərinə daxil olmadan kənar yolla gedəndə maşın özü-özünə atılıb düşür. Çünki yolda “qarmoşka” əmələ gəlib. Səbəb də odur ki, yol yatağında çəkilişdən əvvəl bərkitmə işləri lazımi qaydada aparılmayıb. Bu məsələləri istintaq qrupu yaratmaqla araşdırmaq, təqsirkar şəxslərin dairəsini müəyyən edib cəzaya çatdırmaq olar. Bu yola baş vurulsa, keyfiyyətsiz yol problemi gələcək nəsillərə miras qalmaz”.

Картинки по запросу Bakı-Quba-Rusiya avtomobil yolun
Qeyd edək ki, 2005-cı ildən tikintisinə başlanan Bakı-Quba-Rusiya avtomobil yoluna ümumilikdə 700 milyon manat xərclənib.
2005-2010-cu illərdə layihəyə dövlət büdcəsinin investisiya xərclərindən 641 milyon 820 min manat pul ayrılıb. Beynəlxalq maliyyə təşkilatlarından alınan kreditlərlə birlikdə layihə 700 milyon manata başa gəlib. Beton yolun 30 ilə davam gətirəcəyi açıqlansa da, 2009-cu ildən istismara verilən yol 3 il sonra dağılmağa başladı.

Əvvəlki yazı

Bu günə olan məzənnələr – RƏSMİ

Sonrakı yazı

Türkiyədə zəlzələ baş verib –4.8 bal gücündə

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.