25-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputatdan şok: “Onun arvadını imtahansız direktor təyin edib”

08 İyun 2022, 14:20
Siyasət
A A
Deputatdan şok: “Onun arvadını imtahansız direktor təyin edib”

“Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ən çox diqqət etdiyi sahələrdən biri orta təhsildir. Ölkəmizdə inşa edilən yüksək infrastruktura malik olan məktəblər, bu məktəblərdəki şərait şagirdlərin həm yüksək səviyyədə bilik qazanmalarına, həm də yaxşı vətəndaş kimi yetişmələrinə xidmət edir”. 

“Yeni Sabah” xəbər verir ki, bu bəyanatla millət vəkili, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev çıxış edib. O, bildirib ki, bunun məsuliyyətini təhsilə cavabdeh şəxslər daşımalıdırlar.

Millət vəkilinin sözlərinə görə, məktəblərdəki yeniliklərlə yanaşı, nöqsanlar da mütləq ictimailəşdirilməlidir: “Biz təhsilin bütün pillələrini, xüsusilə orta təhsili qorumalıyıq. Məktəbdən gələcəyimizə yol açılır.

Son zamanlar Orta təhsildə baş verən neqativ hallarla bağlı tənqidi yazılarım bir sıra şəbəkə adamlarını hiddətləndirib. Orta məktəblərə 5-ci kalonun nüfuz etməsində məqsəd məktəblə cəmiyyət arasında qarşıdurma yaratmaqdır. Bu qruplaşmanın başında duranlardan biri Təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyevadır. Bakı məktəblərinin idarəçiliyi hələ də onda qalır.

Bakı şəhəri Təhsil İdarəsinə təyin etdirdiyi Mehriban Vəliyeva onun təsiri altındadır və Bakı təhsilini onun diqtəsi ilə idarə edir. İndi bu şəbəkələşmiş antimilli qruplaşmanın məktəblərimizə vurduğu zərbələrə diqqət edin:

– Regional Təhsil İdarələri, xüsusilə Bakı şəhər Təhsil İdarəsi intriqa yuvasına çevrilib. Baxçalar bu quruma tabe etdirildikdən sonra baxça müdirlərindən külli miqdarda pul yığımı başlanıb.

– Orta məktəblərin yuxarı siniflərində demək olar dərslər keçirilmir.

– Məktəblər repetitorlara arendaya verilib.

– Bioqrafiyaları ən natəmiz olan adamları direktor təyin etdirirlər.

– Məktəb qrant layihələrinə ayrılan külli miqdarda vəsaitlər mənimsənilir.

Məhəbbət Vəliyevanın direktor təyin etdirdiyi bütün məktəblərdə özbaşınalıq və rüşvətxorluq tüğyan edir. Bunu bütün Respublika bilir.

– Məktəblərdə pul yığımları günü-gündən şiddətlənir.

– Şəbəkəyə yaxın olan məktəb direktorları üçün yaş həddi yoxdur və həmin məktəblərə nəzarət həyata keçirilmir.

-Məktəblərdə kasıb uşaqlarına ögey münasibət bəslənilir.

Bu neqativ halları statusundan asılı olmayaraq kimsə tənqid edəndə Məhəbbət Vəliyeva və onun klan üzvləri: ramizmehdiyevçilər, əlihəsənovçular və Azərbaycanın əleyhinə olan antimilli şəbəkə işə salınır.

Bu antimilli şəbəkə və onların əlaltıları 164 nömrəli məktəbdə “Georgi lenti” kimi antiideoloji və Dövlətçilik əleyhinə olan tədbirə reaksiya vermədilər.

Son hadisəyə qayıdıram. Zərifə Əliyeva adına liseyin direktorunun iştirak etdiyi əyləncə tədbirində öz müəllimlərini qarşısında oriyental rəqs etdirməsi görüntüləri geniş rezonansa səbəb oldu. Bu şəbəkə müəllim adına yaraşmayan hərəkətlərə bəraət qazandırmağa başladı. Mən həmin videonu sosial şəbəkələrdə gördükdən sonra bununla bağlı bir cümləlik şərh yazdım. Hətta videogörüntünü belə paylaşmadım.

Bundan sonra Məhəbbət Vəliyevanın mütəşəkkil dəstəsi mənə qarşı böhtan və qarayaxma kampaniyasına başladı. Başladılar özlərində olmayan ali mənəvi dəyərlərdən dəm vurmağa. Gödənini milli dəyərlərindən üstün tutanlar bu millətin düşmənləridir. Bu bədbəxtlər və satılmışlar bilmirlər ki, müəllimin məktəbdəki davranışı ilə kənardakı davranışı eyniyyət təşkil etməlidir. Müəllim hər yerdə şəxsi nümunə olmalıdır. Bütün ölkə bilir ki, həmin məktəbin direktor əvəzi dəstəbaşı Məhəbbət Vəliyevanın əmisi qızıdır. Deyilənlərə görə o, əmisi qızını qorumaq üçün ramizmehdiyevçilrə və əlihəsənovçulara xeyli məsrəflər sərf etdi. Hətta bunları xaricdə oturmuş, Azərbaycana qarşı siyasi qaraxma aparan 5-ci kalonun üzvləri də müdafiə edir. İndi görün, Məhəbbət Vəliyeva kimlərlə bir çətirin altındadır. Və onun oyunları həm də siyasi xarakter daşıyır.

Elm və təhsilin əlifbasına həsrət qalanlardan birinin vicdan asqırtısına isə Nazirlik rəsmiləri də diksindi. Ona görə ki, bu şəbəkə onun arvadını imtahansız direktor təyin edib. Bu ciddi qanun pozuntusuna razılaşan yaramaz, indi bizə əxlaq dərsi keçir.

Liseyin tarix müəllimi, lisey direktorunun yaxın sirdaşı, liseydəki yığım kampaniyasına rəhbərlik edənlərdən biri, həmkarların sədri Pərviz Ağalarov etiraf edə bilmir ki, biz liseyimizi digər lisey və məktəblər kimi repetitor kurslarına çevirmişik. Bunu ibtidai sinif şagirdləri də bilir. Bu liseyə qəbulun qiyməti barədə bütün Respublika danışır və “vicdanlı” tarixçi isə direktora qahmar çıxır.

Haşiyə çıxıb deyə bilərəm ki, hal-hazırda bu kampaniyanın ən qızğın dövrüdür. Aidiyyəti hüquq mühafizə orqanlarına bu məsələni nəzarətə götürməyə dəvət edirəm. Kişilikdən qeyrətdən dəm vuran bu adam qalmaqallı 10-ci sinif “Tarix” dərsliyinin müəlliflərindən biridir və “Velikaya Armeniya” xəritəsi olan bölməni məhz o yazıb.” Görün, nə işlə məşğuldurlar.

Partiyaların birində şair və redaktor işləyən, savadsız “Əməkdar jurnalist”, görkəmli əlihəsənovçunun yazdığı əxlaqsız bir yazını Mehriban Vəliyeva çoxaldıb paylayır.

Bəlkə burda da şəbəkənin rolunu danasınız! 5- ci kolonun üzvlərinə, mehdiyevçilərə və həsənovçulara xəbərdarlıq edirəm! Caynağınızı Azərbaycan təhsilindən çəkin… Bu dövlətin gələcəyi bu gün məktəblərdə bacardığınız qədər səhv istiqamətə yönəltməyə çalışdığınız gənclərdən asılıdır.

Unutmayın ki, dövlət də, ayrı-ayrı dövlət strukturları da bunun ciddi şəkildə fərqindədirlər. Və mən də bütün təzyiq və qarayaxmalara baxmayaraq həmişə bu neqativ və gələcəyimiz üçün təhlükəli olan proseslərin qarşısında olacam və mübarizəmdən geri çəkilməyəcəm”.

Əvvəlki yazı

Lamborghini Urus alan azərbaycanlı kimdir? – FOTO

Sonrakı yazı

Məmur jurnalistə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı (FOTO)

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.