Ermənistanın Dərələyəz vilayətində İrəvan-Mehri yolunda ağır qəza baş verib.
Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin balansında olan “KamAZ” markalı yük maşını naməlum səbəblərdən aşıb. Hadisə nəticəsində maşında olan 11 hərbçi yaralanıb.
Hadisə ilə bağlı araşdırma aparılır.