25-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Dünya miqyasında bu il ən sürətli inkişaf edən ölkələrdən biri Azərbaycandır

30 May 2022, 13:51
Gündəm, Cəmiyyət
A A
Dünya miqyasında bu il ən sürətli inkişaf edən ölkələrdən biri Azərbaycandır

Qədim və zəngin tarixi keçmişə malik olan Azərbaycan xalqı azadlıq, müstəqillik uğrunda uzun və mübarizələrlə dolu qanlı-qadalı yol keçib. Qəhrəmanlıq salnamələri yazıb. Tanrı tərəfindən Azərbaycana bəxş olunan torpaqlara əsrlərdən bəri hər zaman yadellilər göz dikib. Azərbaycan xalqı öz qanı-canı bahasına yadellilərə qarşı mübarizə aparib.
Azərbaycan 1918-1920-ci illərdə müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurmuşdur, lakin xalqımızın böyük savaşlar bahasına əldə etdiyi müstəqillik uzun sürməmiş, cəmi iki ilə yaxın ömür sürmüşdür.
Bu müstəqillik çox qısa bir zaman sürsə də, xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Ulu Öndərimiz Heydər Əliyev deyirdi ki, biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm də bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır.
Görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada tanınan və qəbul edilən Azərbaycanın böyük oğlu Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycana böyük uğurlar gətirdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu. Ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi. Dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cumhuriyyəti bizim qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi. XX-ci əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəm olmamışdır. Ona görə xalqımız böyük faciələrlə üzləşmişdi. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. O vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi”.
10 avqust 1920-ci ildə Rusiya KP-nın Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək barədə qərar çıxarıb, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazi” elan olunub.
Sovet illərində bu ərazilərdən azərbaycanlıların bir neçə dəfə qovulması həyata keçirilib. Sonuncu dəfə 1988-ci ildə Zəngəzur, Göyçə, Dərələyəzdə, İrəvan, Vedi – indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovulublar. Sonra isə burada azərbaycanlılara məxsus yüzlərlə tarixi-mədəni abidələr ermənilər tərəfindən dağıdılaraq məhv edilib.
1933-cü ildə Ermənistan SSR-nin ərazisi rayonlara bölünüb və Zəngəzur adı xəritədən silinib. Yerində Qafan, Görus, Qarakilsə (Sisian) və Mehri rayonları yaradılıb. Nəticədə Naxçıvan digər Azərbaycan torpaqlarından ayrı salınıb. Zəngəzurun Azərbaycanda qalan hissəsində isə əvvəlcə Kürdüstan qəzası, sonra isə Zəngilan, Qubadlı, Laçın yaradılıb.
Erməni tarixçisi Gevork Aslan yazır: “Ermənilərdə heç vaxt dövlətçilik olmamışdır, onlarda vətən hissi və vətənə bağlılıq olmamışdır, nə də siyasi bağlarla vətənə bağlı deyillər. Erməni vətənpərvərliyi yalnız yaşadıqları yerlə bağlı olmuşdur”.
Bu kimi faktlar bir çox mənbələrdən bizə və demək olar ki, bir çoxlarına məlumdur. O da məlumdur ki, amerikalılar və ruslar dövlətçiliyi olmayan millətə Azərbaycan torpaqları hesabına dövlət yaratdılar.
Azərbaycanlılar ermənilər tərəfindən sıxışdırılaraq tədricən öz doğma torpaqlarından çıxarılmağa başlandılar. Özgə ərazilərində özlərinə məskən salan, yurd-yuva quran ermənilər yerli əhaliyə qarşı qətllər törətməkdən də çəkinməyiblər.
1988-1993-cü illərdə erməni qatilləri yenidən baş qaldırdılar. Rusların dəstəyi və köməyi ilə Azərbaycana qarşı qanlı terror törədildi. Bir milyondan artıq soydaşlarımız öz doğma yurdlarından didərgin salındı. Dəhşətli Xocalı faciəsi törədildi.
Çıxılmaz vəziyyətdə qalan xalq 1993-cü ildə Ulu Öndər Heydər Əliyevə müraciət edərək onu hakimiyyətə dəvət etdi.
Böyük, uzaqgörən siyasətçi Heydər Əliyev hakimiyyətə gələrkən tezliklə respublikada baş verən xaosa son qoydu. Atəşkəsə nail oldu. Bundan sonra isə Azərbaycanda müstəqillik həyatı başlandı. Respublikamız hər sahədə irəlilədi.
Heydər Əliyevdən sonra Azərbaycana rəhbərlik edən prezident İlham Əliyev Ümummilli Liderin siyasətini davam etdirərək Azərbaycanı bütün dünyaya tanıtdı. Bu gün Azərbaycan dünyada nüfuzu olan, sözü keçən ölkələrdən hesab olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bu gün iqtisadi göstəricilərimiz çox müsbətdir. Dünya miqyasında bu il ən sürətlə inkişaf edən ölkələrdən biri Azərbaycandır.
Azərbaycan iqtisadi cəhətdən müstəqil ölkədir. İqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Ancaq Azərbaycan tam müstəqildir və heç bir yardıma, kreditə ehtiyacı yoxdur.
Bu gün güc amili ön plandadır. Beynəlxalq hüquq işləmir. Özümüzü aldatmamalıyıq, daha güclü olmalıyıq, güc toplamalıyıq. Güc amili bundan sonra da dünyada hakim olacaq”.
44 günlük müharibədən sonra bütün dünya xalqımızın gücünü və mənəvi keyfiyyətlərini gördü. Azərbaycan xalqı, Azərbaycan Ordusu nələrə qadir olduğunu göstərdi.
Ermənilərdən fərqli olaraq biz öz torpaqlarımızdan işğalçı erməniləri çıxardaraq onlara qarşı etnik təmizləmə işi görmədik. Qadınlara və uşaqlara qarşı zorakılıq etmədik. Hətta onlara dinc yolla ərazilərimizi tərk etmək üçün vaxt da verdik. Əfsus ki, onlar bu məqamda da öz çirkin niyyətlərindən əl çəkməyərək gedərkən ərazilərimizə minalar basdırdılar. Bunun nəticəsində isə yüzlərlə vətəndaşımız bu minalara düşərək şikəst oldu və yaxud həyatını itirdi.
Artıq Qarabağ münaqişəsi həll olunub. 30 illik münaqişə vaxtı demək olar ki, fəaliyyətsiz olan ATƏT-in Minsk Qrupu öz fəaliyyətini başa vurub. İndi aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Aparıcı beynəlxalq təşkilatlar Azərbaycanla hesablaşır və Azərbaycanın təqdim etdiyi gündəliyi əsas kimi götürür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Ermənistanla sərhədlərimiz müəyyən olunmalıdır. Sərhədlərin müəyyən olunması avtomatik olaraq Ermənistanda revanşist faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyulması deməkdir. Qarabağ diyarı Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir.
Azərbaycan tərəfindən irəli sürülmüş 5 prinsip sülh müqaviləsinin əsasını təşkil etməlidir. Ərazi bütövlüyü tanınmalı, sərhədlər müəyyən olunmalı, hər kəs öz ölkəsində yaşamalı və bir-birinin işinə qarışmamalıdır. Bir-birinə qarşı ərazi iddialarından əl çəkmək prinsipi də böyük önəm daşıyır. Ermənistan rəhbərliyi bu 5 prinsipi qəbul edib”.
Ermənilər Azərbaycanın ərazisinə məskunlaşdırılan vaxtdan azərbaycanlıları sıxışdıraraq öz ərazilərindən çıxartsalar da, Azərbaycan xalqı onlara demək olar ki, qarşılıq verməyib. Onlara qarşı soyqırım törədərək “müvəqqəti” adı ilə məskunlaşdıqları torpaqlarımızdan qovmayıblar. Xalqımıza qarşı bu qədər qəddarcasına hərəkət etdiklərinə baxmayaraq dövlətimiz, xalqımız yenə də öz humanistliyində qalaraq onların Azərbaycan torpaqlarında Azərbaycan vətəndaşı kimi yaşamaqlarına icazə verir. Azərbaycanda yaşayan digər etnik qruplar kimi ermənilərin də hüquqları, təhlükəsizliyin qorunmasına təminat verir. Sadəcə onlar dərk etməlidirlər ki, ermənilər Qarabağa sonradan məskunlaşdırılıblar. Dağlıq Qarabağ deyilən bir yer yoxdur. Qarabağ var. Qarabağ isə Azərbaycandır.
Bu gün erməni vandallarının dağıdıb yerlə yeksan etdiyi ərazilərimizdə qlobal işlər görülür. Bərpa-quruculuq işləri davam etdirilir. Dəmir yolları, avtomobil yolları çəkilir, hava limanı tikilir, körpülər salınır. Ərazilər eyni zamanda minalardan təmizlənir.
Zəngilanda da genişmiqyaslı işlər gedir. Zəngilanın Ağalı kəndində bir il əvvəl inşaat işləri başlayıb. 200-dən artıq ev tikilib. Baxça, məktəb, tibb məntəqəsi və s. mövcuddur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Gənclər də öz dədə-baba yurdlarına qayıtmağa çox həvəslidirlər.
İnsanların qayıdışı üçün şərait olmalıdır. İndi birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib ki, ilk növbədə işlər aparılacaq. Ondan sonra insanlar qayıtdıqca, bütün qalan yerlər də bərpa ediləcək.
Vətən müharibəsində Qarabağı heç vaxt görməyənlər Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə də getmişdilər. Üç minə yaxın şəhidimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq”.
Şəhla Ağbulud

Əvvəlki yazı

Tovuzda 2 minlik cinayət, iş açılmır: Vilayət Eyvazova müraciət edildi

Sonrakı yazı

Prezident sərəncam imzaladı: 1 milyon manat ayırdı

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.