Ruslar işğal etdikləri Enerqodar şəhərində yanğınsöndürmə briqadasının rəisi Vtirali Troyanı girov götürüblər.
Axar.az xəbər verir ki, bu barədə Enerqodar şəhərinin rəhbəri Dmitri Orlov məlumatb yayıb.
Onun sözlərinə görə, işğalçılar dünən gündüz saatlarında Troyanın ofisində axtarışlar aparıblar, daha sonra onu özləri ilə naməlum istiqamətə aparıblar.
Hazırda Enerqodarda yanğınsöndürmə briqadasının işiçiləri, şəhər əhalisi etiraz aksiyaları keçirirlər. Yanğınsöndürənlər aksiyaya xidməti maşınları ilə birlikdə çıxıblar.