Tanınmış aparıcı səmimi açıqlamaları ilə gündəmə gəlib. Azərbaycanlı aktyor, televiziya aparıcısı Azər Axşam “MTV Azərbaycan” kanalında yayımlanan “Üzə-düz” verilişinin qonağı olub. O bildirib ki, televiziya rəhbərliyi aparıcıya səviyyəsinə, bacarığına, biliyinə görə deyil, onun kimindənsə qorxduğuna görə “meydan sulamağa” imkan verir:
“Heç vaxt efirdən istifadə etmədim. Çünki efir mənim atamın şirkəti, firması deyil. Əfsuslar olsun ki, bu gün bir çox teleaparıcılar efirlərinə o cür baxırlar, verililişlərinə də həmçinin. Sanki proqram onunla birgə doğulub. Günah onlarda deyil, televiziya rəhbərliyində səhv var ki, aparıcıya səviyyəsinə, bacarığına, biliyinə görə deyil, onun kimindənsə qorxduğuna görə “meydan sulamağa” imkan verir. Həmin aparıcı da özünü elə aparır ki, “burda mənəm, Bağdadda kor xəlifə”. Onlara “gözün üstündə qaşın var” deyən də yoxdur. İstədiyini də ala bilir, hətta istəmədiyini də işdən çıxara bilir. “At oynadır”.
Sən bir aparıcıya deyirsən: “Gəl kanalımda işlə, 800 manat alacaqsan”. Aparıcı da deyir ki, o pulla dolana bilmir. Çünki bilir ki, o biri həmkarı 3000 alır. Deyəndə də intriqalar yaranır. Ver o pulu, amma məndən kəsib vermə!”