26-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Putinin qara gələn 9 Mayı: Zelenski davam deyir…

12 May 2022, 11:00
Araşdırma, Manşet
A A
Putinin qara gələn 9 Mayı: Zelenski davam deyir…

Rusiyada 9 May paradını “Taun vaxtı qonaqlıq” da adlandırmaq olardı. “Z” ordusu Ukraynada darmadağın edilir, hər keçən gün ruslar canlı və texnika sarıdan itki verir, ali baş komandan Putin isə heç nə olmamış kimi parad keçirir, bayram edir, hikkəsini gizlədə bilmir. Rusiyanın ilk belə qara gələn bayram paradı idi ki, tribunada Putin dilxor, qayğılı görünürdü. Rusiya lideri Ukrayna müharibəsi haqda da lakonik danışdı və hiss olunurdu ki, deməyə sözü yoxdur. Amma demədikləri daha çox idi və üzündən yağırdı. Hərgah fevralda qondarma Donetsk və Luqansk respublikalarını tanıdığını efirdən bəyan edərkən çox arxayın görünürdü, Ukraynada dövlətçilik ənənələrinin olmadığı əminliklə söyləyir və bu ölkəni aşağılayırdı. Lakin paradda bir kəlmə kəsdi – milli təhlükəsizliyimizə təhdid var idi və hərbi əməliyyatlara başlamağa məcbur idik. 

Anaxeber.info yazır ki, Putinin paradda qanıqara göründüyü aşkar sezilirdi və ordunun uğursuzluğa düçar olduğunu özü də hiss etdirirdi. Hanı qüdrətli rus ordusu? Nə oldu, Kiyevi 72 saata alırdın, Putin? Hansı hərbi zəfər əldə edilib? Xerson və Mariupolun nəzarətə götürülməsi nəticə sayılırsa, 77 gün ərzində buna nail olmaq fiaskodur. Yəqin ki, Qərbdən gələn yardımların miqyasını Rusiya lideri tam hesablamamışdı və ukraynalıların da bu dərəcədə qəhrəmanlıqla döyüşəcəyi gözlənilmirdi.

Ona görə Putinin 9 May paradı iflasın təntənəsi idi və dünyaya heç bir mesaj verə bilmədi, xalqa hesabat olmadı. Hərçənd böyük şövqlə arzulayırdı ki, bu tarixə qədər bir nəticə hasil olsun və paradda elan etsin. Bu, Putinin məğlubiyyət paradı idi. Bundan əlavə, ilk günlərdə masaya oturmaq üçün təşəbbüs göstərən Ukrayna idisə, indi tam tərsinə dövr edir: Rusiya dəridən – qabıqdan çıxır ki, danışıqlar başlasın, Zelenski birmənalı şəkildə imtina edir. Ukrayna lideri son bəyanatında da deyib ki, rus ordusu ərazilərdən çıxmalı, sonra danışmalıyıq.

Yəni ritorika dəyişib, şərtləri irəli sürən artıq Zelenskidir. Çünki əvvəla rus ordusunun resursu, gücü və nəyə nail olduqları öyrənildi. Məlum oldu ki, onlarla döyüşmək olarmış. Bu mərhələni keçdi Ukrayna və psixoloji rahatladı. İkincisi, xarici yardımlar səngimir. Sonuncu belə böyük hadisə Konqresin 40 milyard dollarlıq dəstək paketini təsdiq etməsi oldu. Ukraynaya ciddi bir ümid, stimul və nəfəs gətirdi Amerikanın bu qərarı.

Ardınca Konqres Rusiyaya sanksiyaları elan etdi. Bayden də “Lend-Liz” qanunu imzaladı və beləliklə Zelenski ilə ordusu hiss etdi ki, arxa-dayaq var. Bu dayaq isə dünyanın supergücü Amerika və Britaniyadır. Bir sözlə, həm ayrılan yardımlar müharibənin ömrünü uzadır, həm də Ukraynaya böyük dəstək olur. O nöqteyi-nəzərdən Zelenski savaşa davam deyir, danışıqlardan imtina edir, Putin isə fikirli və bataqlığa düşmüş vəziyyətdə görünür. Bununla da dünya ilə döyüşən Rusiya hansı bir bəlaya düşdüklərini dərk etməkdədir.

Hazırda yeni dünya nizamı yaradılır və orada Rusiyaya yer olmayacaq, ya da olacaqsa zəifləmiş, taqətdən düşmüş, əlləri qırışmış, beli bükülmüş bir Rusiya olacaq. Amerikadan 40 milyardlıq yardım zərfi də məhz ona hesablanıb ki, Rusiya Ukrayna meydanında qalib gələ bilməsin, yorulsun, sanksiyaların və hərbi dəstəyin ardı-arası kəsilmədiyini görüb geri çəkilməyə qərar versin.

Artıq Rusiya ordusunda generallar arasında da ixtilaflar baş qaldırıb. Hərbi uğursuzluq daxildə çaxnaşma yaradıb. Beş qubernatorun istefası da hakimiyyət içində böhranın başlanmasının ilk əlamətləri kimi görünür və corab sapı kimi sökülməyə başlayır Rusiya… Əlqərəz, biz bir tərəfdə silah və yardımı azalmayan, döyüşləri dayandırıb masaya oturmaq istəməyən bir Zelenski görürük, bir yanda isə dilxor, bədbin və çıxış yolları axtaran Putin…

Əvvəlki yazı

Azovda yanan gəmidə Azərbaycan vətəndaşları olub? – XİN açıqladı

Sonrakı yazı

Xabarovskda hərbi hissədə partlayış: Ölən və yaralılar var

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.