23-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Aşpaz Mənsimovun Əfqanıstanda “döyüşməsi” – Müdafiə Nazirliyi təkzib edir

06 May 2022, 20:28
Cəmiyyət
A A
Aşpaz Mənsimovun Əfqanıstanda “döyüşməsi” – Müdafiə Nazirliyi təkzib edir

 

“Palmali Holding”in prezidenti Mübariz Mənsimov haqqında qalmaqallar səngimir. Fətullahçı Terror Təşkilatına (FETÖ) bilərək köməklik etdiyinə görə 5 il müddətinə haqqında hökm çıxan Mənsimov həbs olunması, kriminal aləmdə “Lotu Quli” adı ilə tanınan avtoritet Nadir Səlifovla telefon danışığı, məşhur mafiya başçısı Sedat Pekərlə münasibətləri haqqında dedikləri ilə reaksiyalara səbəb olub.

Son zamanlar diqqətçəkən məqamlardan biri də Mübariz Mənsimovun Əfqanıstanda hərbi xidmətdə olması barədə dedikləridir. “Mən iki dəfə Əfqanıstanda döyüşlərdə olmuşam, ora ezamiyyətə göndərilmişəm”, – o vurğulayıb.

“Haqqin.az” portalının baş redaktoru Eynulla Fətullayev iş adamının hərbi xidmət dövrü ilə bağlı araşdırma aparıb. O, sosial hesabında yazıb ki, Mübariz Mənsimovla bağlı Müdafiə Nazirliyinə sorğu göndərib və aşağıdakı məzmunda cavab alıb: “22.03.1968-ci il təvəllüdlü Mənsimov Mübariz Qurbanəli oğlu. 12.07.1987-14.04.1989-cu illərdə keçmiş sovet ordusunun 145 nömrəli hərbi hissəsinin hərbi qida məktəbində xidmət edib. Hərbi uçot ixtisası – Qoşun Qidasının aşpazı. Keçmiş SSRİ SQ-nin 145 nömrəli Hərbi Aşpazlar Məktəbi Almaniyada Sovet Qoşunları Qrupunun 20-ci Qvardiya Ümumqoşun Ordusu tərkibində Finovfurt şəhərində dislokasiya olunmuşdur. Sonradan hərbi hissə RF-nin Çita vilayətinin ərazisinə köçürülmüşdür.

Hərbi xidmətdən tağım komandirinin müavini kimi çavuş rütbəsində tərxis olunub. Hazırda SHXÇDX-nın Nizami Rİ-də hərbi qeydiyyatdadır. 31 nömrəli peşə məktəbini montajçı ixtisası üzrə bitirib”.

Beləliklə, aşpaz Mənsimovun Əfqanıstanda “döyüşməsi” əhvalatı öz təsdiqini tapmayıb.

Əvvəlki yazı

Azərbaycanlı bəstəkar yatıb ayılmadı

Sonrakı yazı

Zəngilan ən yaxın müddətdə öz sakinlərini qəbul edəcək

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.