Müharibənin 72-ci günü üçün Rusiya MN Ukraynanın itkiləri haqda məlumatı yeniləyib.
Reportyor.info xəbər verir ki, bu barədə Rusiya MN rəsmisi general-mayor İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 151 təyyarəsi, 112 helikopteri, 742 PUA-sı, 290 zenit-raket kompleksi, 2854 tank və digər zirehli texnikası, 329 reaktiv yaylım atəş sistemi, 1338 artilleriya və minaatanı, 2683 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.