25-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

ELMAR VƏLİYEVİN “QARA KASSASI” HƏBS OLUNA BİLƏR – “Deyir ki, pulları Vəliyevə verib”

04 Sentyabr 2018, 10:40
Gündəm, Banner
A A
ELMAR VƏLİYEVİN “QARA KASSASI” HƏBS OLUNA BİLƏR – “Deyir ki, pulları Vəliyevə verib”

Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi olmuş Məharət Mustafayev onlarla vətəndaşı aldadıb

“Elmar Vəliyev və onun dəstəsinin Gəncə şəhərini son 6 ildə talan etməsi ilə bağlı ciddi araşdırmalar başlayıb. Şəhərin mərkəzində və şəhərətrafı ərazilərdə 100 hektarlarla torpaq sahəsini, habelə xeyli tikilini faktiki sahiblərinin əllərindən zorla, təhdidlə alaraq müxtəlif adamlara saxta, qanunsuz sənədlərlə satıblar. Bu işləri isə birbaşa Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi, sabiq başçı Elmar Vəliyevin əsas pultoplayanı kimi tanınan Məharət Mustafayev həyata keçirib. Yeni başçı Niyazi Bayramov onu ötən həftə işdən çıxardı və fəaliyyətinin araşdırılması üçün komissiya yaratdı. Komissiyanın ilkin təftişi zamanı çoxsaylı qanunsuzluqlar fiksə olunub. Habelə, Məharət Mustafayevin işdən çıxarılmasından sonra onun mal-mülkünü mənimsədiyi şəxslər də hüquq-mühafizə orqanlarına müraciətlər etməyə başlayıblar”.

Bunu müsavat.com-a Gəncədəki mənbə deyib. Qaynaq qeyd edib ki, Məharət Mustafayev Elmar Vəliyevin “qara kassası” olub və Gəncədə mülkiyyət, torpaq yağmalamaları məhz onun vasitəsilə həyata keçirilib:“Elmar Vəliyev Gəncədən əvvəl Yevlağın icra başçısı olarkən də Məharət Mustafayev həmin rayonda onun torpaq alverçisi olub. O, Yevlaxda rayon torpaq şöbəsinin müdiri işləyirdi, Yevlaxda da torpaqları yağmalayıb, sahiblərinin əlindən təhdidlə alıb iş adamlarına, müxtəlif şəxslərə satırdı. Elmar Gəncəyə gələndə onu da özü ilə gətirdi və Gəncənin torpaq sahələrinin daha çox olduğu Nizami rayonuna icra başçısı təyin etdirdi. Məharət Mustafayevin zülmü bu rayonda ərşə qalxmışdı, hətta məcburi köçkünlərin məskunlaşdığı torpaqları, onların örüş yerlərini də əllərindən alıb satırdı. O, əndazəni aşdığına görə bu vəzifədən azad edildi, az sonra isə Elmar Vəliyev onu Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi təyin etdi. Bundan sonra bütün Gəncəyə ”qan uddurmağa” başladı.

Elmar Vəliyevin, Məharət Mustafayevin şəhərdə hara gözü düşdüsə, sahibinin əlindən zorla alırdılar; ya orada özlərinin biznesini qururdular, ya da baha qiymətə başqasına saxta sənədlə satırdılar. Mülkün faktiki sahibi məhkəməyə müraciət edib, haqqını tələb edəndə isə Elmar Vəliyev nüfuzundan istifadə edib, ya məhkəmədən işi geri qaytarırdı, ya da qərarın icrasına imkan vermirdi. Bununla yanaşı, Məharət Mustafayev bir neçə iş adamına qiyməti 200 min, 1 milyon manat dəyərində olan mülklər satıb, lakin onlara saxta sənədlər verib. Bəzi şəxslər sənədlərin saxta, mülkiyyətin faktiki olaraq başqasına aid olduğunu biləndə Məharətdən pullarını geri tələb ediblər. Lakin onlar hədələniblər, təhdid ediliblər. Son olaylardan sonra isə həmin adamlar Məharət Mustafayevdən pullarını geri tələb edirlər, o isə həmin adamlardan qaçır. Söhbət bir neçə milyon manatdan gedir.

Məharət Mustafayev ile ilgili görsel sonucu

Bəzilərinə isə deyir ki, pulları Elmar Vəliyevə verib. Bir neçə vətəndaş isə onun tərəfindən dələduzluğa məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına, yeni başçının yaratdığı komissiyaya müraciətlər edib. Bu şikayətlər əsasında Məharət Mustafayevin həbsi qaçılmazdır, çünki bu cinayət xarakterli, mülkiyyət əleyhinə qanunsuzluqlar birbaşa onun rəsmi imzası ilə reallaşıb. Həmçinin şəhərin mərkəzi hissələrində Məharət Mustafayevin “haqq” tələb etdiyi, ala bilmədikdə yerlə-yeksan etdiyi onlarla obyektin sahibi də şikayətçidir”.

Mənbə maraqlı bir məlumat da verdi. Belə ki, Məharət Mustafayevin oğlu Sərxan Mustafayev Gəncədə “avtoş” kimi tanınır. O, şəhərdə davamlı olaraq avtoxuliqanlıqla məşğul olub, amma atası Elmar Vəliyevin “sağ əli” olduğundan əməlləri cəzasız qalıb. Maraqlısı isə odur ki, iddiaya görə, ad-soyadını yazanda belə səhv edən Sərxan Mustafayev bütün gününü əyləncələrdə keçirsə də, sənəd üzərində Gəncə Şəhər İcra Hakimiyyətinin Hüquq söbəsinin işçisi olub. Lakin onu heç zaman işdə görən olmayıb…

Sonda qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətində Elmar Vəliyevin adı korrupsiyaya bulaşmış kadrlarının təmizlənməsi prosesi davam edir. Belə ki, yeni başçı sentyabrın 3-də E.Vəliyevin yaxın adamlarından biri olan Hacızadə Tural Yaşar oğlunu icra başçısının köməkçisi vəzifəsindən azad edib.

Yazıda adları keçən şəxslərin mövqeyini çap etməyə hazırıq(musavat.com).

Əvvəlki yazı

7 AYA YAZILAN DOKTORLUQ DİSSERTASİYASI VƏ… – “Həqiqi alimlərin dissertasiyalarının təsdiqi 40 ay yubadılır”

Sonrakı yazı

BİR QRUP RABİTƏÇİ NAZİRDƏN PREZİDENTƏ ŞİKAYƏT ETDİ – ““BTR” MMC-nin rəhbərliyi bizə yeni sürpriz hazırladı…”

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.