04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Xırdalanda “Narkomaniya ümumbəşəri bəladır” tədbiri keçirilib

29 Aprel 2022, 12:55
Cəmiyyət
A A
Xırdalanda “Narkomaniya ümumbəşəri bəladır” tədbiri keçirilib
Bakı Mühəndislik Universitetində (BMU) Abşeron Rayon İcra Hakimiyyətinin və Abşeron Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikahların fəsadları”, “Dini radikalizm” mövzularında maarifləndirici tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən BMU-nun Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə tədbirin əhəmiyyətini önə çəkərək narkomaniyanı, erkən nikahı, eləcə də dini radikalizmi müasir dövrümüzün ağrılı və acınacaqlı problemləri kimi xarakterizə edib.
Azərbaycanda bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlər haqqında məlumat verən B.Hüseynzadə narkomaniya ilə dövlət səviyyəsində mübarizə aparıldığını, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən 1996-cı il 26 avqust tarixli Fərman imzalandığını diqqətə çatdırıb. Prorektor çıxışının sonunda gəncləri zərərli vərdişlərdən uzaq durmağa səsləyib.
Abşeron Rayon Ağsaqqallar şurasının sədri Nadir Ağayev hər bir gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı, təhsilin də önəmli yer tutduğunu söyləyib. Gənclərin rolunu xüsusi vurğulayan sədr çıxışında ulu öndər Heydər Əliyevin “Gənclər bizim gələcəyimizdir” fikrini xatırladıb. O, tədbirin vacib mövzulara həsr olunduğunu deyib və gənclərə öz tövsiyələrini verib.
Abşeron Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis mayoru Elbrus Əhmədov tədbirin təşkilin olunmasında verdiyi dəstəyə görə BMU-nun rəhbərliyinə minnətdarlığını ifadə edib. Bildirib ki, təhsil müəssisələrində narkomaniya, erkən nikah və dini radikalizm mövzularında tədbirlərin keçirilməsində məqsəd gəncləri, yetkinlik yaşına çatmayanları zərərli vərdişlərdən, narkomaniyadan uzaq durmaqda onlara yardımçı olmaq, həmçinin polis-vətəndaş və polis-məktəb əlaqələrini daha da gücləndirməkdir. Bu istiqamətdə Abşeron rayonu ərazisində yerləşən təhsil ocaqlarında silsilə təbliğat tədbirlərinin gerçəkləşdiyini deyən E.Əhmədov maarifləndirmə işlərinin daha da genişləndirilməli olduğunu söyləyib.
Abşeron Rayon Gənclər və idman idarəsinin rəisi Əsgər Əmrəliyev dünya dövlətlərinin narkomaniya ilə mübarizə aparmaqlarına baxmayaraq, bu bəlanın sürətlə yayıldığını önə çəkib. Hər bir gəncin sağlamlığının dövlətimiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan idarə rəisi gənclərə daima dövlət tərəfindən diqqət və qayğı göstərildiyini fikirlərinə əlavə edib. Nəzərə çatdırıb ki, gənclərin sağlam ruhda tərbiyə olunması məqsədilə dövlət tərəfindən regionlarda Olimpiya İdman Kompleksləri inşa edilib, idman mərkəzləri, stadionlar istifadəyə verilib. O, gəncləri zərərli vərdişlərdən uzaq durmağa və idmanla məşğul olmağa səsləyib.
Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru İbrahim Məmmədov gənclər arasında narkotik maddələrin yayılmasında vasitəçilik edənlərin, ondan istifadə və alqı-satqısı ilə məşğul olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını təmin etmək məqsədilə həyata keçirilən əməliyyat tədbirlərindən danışıb. Polis mayoru edilən müraciətlərə, sosial şəbəkələr üzərindən yazılan məlumatlara dərhal reaksiya verildiyini bildirib.
Erkən nikahların fəsadlarından danışan Abşeron Rayon Polis İdarəsinin rəis köməkçisi, polis polkovnik-leytenant Yaşar Məmmədov bu mövzunun sosial problem kimi bütün dünyada aktuallıq kəsb etdiyini deyib. Y.Məmmədov bildirib ki, araşdırmalara əsasən erkən nikah bəzən qızların öz istəkləri, bəzi hallarda valideynlərin təzyiqi, digər hallarda isə ailədə maddi vəziyyətin çətin olması və s. səbəblərdən baş verir. O, dünya təcrübəsinə nəzər saldıqda bu problemin, xüsusilə müsəlman ölkələrində qabarıq şəkildə nəzərə çarpdığını vurğulayıb.
Yeniyetmələrin hüquqlarının pozulmasının qarşısının alınması istiqamətində müxtəlif maarifləndirici tədbirlərin keçirildiyini bildirən polkovnik-leytenant sosial-psixoloji dəstəyə ehtiyacı olan qızlara diqqət yetirildiyini, qızların təhsilə cəlb olunması ilə bağlı dövlət müəssisələrində müvafiq təlimlərin təşkil olunduğunu söyləyib.
Sonra BMU-nun Ümumi fənlər kafedrasının müdiri, dosent Bilal Dədəyev “Dini radikalizm” mövzusunda məruzə ilə çıxış edib. B.Dədəyev məruzəsində dini savadsızlıq, psixoloji və sosial problemlər, işsizlik və yoxsulluq, məqsədyönlü təbliğat, sosial şəbəkələrdən düzgün məqsədlə istifadə etməmək və s. kimi amillərin dini radikalizmə yol açdığına toxunub.
Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vüqar Bəşirov, Abşeron Rayon Təhsil Şöbəsinin müdir əvəzi Pərviz Əhmədov, Abşeron Rayon Xəstəxanasının həkimləri – Vəfa İsgəndərli və Pərvanə Əliyeva, Saray Polis Bölməsinin inspektoru Gülnar Həsənova iştirak edib.
Toplantının sonunda narkomaniyanın zərərlərindən bəhs edən “Narkomaniyaya “Yox” deyək!” adlı videoçarx nümayiş olunub.
Əvvəlki yazı

İlham Əliyev: “Heç bilmirəm “Şuşi” nə deməkdir”

Sonrakı yazı

Prezident: “Qaz təchizatının artırılması ilə bağlı bir sıra müraciətlər daxil olub”

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.