Dövlət Gömrük Komitəsi və sədri Səfər Mehdiyevin süründürməçiliyi ucbatından Ukraynaya məxsus 13 yük maşını Azərbaycandan çıxa bilmir. Reportyor.info bildir ki, “Vüsal İsmayılov” şirkətinin azərbaycanlı sürücüləri Gömrük Komitəsində onlardan 700-800 dollar tələb olunduğunu qeyd edirlər. Onların sözlərinə görə, tranzit icazə blankı və tranzit vaxtının bitməsinə görə sürücülərə cərimə tətbiq olunub. Lakin bu haqda bildiriş gəlməyib. Sürücülər Ukrayna səfirliyinə də müraciət ediblər, problemin araşdırıldığı deyilib. Sürücülər şikayətlənir ki, əsassız yerə ölkədən çıxa bilmirlər və cərimədən azad olunmurlar. Şikayətçilər Gömrük Komitəsində İqbal adlı şəxsin onları ittiham etdiyini söyləyiblər. Onlar isə deyirlər ki, müharibə ilə əlaqədar olaraq İrandan Ukraynaya gedən yüklər məcburi geri qayıdır. Maşınlar yükü təhvil verdikdən sonra tranzit olaraq Azərbaycandan keçməlidirlər. Amma Ukrayna qeydiyyatlı şirkətə heç bir köməklik göstərilmir. Bu da Gömrük Komitəsinin Ukraynadakı müharibədən də qazancı…