Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 16 yaşlı Ağdaş rayon sakininin ana olması ilə bağlı açıqlama verib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağdaş rayon sakini olan 16 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub:
“Məsələ ilə bağlı Ağdaş Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır”.