24-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Azərlotereya” xalqa “Poz, qazan”la “qaz” gəlir

11 Aprel 2022, 10:25
Banner
A A
“Azərlotereya” xalqa “Poz, qazan”la “qaz” gəlir

Bakıda küçədə göyərti satmağa başlasan, dərhal adamın başının üstünü kəsdirib səyyar ticarətin qadağan olunduğunu əsas gətirərlər, çörək pulu qazanmağa peşman edərlər. Yaxud küçədə qəzet satmaq istəsən, həmin an gəlib əldə yayımın qadağan edildiyini deyib adamı cərimələyərlər.

Lakin paytaxtın hər tin başında biz açıq şəkildə qumar oynandığını, qanuniləşdirilmiş lotereya getdiyini görə bilərik. Yəqin ki çoxunuz kütləviləşən bu mənzərəyə şahid olub: “Azərlotereya” ASC küçələrdə “Poz qazan” qumarı təşkil edir.

Anaxeber.info məlumat verir ki, artıq Bakının əksər yerlərində, metro həndəvərində bu oyunlar gedir və nəticədə hər gün milyonlar dövr edir. Amma məsələ budur ki, “Azərlotereya” ASC kütləvi şəkildə əhalini aldatmaqla məşğuldur. Çünki cəmi 10-15 faiz uduş qoyur. Yəni hər 100 kupondan uzaqbaşı 3-5 ədədindən uduş çıxa bilər. Bu da lotereyanın təşkilində edilmiş böyük fırıldaqdır.

Hər gün avtobus dayanacaqlarında, lotoreya satış nöqtələrində xüsusilə kasıb təbəqədən olan vətəndaşların böyük həvəslə “Qızıl 2”, “Şans ulduzu” və “Brilliant” ani lotereyaları almasının şahidi oluruq. Və onlar sonuncu pulunu da qumara verməyə təhrik edilir.

Əslində, küçələrdə açıq şəkildə lotereya oynanması qumarı təbliğ etmək, insanları şirnikləndirmək deməkdir. “Azərlotereya” isə ən azı bunun müqabilində normal uduş kvotası da ayırmayıb ki, heç olmasa “Poz, qazan” kuponu almağa dəysin. Çünki əksər hallarda kupon alanlar uduzur, pulu gedir. “Poz Qazan” lotoreyalarında kuponların arxasında rəqəmlər var, bir-birindən fəqlənirlər və öncədən məlumdur. Ekspertlər də deyirlər ki, kuponların üzərindən rəqəmlər mütləq götürülməlidir. Birmənalı şəkildə “Poz Qazan” lotoreyasında insanları aldadırlar.

Hüquq müdafiəçisi Sahib Məmmədov bildirmişdi ki, orqanlar bu məsələni qaldırmalıdır. Bu günlərdə deputatlardan Naqif Həmzəyev, Razi Nurullayev və digərləri bildirmişdilər ki,  vətəndaşlarımız müxtəlif yollarla aldadılır, onlara ümid verilir. Ümumiyyətlə, bu “mədəni qumarın” təcili küçələrdən yığışdırılmasına zərurət var. Kasıb əhali axırıncı pulunu da udmaq arzusu ilə qoyur və uduzur. Üstəlik, yollarda bu oyunların təşkili istər-istəməz həvəs oyadır, cəlb edir və çoxu aldanıb oynayır. Deyilənə görə, bu biznesin arxasında yüksək ranqlı məmur dayanır.

Sosial çətinliyin və işsizliyin olduğu bir dövrdə insanların son ümid yeri bu lotereyalardır. Təsadüfi deyil ki, bir neçə gün öncə bu lotereyadan qazanılan 200.000 manatdan sonra iki əmioğlu mübahisə edərək polis tərəfindən saxlanıldı. Demək, bu həm də ailələrdə münasibətlərin korlanmasına yol açan bəladır. Əgər cekpot 5000, 10000, 20000 manatdırsa, bu qumardır. Bunun başqa adı yoxdur. Kazinolar qadağan olunsa da, bu da qumarın ayrı növüdür.

Maraqlıdır ki, Azerlotereya rəsmi səhifəsində udulan böyük məbləğlər barədə məlumatlar versə də, çox vaxt qalib olan şəxslərin adlarını açıqlamır. Qurumun bu addımı isə əksər insanlarda şübhələr yaradır. Azerlotereyanın feysbuk səhifəsində isə komment yazan insanların böyük əksəriyyəti lotereyada uduşların çox xırda rəqəmlərdən və az olmasından şikayətçidir. Qeyd edək ki, “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu, maliyyə üzrə baş rəhbəri isə Osman Karakuşdur.

Əvvəlki yazı

Rusiyanın itkiləri 20 minə çatır

Sonrakı yazı

“Nikolayevdə 56 sakin öldürülüb” – Mer

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.