Hazırda müşahidə etdiyimiz güclü şimal-qərb küləyi səhərə yaxın tədricən mülayimləşəcək. Sabah gün ərzində mülayim cənub küləyi əsəcək. Bu gün səhər saatlarından başlayaraq bölgələrdə, eləcə də paytaxtda şimal-qərb küləyi güclənib. Küləyin maksimal sürəti bəzi ərazilərdə 30-35 metr-saniyəyədək güclənəcək.
Bu sözləri açıqlamasında ETSN-nin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
“Dünənlə müqayisədə bu gün havanın temperaturu aşağı enəcək. Günorta saatlarında temperatur 16-18 dərəcədən yüksək olamayacaq. Bölgələrdə də güclü şimal-qərb küləyi əsəcək. Əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olanacaq. Havanın temperaturu bəzi rayonlarda 21-22, dağlarda isə 5-10 dərəcə isti olacaq”, – direktor bildirib.