21-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir

18 Mart 2022, 14:23
Cəmiyyət
A A
Şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir

Baharın gəlişi ta qədimdən insanlar üçün bayram olub. Qışın çətinliklərindən, soyuğundan, şaxtasından çıxan qədim insanlar tonqal ətrafına yığışaraq baharı salamlayar, öz sevinclərini ifadə edərmişlər.
Azərbaycanda və bir sıra ölkələrdə hətta, demək olar ki, tarixi məlum olmayan vaxtdan Novruz bayram kimi qeyd edilir. Baharın gəlişinə sevinən insanlar bir ay əvvəldən çərşənbələrlə biri-birini müjdələyir. Suyu, odu, küləyi, torpağı salamlayırlar. Hər birini öz çərşənbəsində qarşılayır, bayram edirlər. Hazırladıqları şirniyyatları günəşə, aya bənzədirlər.
Uzun müddət bu bahar bayramına dini bayram adı qoyaraq Novruz bayramını bizə qeyd etmək yasaq edilmişdir. Lakin bildiyimiz kimi bu bayramın heç vaxt dinlə heç bir əlaqəsi olmamışdır. Lakin bütün bu yasaqlara baxmayaraq Azərbaycan xalqı Novruz bayramını həmişə qeyd etmiş və əsrlərdən bəri bütün adət-ənənələri ilə sevə-sevə yaşatmışdır.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESKO tərəfindən Qeyri-Maddi Mədəni irs üzrə Reprentativ siyahısına daxil edilib. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESKO-nun Qeyri-Maddi Mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, Qırğızıstan, Pakistan,Türkiyə, Özbəkistan) nominasiya kimi UNESKO-nun Qeyri-Maddi Mədəni irsin Reprezentativ siyahısına salınıb.
2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Mart ayının 21-də gecə ilə gündüz bərabərləşir və həmin gündən günlər uzanmağa başlayır. Günəş ilıq nəfəsiylə qarı, buzu əridir. Novruzgülü qar altından boylanır. Yurdumuza zəfər ətirli, igid soraqlı, qəhrəmanlıq dastanlı bahar gəlir.
Bahar bayramı Azərbaycanda coşğu ilə həm paytaxtımızda, həm də Azərbaycanın bütün şəhər və kəndlərində qeyd olunur. Bu bayram həm böyüklərin həm də uşaqların sevimli bayramıdır. Novruzda çaylar kimi şairlərin, aşıqların, xanəndələrin ilhamı da coşub daşır. Səmənilər cücərdilir, xonçalar bəzənir, milli adət-ənənələrimiz nümayiş etdirilir, kəndirbazlar, pəhləvanlar öz bacarıqlarını nümayiş etdirirlər. Keçəl, Kosa xalqı əyləndirir. Baharın rəmzi olan, al-əlvan bəzəkli Bahar qızı gəlişi ilə od nəfəsli, çiçək ətirli Novruzun gəlişini müjdə verir. Bütün bayramların ən gözəli olan Novruz bayramı – Bahar bayramı xoş müjdələri ilə qədəm basır Azərbaycana.
Ümummilli Liderimiz Heydər Əliyev: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.
Ümummilli Liderimizin və bu müqəddəs arzu ilə yaşayan bütün Azərbaycan xalqının arzusu reallaşdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Baş Komandanlığı ilə Azərbaycanın yenilməz Ordusu, Azərbaycan xalqının qəhrəman, vətənpərvər övladları Azərbaycanın ayrılmaz hissəsi olan doğma Qarabağ torpağını işğalçılardan azad etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Novruz bayramı bizə ulu əcdadlarımızın təbiətin əbədi nizamına ehtiramını ifadə edən müqəddəs yadigarıdır. Bu bayram Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxdışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Yad təsirlərdən qoruyaraq layiqincə yaşatdığımız Novruz ənənələri çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın, eyni zamanda bəşər mədəniyyətinə töhfəsidir.
Haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə biz sınaq anında yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir”.
Bəli artıq ikinci ildir ki, 30 il arzu etdiyimiz Novruz tonqalları doğma Qarabağda alovlanır. Şuşa Qalası tonqalın işığıyla şölələnir. Novruz tonqalının “alov əlləri” göylərə yüksələrək şəhidlərimizi salamlayır.
Nəğmə olur dalğalar,
Qış dönüb olar bahar,
Göydən məhəbbət yağar,
Bayram axşamlarında.
Əbədi bahar bayramımız mübarək olsun.
Şəhla Ağbulud

Əvvəlki yazı

“Hizbullah” Ukrayna döyüşlərinə qoşulur – Rəsmi

Sonrakı yazı

Elşad Hacıyev “Davam”ın qonağı olub (FOTO)

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.