25-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

10 təyyarə, yanacaq kolonu məhv edildi – Fotolar

11 Mart 2022, 11:09
Gündəm
A A
10 təyyarə, yanacaq kolonu məhv edildi – Fotolar

Rusiya ordusu ötən gün ərzində də Ukraynada canlı qüvvə və texnika sarıdan ağır itkilər verib. Xəbər verildiyi kimi Kiyev ətrafındakı Brovarı rayonunda Rusiya ordusunun tank polkuna artilleriya və hava zərbələri endirilib, bu zaman polk komandiri də daxil olmaqla onlarla hərbçi ölüb. Bir neçə tank sıradan çıxarılıb, bir tank və bir MTLB personal daşıyıcı qənimət götürülüb.

Ukrayna Silahlı Qüvvələrinin “Şimal” əməliyyat Komandanlığının yaydığı məlumatda isə deyilir ki, Çerniqov vilayətində düşmənin üstün qüvvələri ilə döyüşün nəticəsi olaraq Rusiya ordusunun 10 tankı, zenit-raket kompleksi və zirehli təxliyə maşını qənimət olaraq ələ keçirilib. Rusların canlı qüvvə sarıdan itkiləri barədə məlumat verilmir.

 

 

Virtualaz.org -ın məlumatına görə, Sumı vilayətində isə Rusiya ordusunun təchizat kalonu darmadağın edilib. Sosial şəbəkələrdə bu hücumun nəticələrinə dair kadrlar yayılıb, kadrlardan məlum olur ki, çoxsaylı yanacaq və təchizat maşını yandırılıb, məhv edilib.

“Müharibənin ikinci həftəsində ruslara nəhayət çatıb ki, kalonu sadəcə olaraq irəli göndərmək yox, onu müşaiyət etmək də lazımdır. İndi təchizat kalonu ilə “Tiqr” zirehli maşını və BTR-80 gedir. Amma…indiki halda onlara bu da kömək etmədi”, – Facebook istifadəçisi Dmitri Putyata həmin kadrları paylaşaraq yazıb.

Kadrlardan məlum olur ki, rusların təchizat kalonunu hava hücumundan qorumaq üçün “Osa-M” zenit-raket kompleksi də müşaiyət edib, amma həmin texnika da vurulub. Sıradan çıxarılan yanacaq maşınlarının sayı 10-dur. Ukraynalı hərbi jurnalist Yuri Butusov əməliyyatı belə şərh edib: “Rusiya ordusunun yanacaqdolduran kalonunun nümunəvi şəkildə darmadağın edilməsi…Şübhəsiz ki Ukrayna döyüşçülərinin bu uğurlu hücumu Rusiya qoşunlarının hücum əməliyyatlarına ağır zərbə vurmuş oldu”.

Digər məlumata görə Ukrayna xüsusi təyinatlıları Rusiyanın “Pantsir -S1” zenit raket-top kompleksini qənimət olaraq ələ keçiriblər. Bu kompleksin qiyməti 15 milyon dollardır. Əməliyyatın harada keçirildiyi göstərilmir.

Ukrayna Silahlı Qüvvələrinin Hava Komandanlığı isə bildirir ki, martın 10-da düşmənin 10 döyüş təyyarəsi məhv edilib. Habelə Ukrayna aviasiyası düşmənin iki kalonuna sarsıdıcı hava zərbələri endirib.

Məlumatda deyilir ki, Rusiya Hava Kosmik Qüvvələri ötən gün ərzində 7 Su-25, habelə Su-34 itirib, sonuncu aldığı zədə ilə aerodroma qayıtmağa çalışsa da Rusiya ərazisində yerə düşüb. Quru qoşunları isə öz növbəsində iki Su-25 vurublar, bu təyyarələrin vurulması fotomateriallarla təsdiqlənib. Onlardan biri “Stinger” raketi ilə vurulub.

Bütün bunlar Rusiya ordusunun ötən gün verdiyi itkilərin heç də hamısı deyil.

Rusiya ordusu müharibənin başlanmasından bu yana ilk dəfə Dnepr şəhərinə hücum edib.

Martın 11-i səhər saatlarında Rusiya qoşunları şəhərə raket zərbələri endiriblər. Şəhərə hücum zamanı sirenalar işə düşüb. Raket zərbələri endirilmiş ərazilərə xilasedicilər cəlb olunublar.

Bu arada bir müddət əvvəl Kiyevə doğru hərəkət etdiyi bildirilən Rusiya ordusuna məxsus 64 km uzunluğundakı kolonla bağlı yeni məlumat və görüntülər yayılıb.

Musavat.com “Maxar Technologies” istinadən xəbər verir ki, peykdən çəkilmiş yeni görüntülərə görə, kolonun bəzi elementləri Lubyanka yaxınlığındakı meşələrə və meşəlik ərazilərə yerləşdirilib.

Yedəkli artilleriya, zirehli texnika və tanklar Antonov aviabazasından təxminən beş kilometr şimal-qərbdə – Lubyanka yaxınlığında seyrək ağac kolluğunda gizlədilib.

 


 

***

“Rusiya ələ keçirdiyi ərazilərdə fəal təbliğat kampaniyası aparmağa başlayıb”. Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, Rusiya Ukraynanın Xerson vilayətində adminstrativ-polis rejimi qurmağa cəhd göstərir.

Rəsmi informasiyaya görə, Rusiya hərbçiləri Çerniqov vilayətində itki verməkdə davam edir: “Rəqib ayrı-ayrı yaşayış məntəqələrində beynəlxalq humanitar hüquq normalarını pozaraq qarət edir, girov götürür və mülki vətəndaşları edam edir”.

Məlumata əsasən, Rusiyanın Rostov vilayətində islah-əmək müəssisələrində məhbuslara amnistiya qarşılığında Ukraynada döyüşmək təklif olunur.

Bildirilib ki, Ukraynanın Silahlı Qüvvələri Rusiya ordusunun hücum əməliyyatlarının qarşısını alır və cavab verir.

Xatırladaq ki, bu gün, martın 11-i Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatların 16-cı günüdür.

 

Əvvəlki yazı

Müdafiə Nazirliyi azad olunan ərazilərdə aşkarladığı minaların sayını açıqlandı (FOTO)

Sonrakı yazı

Volnovaxa şəhəri separatçıların əlinə keçdi

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.