22-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Hafiz Hacıyev: “Putin Ukraynada qalib gəlsə, Azərbaycandakı beşinci kalon dövlət çevrilişinə cəhd edəcək”

10 Mart 2022, 12:43
Cəmiyyət
A A
Hafiz Hacıyev: “Putin Ukraynada qalib gəlsə, Azərbaycandakı beşinci kalon dövlət çevrilişinə cəhd edəcək”

“Rusiya imperiyası çökür, vəziyyət gərgindir. Ölkə daxilində parçalanma var. Ukrayna xalqı qalib gəlir. Ukrayna xalqı öz ərazi bütövlüyünü təmin etmək istəyir. Azərbaycan xalqının, xüsusilə, ziyalılarımızın, ölkəmizin media orqanlarının Uraynanın haqlı mübarizəsini dəstəkləməsi, əlbəttə ki, Rusiyanın xoşuna gəlmir. Ona görə də son vaxtlar Rusiyanın bir sıra politoloqları, ictimai xadimləri Azərbaycana hücum edir, ideloji təbliğata başlayırlar. Hər halda bunlar nəticəsiz qalmayacaq”.

Bunu TNS-ə açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədri bildirib ki, Rusiyanın Azərbaycandakı 5-ci kalonu artıq məhv olur: “Bilirsiniz ki, Azərbaycandakı 5-ci kalona Ramiz Mehdiyev rəhbərlik edirdi. Düzdür, onun vəzifəyə gətirdiyi xeyli adam hələ də iş başındadır. Bu, bizim üçün çox təhlükəlidir. Onlar startda durmuşdular. Həmin adamlar müharibə başlayan ərəfədə Rusiyanı təbliğ edirdilər, çalışırdılar ki, Azərbaycanın Ukrayna ilə münasibətləri korlansın. Ancaq cənab Prezident onların bütün planlarını pozdu. Dövlət başçısının Ukraynaya səfəri, bizim üçün dost ölkənin ərazi bütövlüyünə dəstəyini ifadə etməsi daxildəki 5-ci kalonun ünsürlərini çox ciddi narahat edib. Onlar çalışırlar ki, ölkədə qarışıqlıq olsun. Mən açıq deyirəm, onlar ölkədə çevriliş etmək istəyirlər. Əgər Rusiya Ukraynada qalib gəlsə, Azərbaycandakı 5-ci kalon aktivləşə bilər. Ölkədəki 5-ci kalonun üzvlərinin indi ən böyük arzusu Putinin müharibəni uduzmaması və devrilməməsidir. Ancaq onların arzusu gözündə qalacaq. Düşünürəm ki, gec də olsa demokratiya qalib gələcək”.

Hafiz Hacıyevin sözlərinə görə, biz bu ərəfədə çox həssas və diqqətli olmalıyıq.

“Rusiyanın belə bir fikri var idi ki, əgər Ukraynanı işğal etsə, sonra digər postsovet ölkələrini də bir çətir altında birləşdirsin. Ancaq Rusiyanın bu planları baş tutmayacaq. Putinin Ukraynaya hücum etməsi Rusiyaya ciddi sanksiyaların tətbiqi ilə nəticələndi ki, bu da onları xeyli zəiflədəcək. İndi Rusiyanın daxilində də çox böyük qarışıqlıq var. Bütün bunlar ondan xəbər verir ki, Vladimir Putin hakimiyyətinin devrilməsinə çox az qalıb. Putinin Azərbaycanda da emissarları çoxdur. Onlar bu gün çox pis vəziyyətdə qalıblar və vəziyyətdən çıxmağın yollarını axtarırlar. Hesab edirəm ki, onlar çox düşünmədən ərizələrini verib getsələr özləri üçün yaxşı olar”, – partiya sədri bildirib.

Hafiz Hacıyev 5-ci kalonun nümayəndələrinin hələ də Azərbaycanın bir sıra dövlət orqanlarında yüksək vəzifələrdə çalışdıqlarını iddia edib: “Milli Məclisin deputatlarının əksəriyyəti Moskvanın xeyir-duası ilə təyin olunub. Ona görə bizi də çox qorxulu oyunlar gözləyə bilər. Onlar pusquda dayanan adamlardır. Belə adamlar Azərbaycanda vəziyyətin gərginləşməsi üçün məqam gözləyirlər. Sevindirici cəhər odur ki, onların “dədəsi” Putin artıq məhv olur. Ancaq bütün hallarda ehtiyatı əldə verməməliyik”.

Partiya sədri dünyanın indiki çətin və qarışıq dövründə Azərbaycan xalqını dövlətimizin bütövlüyünün qorunması naminə Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməyə çağırıb: “Beşinci kalon ölkədəki milli qüvvələrə qarşı səlib yürüşünə keçib. Fürsət düşən kimi, milli qüvvələri şərləyib məhv edirlər. Ona görə də biz Prezidentin yanında olmalıyıq ki, təhlükələri sovuşduraq. Beşinci kalonu tamamilə məhv etməliyik ki, onların yerinə milli qüvvələr gəlsin”.

“Azərbaycanda bəzi qüvvələr var ki, beşinci kalonla birləşib dövlət çevrilişi etmək istəyirlər. Onlar hətta öz prezidentlərini də müəyyənləşdiriblər. Bunlar çox ciddi faktlardır. Və biz bunlara qarşı mübarizə aparırıq. Biz ölkəmizi gözləyən təhlükələrdən qorumaq üçün milli birliyimizi gücləndirməli və bir daha təkrar edirəm ki, ölkə başççısının ətrafında daha sıx birləşməliyik”, – Hafiz Hacıyev əlavə edib.

Əvvəlki yazı

Azərbaycandakı “rusbaş” şəbəkənin niyyəti – Detallar

Sonrakı yazı

İlham Əliyevin Türkiyəyə səfəri başlayıb

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.