Kiyev vilayətində mülki avtomobil Rusiya qoşunları tərəfindən atəşə tutulub. Bu barədə Kiyev Vilayət Prokurorluğu məlumat yayıb.
Atəş nəticəsində avtomobildə olan iki nəfər həlak olub, onlardan biri qadın, digəri isə 17 yaşlı qız olub.
Avtomobildə olan daha 4 nəfər yaralanıb. Onlar da 7 yaşından 17 yaşına qədər qızlardır.
Avtomobil yolda hərəkət edərkən üzərində “V” işarəli hərbi texnika kolonu ilə qarşılaşıb. Kolonda olan tank pulemyotlarından avtomobilə atəş açıldığı bildirilir.
Martın 4-ü baş verən bu hadisə ilə bağlı cinayət işi başlanılıb. (“Ukrainskaya Pravda”)