24-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Abşeron Rayon İcra Hakimiyyətinin açıqlaması

02 Mart 2022, 17:31
Cəmiyyət
A A
Abşeron Rayon İcra Hakimiyyətinin açıqlaması

Şəhid ailələri, qazilər və ümumilikdə Vətən Müharibəsi iştirakçıları respublikamızın hər bir yerində olduğu kimi Abşeron rayonunda da dövlətin daimi qayğısı ilə əhatə olunmuşdur. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu qəbildən olan insanlarla mütəmadi olaraq görüşlər keçirmiş, problemləri və qayğıları ilə maraqlanmış, onlar tərəfindən qaldırılan sosial məsələlərin həlli istiqamətində əməli tədbirlər həyata keçirilmiş və lazimi dəstək göstərilmişdir. Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin tərtib etdiyi tədbirlər planına uyğun olaraq cari ilin fevral ayı ərzində RİH və hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə 23 şəhid ailəsi, 31 qazi və 11 Vətən Müharibəsi iştirakçısı ilə görüş keçirilmiş, 9 şəhidin mövludu günündə məzarları ziyarət olunmuş, 4 şəhid övladının da doğum günündə iştirak edilmişdir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Vətən Müharibəsi qazilərinin və veteranlarının yerlərdə işlə təmin olunması məqsədi ilə rayon ərazisində faəliyyət göstərən sahibkarlarla çoxsaylı görüşlər keçirmiş, bu kateqoriyadan olan sakinlərimizin bir qisminin işə cəlb edilməsinə nail olunmuşdur. Hazırda da bu istiqamətində həyata keçirlən işlər davam etdirilməkdədir.
Bütün bunlara baxmayaraq bəzi vətəndaşlar şəhid ailələri və qazilərin adından sui-istifadə edərək kənd təsərrüfatı təyinatlı torpaqlarda, yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında, eləcə də qanunla qadağan olunmuş digər ərazilərdə tikinti işləri aparmağa cəhdlər edirlər. Buna misal olaraq son günlər Laçın rayon qeydiyyatında olan 1986-ci il təvəllüdlü Hünbətov Emin İsrəfil oğlu Vətən Müharibəsi iştirakçısı olmasından sui-istifadə edərək qanunsuz addımlarını göstərmək olar. Belə ki, E.Hünbətov Ceyranbatan qəsəbəsi ilə Sumqayıt şəhərinin sərhədində, Bakı-Quba yolunun sağ və sol tərəflərində 2 (iki) ədəd dəmir konstruksiyalı köşk quraşdıraraq ticarət fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, bir müddət əvvəl Bakı-Quba yolunun sağ tərəfində Ceyranbatan qəsəbəsinin ərazisində beynəlxalq əhəmiyyətli avtomobil yolunun mühafizə zonasında heç bir icazə sənədi olmadan qanunsuz olaraq özü üçün əlavə bir ədəd köşk də quraşdırmışdır. Beynəlxalq əhəmiyyətli yolun kənarında hər hansı köşkün quraşdırılmasının yolverilməz olduğu bildirilsə də E.Hünbətov bununla razılaşmamış, RİH əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, özünü yandırmaqla təhdid edərək qanunsuz köşkün götürülməsinə mane olmuşdur. Üstəlik, əksəriyyəti qadın olmaqla, 30-a yaxın ailə üzvünü və özünün qanunsuz əməlinə alət etdiyi eyni sayda müharibə iştirakçılarını əraziyə toplayaraq təxribat xarakterli hərəkətlər etmiş və magistral yolda avtomobillərin və vətəndaşların sərbəst hərəkətinin qarşısını almağa çalışmışdır. Onunla dəfələrlə fərdi olaraq aparılan profilaktik söhbətlər isə nəticəsiz qalmışdır.
Abşeron Rayon İcra Hakimiyəti bir daha bildirir ki, bu kimi qanunazidd halların qarşısı qətiyyətlə alınacaqdır. Eləcə də rayon ərazisində yaşayan şəhid ailələri və qazilərə bundan sonra da daimi olaraq diqqət və qayğı göstəriləcəkdir, onların müraciətlərinin və problemlərinin qanun çərçivəsində həlli istiqamətində işlər davam etdiriləcəkdir.

Əvvəlki yazı

Rusiya-Ukrayna danışıqlarının ikinci mərhələsi bu axşam keçiriləcək

Sonrakı yazı

Azərbaycanda daha 2044 nəfər koronavirusdan sağaldı

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.