Xalq artisti Tünzalə Ağayeva görünüşündə dəyişiklik edib.
Reportyor.info xəbər verir ki, müğənni saçına qaynaq edərək onları qara rəngə boyadıb.
Tünzalə bildirib ki, onun yeni görünüşü stilist Anar Ağakişiyevə aiddir.
Sənətçi görüntülərini sosial şəbəkədə paylaşaraq “Yeni görkəmim necədir?” sözlərini yazıb.
Stilist Anar Ağakişiyev ona şərh yazıb: “Zəng et toy yiyələrinə, de ki, gəlmirəm, qiymətim qalxdı”.
