Ukraynadakı hərbi əməliyyatların ikinci günü Rusiyanın daha bir hərbi təyyarəsi vurulub. Bu məlumatı Ukraynanın Daxili İşlər Nazirliyi yayıb.
Qeyd olunub ki, Rusiya fevralın 25-də səhər saatlarında Ukrayna ərazisini yenə bombalayıb. Məlumata görə, Ukraynanın paytaxtı Kiyevdə yaşayış yerlərinə yaxın ərazidə Rusiyanın hərbi təyyarəsi vurulub. Nazirlik bildirib ki, təyyarə yaşayış yerlərinə düşərək binalara zərər vurub.