“Aydın, başa düşülən, səlis, ədəbi nitq”. Vladimir Solovyov Azərbaycan prezidenti İlham Əliyevin Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşündə çıxışını belə şərh edib.
“Rossiya 1” telekanalının “Vladimir Solovyovla axşam” verilişində Azərbaycan və Rusiya arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamənin imzalanması müzakirə olunub.
“Bu gün (ötən gün – red.) Kremldə Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında sazişin imzalanması baş tutub. İki prezident şüurlu, aydın, başa düşülən kəlmələrlə danışır… danışıqlarına uyğun da görünüşləri var, hörmət oyadır… Baxın (studiyada prezident İlham Əliyevin çıxışı göstərilir – red.). Aydın, başa düşülən, səlis, ədəbi nitq”, – Solovyov vurğulayıb.
Solovyov qeyd edib ki, bu, Boris Consona Rusiyanın başqa ölkələrlə münasibətlərinin olub-olmaması, nə dərəcədə təcrid olunması ilə bağlı cavabdır.