26-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

AAYDA-dan Zəngəzur dəhlizi ilə bağlı YENİ XƏBƏR – Başlandı!

22 Fevral 2022, 13:09
Uncategorized
A A
AAYDA-dan Zəngəzur dəhlizi ilə bağlı YENİ XƏBƏR – Başlandı!

 

Hal-hazırda Zəngəzur dəhlizi yolunun ölkəmizdən keçən hissəsində tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir. Yol üzərində körpü və tunellərin inşa edilir. Artıq yolun bəzi hissələrinin asfaltlanması işlərinə də başlanılıb.

Reportyor.info-nun məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, erməni vandalları işğal dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində avtomobil yolları da daxil bütün infrastrukturu demək olar ki, məhv edib.

“Bu üzdən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Sərəncamlara uyğun olaraq, işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturun bərpası məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tərəfindən 2021-ci il ərzində ümumi uzunluğu 1516.3 km təşkil edən 15 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, habelə Laçın rayonu ərazisində Qorçu hava limanının tikiləcəyi ərazidə qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi işləri davam etdirilib.

Sözügedən yol infrastrukturu layihələrindən ən qürurvericisi, Azərbaycan Respublikasının Prezidenti və birınci Xanımı 2020-ci il noyabr ayının 16-da Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Azərbaycanın Mədəniyyət Mərkəzi elan edilmiş Şuşa şəhərini işğaldan azad edərkən Rəşadətli Ordumuzun istifadə etdiyi “Zəfər Yolu”nun tikintisidir.

Uzunluğu 101 km, 2 hərəkət zolaqlı olan “Zəfər Yolu” olduqca çətin dağlıq-meşəlik ərazidən keçməsinə baxmayaraq, tikintisi 10 ay ərzində başa çatdırılaraq 2021-ci il noyabr ayının 7-də möhtərəm cənab Prezidentin iştirakı ilə açılış mərasimi keçirilərək istifadəyə verilmişdir. Bu yol, Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 149-cu kilometrindəki Əhmədbəyli kəndindən başlayır, Alxanlı kəndi, Füzuli Hava Limanı, Füzuli şəhəri, Böyük Tağlar kəndi, Topxana meşəsi, Çanaqçı, Sığnaq, Daşaltı kəndindən keçərək Şuşa şəhərinə çatır”,- S.Məmmədov deyib.

O bildirib ki, Prezident İlham Əliyev 2021-ci il yanvar ayının 14-də Şuşa şəhərinə gedərkən, Füzuli rayonunda Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin təməlini də qoydu:

“Qarabağımızda icra olunan digər yol infrastrukturu layihələri kimi, Füzuli Beynəlxalq Hava limanını da əlaqələndirməklə Şuşa şəhərinə doğru uzanan və uzunluğu 81.6 km olan, birinci texniki dərəcəyə uyğun 4-6 hərəkət zolaqlı olmaqla 2-ci avtomobil yolunu yüksək sürət və keyfiyyətlə inşa edilir. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-ci ildə başa çatdırılması üçün 2 növbəli şəkildə tikinti işləri icra olunmaqdadır. Bu yol başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun 157-ci km-dən götürür. Yol üzərində körpü və tunellərin tikilməsi nəticəsində, yüksək sürət təmin olunacaq və “Zəfər Yolu” ilə müqayisədə 19,4 km qısa olacaqdır.

Ötən il iki qardaş ölkənin dövlət başçıları tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) da tikintisi sürətlə davam etdirilir.

123.6 km uzunluğa malik, birinci texniki dərəcəyə uyğun 4-6 hərəkət zolaqlı olmaqla inşa edilən sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir. Bundan başqa bu yolun regional əhəmiyyəti də olduqca böyükdür.

Hal-hazırda Zəngəzur dəhlizi yolunun ölkəmizdən keçən hissəsində tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir. Yol üzərində körpü və tunellərin inşa edilir. Artıq yolun bəzi hissələrinin asfaltlanması işlərinə də başlanılıb.

Bundan əlavə 2021-ci il ərzində işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazilərində Toğana-Kəlbəcər-İstisu avtomobil yolu (80.7 km, 4 hərəkət zolaqlı), Kəlbəcər-Laçın avtomobil yolu (72.8 km, 2 hərəkət zolaqlı), Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi (726.3 km, 2hərəkət zolaqlı), Xudafərin-Qubadlı-Laçın avtomobil yolu (70.4 km, 4 hərəkət zolaqlı), Qubadlı – Eyvazlı avtomobil yolu (28.5 km, 2 hərəkət zolaqlı), Qubadlı – Mahmudlu – Yazıdüzü – Ermənistan sərhədi avtomobil yolu (26.4 km, 2 hərəkət zolaqlı), Şükürbəyli-Cəbrayil-Hadrut avtomobil yolu (39.7 km, 4 hərəkət zolaqlı), Füzuli-Hadrut avtomobil yolu (12 km, 4 hərəkət zolaqlı), Hadrut-Tuğ-Azıx avtomobil yolu (22 km, 2 hərəkət zolaqlı), Bərdə – Ağdam avtomobil yolu (44.5 km, 4 hərəkət zolaqlı), Ağdam-Füzuli avtomobil yolu (64.8 km, 4 hərəkət zolaqlı), Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun (22 km, 2 hərəkət zolaqlı) tikintisi işləri uğurla davam etdirilib“.

Əvvəlki yazı

Sabah hava necə olacaq?

Sonrakı yazı

İran saytı plovumuzu “erməni yeməyi” kimi təqdim etdi

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.