05-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Adı qalmaqallarda hallanan Vahidə Əzizova MTK-dan 30 minlik zirzəminin əvəzinə qat-qat artıq mülk tələb edir

21 Fevral 2022, 17:50
Cəmiyyət
A A
Adı qalmaqallarda hallanan Vahidə Əzizova MTK-dan 30 minlik zirzəminin əvəzinə qat-qat artıq mülk tələb edir

Vahidə Seyfəddin qızı Əzizova illərdir ki, Bakıda və Azərbaycanın müxtəlif rayonlarında harada qalmaqallı torpaq sahəsi varsa, orada peyda olur.

Təsadüfdürmü? Bəlkə də!

Hər belə təsadüfdən sonra Vahidə Əzizova dövlət qurumlarına, mətbuata üz tutub qışqır-bağır salır ki, bəs qoymayın, torpağım əlimdən alınır, əmlakım oğurlandı. Artıq bu işlənmiş üsulla indiyədək dəfələrlə məhkəmə çəkişmələrində iştirak edib. Görəsən nə üçün bu işlərin hamısı Vahidə Əzizovanın başına gəlir?

İllər öncə, Vahidə Əzizova internet televiziyaların “parlayan ulduzuna” çevrilməzdən əvvəl, Qəbələ və Oğuz rayonlarında da adı torpaq qalmaqalına qarışıb!

Açıklama yok.

Son 3 ilə yaxındır ki, Vahidə Əzizovanın adı mətbuatın gündəmindən düşmür.

2019-cu ilin may ayında rublika.az, yeniavaz.com, müxalifet.az və digər saytlarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bir qrup müəlliminin ölkə Prezidentinə müraciəti verilmişdi. Müraciəti imzalayan müəllimlər bildirirdilər ki, 1987-ci ildə Nazirlər Kabinetinin 20/396-cı qərarı ilə Universitetin 61 əməkdaşına Pirallahı rayonu Dübəndi bağ massivində hər nəfərə 6 sot olmaqla torpaq sahəsi ayrılıb. Lakin həmin müəllimlər onlara ayrılan torpaq sahəsini ala bilməyiblər. Müəllimlərin müraciətində Əzizova Vahidə Seyfəddin qızının adı çəkilib və həmin torpaqların mənimsənilməsində iştirakçı olduğu vurğulanıb.

Açıklama yok.

Universitetin müəllimlərinin torpağı özlərinə qaytarılandan sonra V.Əzizova onlardan qisas almağa, əslində isə əlinə düşən imkandan istifadə edib pul qazanmaq məqsədilə görkəmli incəsənət xadimlərini məhkəməyə verərək onlardan, guya ona vurulan maddi və mənəvi ziyanın qarşılığında 75 min manat pul tələb edib. İşi araşdıran hakimlər iddianı rədd edərək məhkəmə üçün ödənilən dövlət rüsumunu da iddiaçıdan tutulması haqqında qərar çıxarıb.

Bu qalmaqal qurtarmamış Vahidə Əzizovanın adı buna oxşar digər qalmaqalda hallanmağa başladı.

Bu dəfə Vahidə Əzizova Bakı şəhəri Nərimanov rayonunda, Qarabağ küçəsində yerləşən binaların zirzəmisi ilə bağlı dava açıb.

Açıklama yok.

Həmin küçədəki binanın zirzəmisinin sənədini əlinə alaraq ərazidə tikinti-abadlaşdırma işləri aparan “EAST Residence” MTK-nı “dünyanı dağıtmaqda” ittiham etməyə başlayıb.

Zirzəminin sənədində 2014-cü ildən Vahidə Əzizovaya məxsus olduğu qeyd edilib. O, şirkətlə müqavilə bağlayanda təqdim etdiyi sənəddə 111.9 m2 zirzəmi sahəsinin olduğu yazılıb.

Açıklama yok.

Özünü də təsdiq etdiyi kimi, Vahidə Əzizova olduqca bərbad durumda olan, atılmış, xarabazara çevirilmiş zirzəmini alandan sonra orada heç bir  təmizlik, təmir-bərpa işləri aparmayıb. Əraziyə gələn tikinti şirkəti nümayəndələrinin onunla razılaşma gələcəyi günü gözləyib. Çünki ona əvvəlcədən verilən məlumata görə, ərazi tezliklə sökülərək yerində tikinti və abadlıq işləri aparılacaq. Vahidə xanım da bu neçə illər həmin fürsəti gözləyib.

Nəhayətdə “zirzəmilər kraliçası”nın arzusu çin olub. Onunla danışıq aparılıb, bərbad, hündürlüyü boynu bükük gəzməyi diqtə edən  zirzəmilərinin sökülüb əvəzində hündürlüyü qamətini əymədən gəzməyə, içində nəmişlik olmayan, əsaslı şəkildə tikilmiş, işıqlı zirzəmilərin verilməsi təlkif edilib. Üstəlik zirzəminin ölçülməsi zamanı Vahidə Əzizovanın istifadəsində olan əlavə sahənin də hesablanaraq ona verilməsi nəzərdə tutulub.

Vahidə Əzizovanın şirkət əməkdaşları ilə danışıqlarından sonra “EAST Residence” MTK-nı təklif etdiyi müqavilə onu qane etmədiyiniə görə, arayış yazmağı tələb edir. Arayışda Vahidə Əzizovanın mövcud sənədinə uyğun olaraq şirkət 111.9 m2 əvəzinə 124 m2 sahəsi olmaqla yeni tikiləcək binada zirzəmi ilə əvəz edilməsini öhdəsinə götürür. Eyni zamanda zirzəmidəki əşyalarının köçürülməsi, dəymiş ziyanın ödənilməsi və icarə haqqı olaraq 1500 manat pul verilir.  Yalnız bundan sonra zirzəmilər sökülür. Zirzəmi həngaməsi də elə bundan sonra başlayıb.

Vahidə Əzizovanın itthamları, tələbləri getdikcə absurd şəkil almağa başlayıb.

Müxtəlif KİV-lərə açıqlamalarında MTK-nın onun zirzəmidəki gözəllik salonunu dağıtmaqda ittiham edir.

Hər dəfə də zirzəmilərin sayı, oradakı əşyalarının dəyəri haqda qərəzli fikirlər səsləndirir.

Açıklama yok.

Deyir ki, bəs zirzəmidə gözəllik salonuna aid avadanlıqlar vardı, dəyəri də 35 min manat idi. Bir müddət keçdikdən sonra verdiyi açıqlamasında isə avadanlıqların 50-60-70 min manat, daha sonra 100 min manat dəyərində olduğunu iddia edir.

Mülkiyyətində olan zirzəmilərin ümumi sahəsi haqda isə danışanda onun sahəsini dəfələrlə artıq olduğunu söyləyir. Halbuki şirkətə təqdim etdiyi sənədlərdə cəmi 111.9 m2 sahəsi olduğu göstərilir.

Onu da qeyd edək ki, 2021-ci ildə həmin zirzəmilər sökülərkən olduqca acınacaqlı vəziyyətdə olub. Hətta zirzəminin içərisinə girib ölçü aparan şirkət əməkdaşları  zibillikdən ora yaxın gedə bilməyiblər. Fəhlələr yalnız zirzəminin girişini və içərisindəki zibilləri təmizlədikdən sonra mülkiyyətçinin iştirakı ilə ona məxsus ərazi ölçülüb.

Bunu Vahidə Əzizova da çox yaxşı bilir. Həmin yararsız zirzəmilərə görə də ona eyni ölçüdə, lakin yeni tikilmiş, işıqlı, havalandırma sistemi ilə təchiz edilmiş,  hündürlüyü, sahəsi daha artıq zirzəmi təklif olunub.

Vahidə Əzizova təklifi qəbul edib və ilkin olaraq ona müvafiq xərclərə görə 1500 manat kompensasiya ödəndiyini də inkar edir. Halbuki şirkətin ofisində pul ona şahidlərin iştirakı ilə verilib.

Vahidə Əzizovanın kompensasiyanı almasını təsdiq edən video və fotolar, şahidlər də var.

Bundan sonra nə baş verir?

İndi Vahidə Əzizova daş atıb, başını tutur. İki ayağnı bir başmağa dirəyir ki,  zirzəmisinin əvəzinə daha çox, hətta dəfələrlə çox ərazi tələb edir. Şərti bununla da bitmir. Veriləcək zirzəmini yarım zirzəmi ilə əvəz etməyi tələb edir. Halbuki şirkətin tikdiyi binaların layihələrində yarım zirzəmi nəzərdə tutlmayıb. İstədiyim obyekti almayana qədər sizdən əl çəkən deyiləm deyir. Dolayısı ilə maksimum 30 min manat dəyəri olan zirzəmiyə görə MTK-dan dəfələrlə artıq sahəsi olan zirzəmi tələb edir! Beləliklə özünü  əzilən vətəndaş kimi ictimaiyyət təqdim edir!

Vahidə Əzizovanın çıxışlarına gen-bol yer verən KİV nümayəndələri 2-3 sadə sualla məsələnin mahiyyətindən tam hali ola bilərlər.

Məsələn, Vahidə Əzizovadan xəbər ala bilərlər ki, zirzəmidəki gözəllik salonu nə vaxtdan fəaliyyətdə olub? Zirzəmidəki gözəllik salonuna görə nə qədər vergi ödəyib?

Və ya zirzəmilərə görə MTK sizə hər hansı bir ödəniş edibmi?- sualı da Vahidə Əzizovanın ittihamlarının nə dərəcədə həqiqət olmasını ortaya qoymaq gücündədir.

Vahidə Əzizova, eləcə də ona dəstək verənlər düşünürlər ki,  əsassız iddialar, tələblər irəli sürməklə 30 min manatlıq zirzəmi əvəzinə dəflərlə artıq obyekt ala biləcəklər.

Halbuki, bu cür əzsassız iddia və tələblər heç bir halda təmin edilməyəcək! Bunu Vahidə Əzizova da, ona məsləhət verənlər də, vay-şüvənində alətə çevirilən KİV-lər də bilsinlər. Çünki qara-qışqırıqla, haray-həşir salmaqla sənə məxsus olmayan bir şeyə nail olmaq mümkün deyil.

Şirkətdən bildirdilər ki, Vahidə Əzizova şirkətin işguzar nüfuzuna xələl gətirən çıxışıları, şirkət rəhbərliyini və əməkdaşlarını təhqir edən söyüş və əxlaqsız ifadələri ilə heç nəyə nail ola bilməyəcəkdir. Hazırda Vahidə Əzizovaya havadarlıq edənlərin kimliyi, eləcə də onun digər məhkəmə çəkişmələrində iştirakının olub-olmaması araşdırılır. Bu barədə növbəti materiallarda ətraflı məlumat veriləcək.

Biz hüquqi dövlətdə yaşayırıq. Bütün instansiyalarda boş sözə, yalançı vədə deyil əldə olunan qanuni sənədə istinad edərək müvafiq qərarlar qəbul edilir. Şirkətin rəhbərliyi də hər zaman şikayətçini yenidən dinləyib onun əlində olan müvafiq sənədlərə uyğun qərar qəbul etmək üçün hər zaman hazırdır.

Əvvəlki yazı

Vasif Talıbov və oğlunun milyonluq əmlakları – Foto

Sonrakı yazı

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin azaldı

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

Baba Rzayevin kürəkəni Londonda şirkət açdı

04 Sentyabr 2025, 17:00
Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

Sumqayıt şəhərinin baş memarının mülklərinin siyahısı – Rəşad Əhmədalıyev 3 il ərzində necə varlandı?

04 Sentyabr 2025, 14:59
Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək

04 Sentyabr 2025, 14:56
Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

Məşhur azərbaycanlı blogerin Rusiyadakı biznesi ləğv edildi

04 Sentyabr 2025, 14:55
Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

Üç müəllim eyni vaxtda işdən çıxarıldı – “Direktordan şikayət etmişdik deyə…” – Video + Yenilənib

04 Sentyabr 2025, 14:53
Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

Qazaxıstanın XİN rəhbərinin saxlanılması xəbəri təkzib edildi (YENİLƏNİB)

04 Sentyabr 2025, 14:46
Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

04 Sentyabr 2025, 14:45
Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

Parisdə Ukrayna və Avropa liderlərinin görüşü başladı – Video

04 Sentyabr 2025, 14:43
23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

23 aptekdə yoxlama – Pozuntular aşkarlandı

04 Sentyabr 2025, 14:29
Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

Jurnalist “Unibank”dan ŞİKAYƏT EDİR: “Kartım bloklanıb, 10 min manat…”

03 Sentyabr 2025, 17:01
Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

Prezidentlə xanımının paraddan maraqlı – Fotoları

03 Sentyabr 2025, 16:31
Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

Astara toyunda dava: Uzaqdan salam vermək mübahisəyə səbəb oldu — TƏFƏRRÜAT

03 Sentyabr 2025, 16:27
Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

Ağcabədidə narkotik satmaq istəyən şəxs tutuldu

03 Sentyabr 2025, 16:09
Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

Bakıda sürücü avtobusu idarə etməkdən niyə imtina edib? – FOTO/VİDEO

03 Sentyabr 2025, 16:07
“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

“Təfəkkür” Universitetinin binası məhkəməyə verildi

03 Sentyabr 2025, 16:05
17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

17 yaşlı qızın 32 yaşlı kişiyə ərə verilməsinin qarşısı alındı

03 Sentyabr 2025, 16:00
Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı – Video

03 Sentyabr 2025, 15:57
Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

Azərbaycan radiosunun binası söküləcək – Əməkdaşlar AzTV-yə köçürülür

03 Sentyabr 2025, 15:55
Qaxda yanğın — VİDEO

Qaxda yanğın — VİDEO

03 Sentyabr 2025, 13:41
Azərbaycanda müğənni narkotikə görə həbs edildi

Azərbaycanda müğənni narkotikə görə həbs edildi

03 Sentyabr 2025, 13:04

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.