25-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Abşeron rayonunda şəhid ailələri ziyarət olundu

15 Fevral 2022, 17:13
Cəmiyyət
A A
Abşeron rayonunda şəhid ailələri ziyarət olundu

Abşeronda rayonunda şəhid ailələri ziyarət olunub.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilərlə birgə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən Uğrunda”, “Cəbraılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülmüş şəhid kəşfiyyatçı kapitan Musibov Veysəl Yadulla oğlunun 33-cu doğum günü ilə əlaqədar Xırdalan şəhərindəki Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunmuşdur. Azərbaycanın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi yad edilmiş, ruhlarına dualar oxunmuşdur.
RİH başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə görüşmüş, problemləri və qayğıları ilə maraqlanaraq Abşeron rayonunda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra daimi xarakter daşıyacağını onların diqqətinə çatdırmışdır.
Daha sonra “Vətən Müharibəsi Qəhrəmanı” Musibov Veysəl Yadulla oğlunun adını daşıyan Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə yeni qurulan guşəsinin təntənəli açılış tədbiri keçirilmişdir. Şəhidin ailə üzvlərinin və rayon ictimaiyyətinin iştirakı ilkə baş tutan tədbirdə qəhrəmanımızın həyatından, döyüş yolundan və göstərdiyi şücaətlərdən danışılmış, məktəblilər tərəfindən vətənə, qələbəyə aid şeirlər səsləndirilmişdir.
RİH başçısı Abdin Fərzəliyev Vətən Müharibəsi Qəhrəmanı Musibov Veysəl Yadulla oğlunun büstünün hazırlandığını, yaxın zamanlarda məktəbin həyətinə qoyulacağını vurğulayaraq qeyd etmişdir ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi məqsədi ilə Abşeron rayonunda küçələrə onların adları verilmiş və həmin küçələrin abadlaşdırılması istiqamətində ardıcıl olaraq işlər aparılacaqdır.
Şəhid ailəsi də öz növbəsində göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.
***
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycanın zəfəri ilə başa çatmış Vətən Müharibəsi zamanı şəhid olmuş ən yüksək rütbəli hərbi həkim, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş Tibb Xidməti polkovnik-leytenantı Abdullayev Rasim Yaqub oğlunun adının abədiləşdirilməsi istiqamətində tikilməkdə olan Abidə Bulaq Kompleksində görülən işlərlə yerindəcə tanış olmaq məqsədilə şəhidin ailə üzvləri ilə birgə əraziyə baxış keçirmişdir. Baxış zamanı bildirilmişdir ki, Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisində inşa edilən bulaq kompleksi artıq başa çatmaq üzrədir. Qara mərmərdən hazırlanan abidəyə su və konalizasiya xətti çəkilmiş, şəhid haqqında zəruri məlumatlar abidəyə həkk olunmuşdur.
RİH başçısı Abdin Fərzəliyev Abidə Bulaq Kompleksinin ətrafında mini parkın yaradılması, həmişəyaşıl ağac və gül kollarının əkilməsi, oturacaqların quraşdırılması, yol kənarındakı hasarların rənglənməsi, ərazidə ümumi şəkildə abadlıq işlərinin aparılması və görülən işlərin surətləndirilməsi istiqamətində müvafiq qurumlara aidiyyatı üzrə öz tapşırıq və göstərişlərini vermişdir.
Şəhid Rasim Abdullayevin ailəsi də öz növbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını daim hiss etdiklərini və buna görə ölkə rəhbərliyinə təşəkkürlərini ifadə etmişlər.
***
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarına laiq görülən şəhid gizir Əhmədov Emil Bahadur oğlunun evinə gedərək onun övladı Bahadur Əhmədovun doğum günündə iştirak etmişdir. RİH başçısı şəhid övladını 17 yaşı olması münasibəti ilə təbrik edərək ailənin qayğıları ilə maraqlanıb, onlara hər cür lazımi dəstəyin bundan sonra da daimi olaraq göstəriləcəyini qeyd etmişdir.
Şəhid ailəsi də öz növbəsində bildirmişdir ki, dövlət tərəfindən onlara 2 otaqlı təmirli mənzil verilib. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin şəxsi təşəbbüsü ilə sözügedən mənzil mətbəx, yataq və qonaq otağı mebelləri və eləcə də zəruri məişət avadanlıqları ilə təmin olunub. Buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirən şəhid ailəsi həyatlarının hər məqamında ölkə rəhbərliyinin diqqət və qayğısını hiss etdiklərini ifadə etmişlər.
***
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan Ordusunun böyük qələbəsi ilə yekunlaşan Vətən Müharibəsində şəhid olan, ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülən əsgər Sadıxov Rahid Vahid oğlunun 21-ci doğum günü ilə əlaqədar onun əvvəllər yaşadığı Saray qəsəbəsindəki evinə getmişdir. Şəhidin ailə üzvləri ilə görüşən başçı ailənin problemləri və qayğıları ilə maraqlanmış, şəhidimizin keçdiyi döyüş yolu, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının qazandığı qələbə və ölkəmizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzu haqqında ətraflı məlumat vermişdir.

Əvvəlki yazı

Prezident bu nazirliyə yeni səlahiyyət verdi – FƏRMAN

Sonrakı yazı

Bu rayonun təhsil şöbəsinin müdiri İŞDƏN ÇIXARILDI

Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.