22-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Ora gül qoymaq milləti təhqir etməkdir” -Sabir Rüstəmxanlı 

14 Fevral 2022, 14:36
Cəmiyyət
A A
“Ora gül qoymaq milləti təhqir etməkdir” -Sabir Rüstəmxanlı 

14 fevral – bu gün dünyada və Azərbaycanda “Sevgililər günü” kimi qeyd olunur. Bəziləri bu günü özəl olaraq qeyd etmir. Daha çox kütlə isə Sevgililər Gününün 30 iyunda qeyd olunmasına üstünlük verir.

Kult.az mövzu ilə bağlı millət vəkilləri, sənət adamları və gənc şairlər arasında sorğu keçirib.

Millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, “Valentin günü” barədə heç vaxt maraqlanmayıb:

“Bu barədə bəlkə də gənclər düşünə bilərlər. Azərbaycan tarixinə, təfəkkürünə yad bir şeydir. Bu tarix haradan gəlib? Bunun kökünü əvvəlcə bilməliyik. Hər hansı bayrama insanı bağlayan mənəvi tellər olmalıdır. Dünya Sevgililər Gününü qeyd edir. Bu nə deməkdir ki? Nə münasibətlə mən bunu qeyd etməliyəm? 30 iyunda qeyd olunması başadüşüləndir. Bilirik ki, bu tarix Azərbaycan ailəsinə, şəhid düşən soydaşımıza, onların ölməz sevgisinə bağlıdır. “26-lar bağı”nda əvvəllər yeni evlənənləri məcbur edirdilər ki, gedib 26-ların qəbrinin üstünə gül qoysunlar. O 26-lar ki, Azərbaycan xalqının qanını içməyə and içmişdilər. Ora gül qoymaq milləti təhqir etməkdir. Heç kim düşünmürdü ki, “Leyli və Məcnun” kimi sevgi abidəsi yaradan Füzulinin, Nizaminin məzarına gül qoysun. “Valentin günü”nün də keçmiş “26-lar abidəsi”ndən fərqi yoxdur”.

Xalq artisti Firəngiz Mütəllimova deyib ki, o, heç vaxt bu günü qeyd etməyib:

“Mənim üçün yox kimi bir şeydir. Xüsusi bir bayram deyil. Gənclərə daha çox şamil olunur. 30 iyunda İlham və Fərizənin xatirəsi ilə bağlı qeyd olunsa, daha yaxşı olar. Bizim xalqımıza uyğun əsl Sevgililər Günü həmin gündür”.

Müğənni Nadir Qafarzadə isə bildirib ki, Azərbaycanda 14 fevralın qeyd olunması normaldır:

“Burda nə var ki? Bəzi savadsız insanların ucbatından normal insanlar da əziyyət çəkir. Hər şeyi dinlə bağlayırlar. Bura islam ölkəsi deyil. Bura tolerant ölkədir. Müxtəlif xalqlar, millətlər yaşayır. Müsəlmançılığa qalsa, onda gərək çox şeyləri qeyd etməyək. Onda bizim ölkə peyğəmbərlər, imamlar ölkəsi olmalıdır. Hər şeyi qeyd edirlər, bayrama gələndə din yadlarına düşür. Bunu bütün dünyada keçirirlər. Sənə xoş deyil, keçirtmə. Öz işindir. İnsanları məcbur etmək olmaz. Deməzlər ki, sənə nə? Bunu xüsusən gənclər qeyd edir. Onsuz da bizim xalqın, ölkənin başı çox bəlalar çəkib. Təqvimimiz başdan ayağa yasdır, qaradır. Nə olar ki, qoyun, bu gün gənclər sevinsin. Professor, iqtisadçı, həkim və sair – hər kəs öz işi ilə məşğul olsun. Kiminsə xətrinə dəymək lazım deyil. Mən bu gün 3-4 məkanda işləyəcəyəm. Sevən insanların sevincinə şərik olacağam”.

Gənc şair Aqşin Evrən isə düşünür ki, “Sevgililər günü” ilə bağlı sosial şəbəkələrdə yazılmış fikirlərdə əsasən ironiya sezilir:

“Təqvimi faciəvi tarixi günlərlə (soyqırımlar, işğallar, terrorlar və s.) “zəngin” olan bir toplumun içində “sevgi” kəlməsi olan xüsusi günlərə belə antoqonist mövqe sərgiləməsi, ironiya etməsi əsasən natamamlıq kompleksindən qaynaqlanır. Ümumiyyətlə, özündə milli faciə elementləri daşımayan hansısa günü bayram kimi qeyd etməkdə bir problem görmürəm. İki insanın maraqlı, gözəl bir gün keçirməsində pis nə ola bilər ki? “14 fevral”ın tarixi mahiyyətinə varmağa lüzum yoxdur. Çünki əgər bu qədər dərinə getsək, onda tariximizə yanaşmanı kökündən dəyişməliyik. Üçüncü Dünya müharibəsinin astanasına gəlib çatdığımız bir vaxtda imkan verək insanlarımız sevinsinlər, xoşbəxt bir gün keçirsinlər. Hər kəsə başlanğıc nöqtəsindən son zərrəsinə qədər hüzur, sədaqət, dürüstlük içində keçən sevgi həyatı arzu edirəm. Sağlam sevgilər sağlam ailələri, sağlam ailələr sağlam cəmiyyəti, sağlam cəmiyyət isə sağlam dövləti formalaşdırır”.

Əvvəlki yazı

Ziyafət Əsgərov: “Ramiz Mehdiyev etirazlara uyğun qərar qəbul etməlidir”

Sonrakı yazı

Polis avtomobili ilə hər kəsi çaşbaş salan gənc kimdir? (VİDEO)

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.