24-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“MEHDİYEV DÖVLƏTİNƏ XƏYANƏT ETMİŞ ADAMDIR!” – SƏRDAR CƏLALOĞLU

14 Fevral 2022, 13:34
Gündəm
A A
“MEHDİYEV DÖVLƏTİNƏ XƏYANƏT ETMİŞ ADAMDIR!” – SƏRDAR CƏLALOĞLU

Çoxsaylı tənqidlərə və çağırışlara baxmayaraq, Ramiz Mehdiyev(AMEA) Prezidenti postundan getmək istəmir. Əksinə, onu tənqid edənləri hədələyir və təhdid edir. Ancaq Mehdiyevə qarşı tənqidlər və ittihamlar da dayanmır, alimlər, siyasətçilər, deputatlar onu istefaya səsləməkdə davam edirlər.

“AzPolitika.info” bu mövzunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə müzakirə edib:

– Sərdar bəy, Ramiz Mehdiyev son günlər onu tənqid edənlərə sərt cavab verir, hətta onları təhdid edir. O cümlədən hakimiyyətlə dialoq quran siyasi partiyaları “cib müxalifəti”, “avtobus müxalifəti” adlandırır. Mehdiyevin son davranışlarını və mövqeyini necə qiymətləndirirsiniz?

– Əvvəla, onu qeyd edim ki, AMEA katibliyinin Ramiz Mehdiyev haqqında hər hansı bir siyasi bəyanat vermək haqqı yoxdur. Elmlər Akademiyası siyasi müəssisə deyil, elmi müəssisədir və yalnız elmlə bağlı bəyanat verə, akademiyanın fəaliyyətinə dair məlumatlar yaya bilər. Bu gün Ramiz Medhiyevə qarşı yönələn ittihamlar bütövlükdə AMEA-ya qarşı yönəlməyib. Əksinə, AMEA-nın daha yaxşı idarə edilməsi üçün Mehdiyev tənqid edilir. Həm də Mehdiyevin Azərbaycan hakimiyyətində təmsil olunduğu müddətdə apardığı siyasət tənqid olunur. Ramiz Mehdiyev də özünü təmizə çıxarmaq istəyir, rus dilli təshsili müdafiə edir və s. Guya Azərbaycan xalqının rəğbəti rus dilinin inkişaf etdirilməsinə, rus dilində universitetlərin açılmasınadır. Bu, tamamilə yersiz və yanlış fikirlərdir. Bu, həm də onu göstərir ki, Ramiz Mehdiyev Azərbaycan xalqından bixəbərdir, xalqın nə düşündüyündən məlumatı yoxdur.

Bu gün keçmiş sovet respublikalarında rus dilinin məhdudlaşdırıldığı halda, Azərbaycanda onun yenidən inkişaf etdirilməsi əslində, Azərbaycanı Rusiyanın təsir dairəsinə salmaq məqsədi güdür. Çox təəssüflər olsun ki, Mehdiyevin özünü azərbaycanlı saysa da, arvadının millətinə daha çox xidmət edir.

Yeri gəlmişkən, qeyd edim ki, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə mən onun haqqında kitab yazmışam. İndiyə qədər heç kəs deməyib ki, Azərbaycanda rus dilinin inkişafı Mehdiyevlə bağlıdır. Ölkəmizdə rus dilinin inkişaf etdirilməsi Mehdiyevdən əvvəl ortaya çıxıb. Ramiz sadəcə olaraq, Azərbaycan dövlətini Avropadan, çağdaş dəyərlərdən uzaqlaşdırmaq və Rusiyaya yaxınlaşdırmaq, Türkiyə ilə əlaqələri minimum səviyyəyə çatdırmaq siyasətinin başında dayanan şəxsdir. Mehdiyev Azərbaycanın sərvətlərinin darmadağın edilməsinin başında duran əsas şəxslərdən biridir, habelə xalqına və dövlətinə xəyanət etmiş adamdır.

– Sizcə, Mehdiyevin siyasi partiya sədrlərini “cib müxalifəti” adlandırmasının, onları aşağılamaq niyyətinin arxasında nə dayanır?

– Əslində bu, boş və mənasız iddiadır. Mehdiyev özü uzun müddət Prezident Aparatının rəhbəri olduğu üçün müxalifətdə kimin kim olduğunu ondan yaxşı bilən olmayıb. Çünki kimsə onun yanına pula gedib, bəzisi mandat almağa gedib, bəzisi vəzifə istəyib və s. Bu mənada Mehdiyev kimin kim olduğunu yaxşı bilir. Amma onun dediklərinin şəxsən mənə heç bir aidiyyəti yoxdur. “Avtobus müxalifəti” ifadəsini işlədərkən guya bizim Şuşaya, Ağdama səfərimizi nəzərdə tutur. O dövrdə həmin yerlərə fərdi şəkildə getmək təhlükəli olduğundan biz Prezident Administrasiyasının təşkil etdiyi səfərə qatılmışıq. Tamamilə də doğru etmişik. Çünki Qarabağın işğaldan azad edilməsindən sonra bizim mənəvi haqqımız çatırdı ki, ən azından gedib həmin torpaqlarımızı görək. O torpaqlar uğrunda bizim minlərlə övladımız şəhid olub. Əlbəttə, belə məsələlər Mehdiyev üçün əhəmiyyətli olmaya bilər.

Bu gün isə istənilən vətəndaş avtobusa əyləşərək Qarabağa gedə bilir. Onda deyək ki, bizim xalqımız “avtobus xalqıdır”? Bunlar olduqca gülünc məsələlərdir.

Azərbaycan elminin başında duran şəxsin belə kiçik intriqantlıq etməsi biabırçılıqdır. Daha yaxşı olardı ki, Ramiz Mehdiyev özünə qarşı səsləndirilən ittihamlara cavab versin. Mən Mehdiyev hakimiyyətdə olduğu dövrdə, onun ən güclü vaxtlarında barəsində kitab yazmışam, Azərbaycan dövlətinin və xalqının başına gətirdiyi əməlləri aydın şəkildə sübut etmişəm. O dövrdə niyə bunlara cavab verməyib? Əgər həqiqətən də cavab vermək üçün arqumeni vardısa…

Mən həm də yazdığım kitabı məqalələr formasında qəzetdə çap etdirmişəm. Qısası, Ramiz Mehdiyevin müxalifətlə bağlı dediklərini şəxsən mən öz üzərimə götürmürəm. Onun dediklərinin şəxsən mənə aidiyyatı olmasa da, Mehdiyevin kim olduğunu kitabımda aydın şəkildə ifadə etmişəm.

– Sizcə, Ramiz Mehdiyev nədən ona qarşı səsləndirilən ittihamlara cavab vermək əvəzinə, onu tənqid edənlərə qarşı hücuma keçir?

– Ramiz Mehdiyev bu ittihamlara cavab verə bilməz. Ona qarşı irəli sürülən ittihamların hamısı əsaslıdır. Bir daha qeyd edim ki, Mehdiyev son 30 ildə Azərbaycanı Avropadan, Türkiyədən uzaqlaşdırmaq, Rusiyanın təsir dairəsinə salmaq, Azərbaycanın mütərəqqi qüvvələrinin ölkədən didərgin salınması, demokratiya və vətəndaş cəmiyyətinin məhv edilməsi siyasətinin həm müəllifi, həm də başında duran şəxs olub. Ölkədə siyasi məhbus məsələləri də Ramiz Mehdiyevin iradəsi ilə həyata keçirilib. Onun göstərişi ilə Qeyri Hökumət Təşkilatları məhv edilib, siyasi partiyalar sıxışdırılıb, azad mətbuat susdurulub. Bütün bunlar Mehdiyevin Prezident Aparatının rəhbəri olarkən əlindəki qeyri-məhdud səlahiyyətdən istifadə edərək Azərbaycan xalqına qarşı etdiyi xəyanətlərdir.

İndi özünü müdafiə edir. Amma çox uğursuz şəkildə müdafiə edir. Ramiz Mehdiyevin xəyanətləri, pis əməlləri öz yerində, onun ən böyük səhvlərindən biri də zamana qarşı çıxmasıdır. Heç kəs zamana qarşı çıxıb qalib ola bilməz. Artıq zaman Ramiz Mehdiyevi məhvə aparır. Mehdiyevin də zamana müqavimət göstərmək cəhdləri görünür və bunlar yersiz cəhdlərdir.

Ədalətsiz hökmdar ac şirin üzərində oturan insana bənzəyir. Şir acıb, adam da bilir ki, şirin belindən düşsə, onu parçalayacaq. Yəni Mehdiyev əla bilir ki, onun əlində hakimiyyət rıçaqları olmasa, barəsində ən müxtəlif məhkəmə iddiaları qaldırılacaq. Necə ki, indi qaldırılır. Kiminsə zavodunu, kiminsə fabrikini əlindən alıb, kimisə qeyri-qanuni həbs etdirib və s. İndiki halda AMEA prezidentliyi onu məsuliyyətdən xilas edir. Məncə, Mehdiyev ölən gününə qədər çalışacaq ki, vəzifədə təmsil olunsun.

Digər tərəfdən, Mehdiyev özbaşına deyil, Rusiyanın buradakı emissarlarından biridir. Rusiya ona “çəkil, dur kənarda” deməyənə qədər bu adam çalışacaq ki, vəzifə daşısın. Odur ki, qarşıdurma davam edəcək. Mehdiyevin son çıxışı da göstərir ki, bu adamın istefa vermək niyyəti yoxdur. Mənim qənaətimcə, artıq burada dövlət başçısı öz sözünü deməlidir. Prezident onu AMEA-dan çıxarmalı, bu müqəddəs elm ocağına müasir düşüncəli, dünyanın inkişaf istiqamətini bilən və dəqiq elmlər üzrə dünyada tanınmış bir alimi təyin etməlidir. Akademiya sağlam təməl üzərində inkişaf etməldiir. Məsələn, hörmətli alim Rafiq Əliyevi ora gətirmək olar. O, dünya şöhrətli alimlərimizdən biridir, son illərdə əsərləri daim Nobel mükafatına təqdim olunur. Bizə belə alimlər lazımdır ki, həqiqətən də akademiyanı elm mərkəzinə çevirsin. Ramiz Mehdiyev isə oranı intriqa mərkəzinə çevirib. Buna imkan vermək olmaz.

– Hazırda Mehdiyevin gücünü və imkanlarını necə qiymətləndirmək olar?

– Mehdiyevin nə intellektual, nə siyasi, nə də təşkilati gücü yoxdur. Onun bir gücü var – Rusiyaya xidmət etməsi. Ruslar onu dəstəkləmədiyi halda Mehdiyev Azərbaycanda heç kimdir. Onun nə şəxsi, nə də ictimai hörməti var.

Məsələn, 1990-cı ildə Mehdiyev Naxçıvana gəlmişdi və seçkilərdə namizəd kimi iştirak edirdi. Əli Həsənov da ona vəkillik edirdi. Təsəvvür edin ki, Mehdiyev öz kəndindən cəmi bir faiz səs toplamışdı. İnsanın ilk növbədə öz kəndində, yaşadığı yerdə hörməti olmalıdır. Bu adam öz kəndindən cəmi bir faiz səs almışdı. Mehdiyev sonradan hakimiyyətdə əsas şəxslərdən biri oldu və istiqlalçı qüvvələrə divan tutdu, onların parlamentə düşməsinin qarşısını aldı. Seçkiləri saxtalaşdırmaqla özünün demokratik seçkilərdəki məğlubiyyətinin intiqamını aldı.

 

 

– Onunla şəxsi tanışlığınız olubmu?

– Mən o adamı 10 metr yaxınlıqdan belə görməmişəm. Heç vaxt onunla münasibətdə olmamışam, nə 1990-cı illərdə, nə də sonrakı dövrdə onu yaxından görməmişəm. Ancaq televiziya kanallarında görmüşəm.

– Mehdiyevin keçdiyi həyat yoluna diqqət etdikdə, sanki hansısa gözəgörünməz əlin onu daim müdafiə etdiyi, karyera yüksəlişi üçün şərait yaratdığı təəssüratı yaranır. Sizcə, Mehdiyev doğrudanmı xalqımıza qarşı xüsusi hazırlanmış fiqur olub?

– Sözsüz. Məsələn, Heydər Əliyevin hakimiyyətə gəlməsində onun heç bir rolu olmayıb. Diktor Xalidə xanım Türkiyədə Heydər Əliyevlə görüşmüşdü və sonradan deyirdi ki, Ramiz Mehdiyevə heç kimin gücü çatmır. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Rusiyanın əsas şərtlərindən biri Mehdiyevin hakimiyyətdə təmsil olunması idi. Baxmayaraq ki, Prezident Administrasiyasının rəhbəri o qədər də əhəmiyyətli vəzifə deyildi, elə böyük səlahiyyətləri yoxdur, amma Mehdiyev bu vəzifəni tutduqdan sonra az qala hamıdan üstün səlahiyyətə malik oldu və pərdə arxasından dövləti bu günki vəziyyətə gətirdi. Bu gün hakimiyyətə və ya vəzifələrə yerləşdirilən bütün ruspərəst və emənipərəst qüvvələr, Azərbaycan xalqına xəyanət edənlərin hamısı əslində Mehdiyevin əl işləridir. O, bu adamları bir-bir seçərək vəzifələrə yerləşdirib.

Hətta Mehdiyevin vaxtında Rusiya kəşfiyyat orqanlarının əməkdaşları belə Azərbaycanda müxtəlif məqamlara yerləşdirilib. Niyə ermənipərəst qüvvələr deyirəm? Çünki müstəqil erməni xalqı və dövləti deyilən bir şey yoxdur. Bizə aydındır ki, ermənilər siyasətlərini Rusiya üzərindən həyata keçirirlər. Bu adamlara da Rusiyadan verilən tapşırıqlar elə ermənilərin maraqlarına uyğun olub. Ramiz Mehdiyev qarışıq ailədən olduğu üçün onda kompleks var və o, heç vaxt Azərbaycan xalqına, dövlətinə xidmət edə bilməz. Bu kompleksə görə də özünü ruslara daha yaxın hesab edir. Bu, indi də belədir. Onun verdiyi son bəyanata baxdım. Orada rus dilinin inkişafını, rus dilində universitetlərin açılmasını müdafiə etməklə arvadının təsirindən çıxmayıb. Bir çox adamlar var ki, həyat yoldaşları başqa millətin nümayəndəsi olduğu üçün xanımlarının mənsub olduğu millətə xidmət etməyə, ən yaxşı halda beynəlmiləlçi olmağa çalışırlar. Bu, həm də Azərbaycan kişilərinin faciəsidir. Mehdiyevin özünün valideynləri haqqında da müfəssəl məlumat yoxdur. Amma özünün dediyinə görə, azərbaycanlı ailəsində doğulub. Bütün bunlara rəğmən bir şeyi bilirəm ki, o, öz millətimizdən daha çox xanımının millətinə xidmət edir.

Əvvəlki yazı

Bakı Şəhər Baş Polis İdarəsinin rəisinə yeni köməkçi təyin edildi

Sonrakı yazı

QHT Agentliyinin dəstəyi ilə “Soydaş” milli virtual platforması yaradılacaq

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05
Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” — yalnız CineMastercard-da!

23 Avqust 2025, 11:03
Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

Tramp: Tariflərdən əldə olunacaq 4 trilyon dollarlıq gəlir proqnozu onların effektivliyini təsdiqləyir

23 Avqust 2025, 11:00
Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

Prokurorluqda pasiyentin ölüm işində adı keçən həkim yenidən cərrahlıq edir? – VİDEO

23 Avqust 2025, 10:55
Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

Şəhid ailələrini və qaziləri aldadan “qemgin_20”nin idarəçisi olan qadın saxlanıldı

23 Avqust 2025, 10:54
Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

23 Avqust 2025, 10:47
Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

Dövlət Proqramı üzrə ABŞ-nin bir neçə top universitetinə qəbul almış Prezident təqaüdçüsü – Foto

23 Avqust 2025, 10:46
Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

Qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb

22 Avqust 2025, 19:52
Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

Buzovnada əqli qüsurlu uşağın ələ salınması faciəyə səbəb oldu – TƏFƏRRÜAT

22 Avqust 2025, 11:26
Putin Mehriban Əliyevanı təbrik etdi

Putin Mehriban Əliyevanı təbrik etdi

22 Avqust 2025, 11:25
Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! – “Ona da cinayət maddəsi açılıb“

22 Avqust 2025, 11:23
Külək bu gün zəifləyəcək

Külək bu gün zəifləyəcək

22 Avqust 2025, 10:30
Polis meşədə əməliyyat keçirdi – Video

Polis meşədə əməliyyat keçirdi – Video

22 Avqust 2025, 10:21
Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı – Video

22 Avqust 2025, 10:20
Yol polisi piyadalara çağırış etdi

Yol polisi piyadalara çağırış etdi

22 Avqust 2025, 10:18
Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi

22 Avqust 2025, 10:16
Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

Prezident İlham Əliyevin Kəlbəcər səfəri ilə bağlı paylaşım edilib – VİDEO

22 Avqust 2025, 10:14
İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

İlham Əliyev Berdiməhəmmədovla geniş tərkibdə görüşdü – Fotolar

22 Avqust 2025, 10:12
Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.