Xəbər verdiyimiz kimi, bu gün Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb. Görüşdə həmçinin Xarici İşlər Nazirliyinin rəhbər heyəti iştirak edib.
Reportyor.info xəbər verir ki, görüş zamanı Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov yuxuya gedib. Bu barədə foto sosial şəbəkələrdə paylaşılaraq müzakirələrə səbəb olub.
Qeyd edək ki, A.Əzimov 27 ildir ki, bu vəzifədədir.

