Ukrayna müqavimətinin lazımi səviyyədə qiymətləndirilməməsi və bunun nəticəsində yaranan itkilər Vladimir Putinə mayın 9-da hərbi uğurlarını açıqlamasına mane oldu.
Axar.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.
Məlumata görə, Rusiyanın Ukrayna müqavimətini lazımi səviyyədə qiymətləndirməməsi açıq-aşkar əməliyyat uğursuzluqlarına gətirib çıxarıb:
“Rusiyanın işğal planı çox güman ki, rus ordusunun məhdud müqavimətlə üzləşəcəyi və yaşayış məntəqələrinin sürətlə mühasirəyə alına biləcəyi ilə bağlı səhv ehtimala əsaslanırdı. Artıq aydındır ki, bu, səhv hesablama ciddi itkilərə səbəb oldu”.