Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib, 1 nəfər ölüb.
“Reportyor.info” APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.
Belə ki, Nurlan Hüseynov idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsilə yol kənarında körpünü yuyan AAYDA-nın əməkdaşı Nizami Məmmədovu vurub.
Daha sonra “Hyundai” yol kənarında körpünü yuyan “İveco” markalı yük maşınına çırpılıb. N.Məmmədov hadisə yerində ölüb.
Avtomobilin sürücüsü Nurlan Hüseynov, Elçin adlı sərnişin və AAYDA-nın əməkdaşı Elnur Ağayev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

