12-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

80 yaşlı Ziyad Səmədzadə belə deputat oldu – Video

20 Fevral 2020, 12:49
Banner
A A
80 yaşlı Ziyad Səmədzadə belə deputat oldu – Video

Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində daha çox saxtakarlıq faktlarının qeydə alındığı seçki dairələrindən biri də 23 saylı Nəsimi-Səbail seçki dairəsidir.

Yenisabah.az xatırladır ki, bu seçki dairəsində əsas rəqabət deputat Ziyad Səmədzadə ilə “CinemaPlus” kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadə arasında gedirdi.

Hələ təbliğat və təşviqat mərhələsində Zaur Darabzadənin daha uğurlu kampaniya aparması onun 23 saylı Nəsimi-Seçki dairəsinin favoritinə çevirmişdi. İctimai sektorun müəyyən kəsiminin, tanınmış ziyalıların, sənət adamlarının dəstəyini qazanması Zaur Darabzadənin Ziyad Səmədzadə üzərində asanlıqla qələbə qazanacağını şərtləndirən amillərdən idi.

Digər tərəfdən, Ziyad Səmədzadənin islahatlar kampaniyasına mane olan və bu səbəbdən özünü buraxan Milli Məclisin köhnə tərkibinin nümayəndəsi və 70+ deputatlar kateqoriyasına daxil olması, həmçinin parlamentari olduğu müddətdə seçiciləri ilə təmasdan qaçması Zaur Darabzadənin qələbə şansını xeyli dərəcədə artırmışdı.

Lakin Mərkəzi Seçki Komissiyası (MSK) Ziyad Səmədzadəni 23 saylı Nəsimi-Səbail seçki dairəsinin lider namizədi elan etdi. Bu ictimaiyyət üçün gözlənilməz nəticə idi. Hər kəs bu dairənin qalibi kimi Zaur Darabzadəni görürdü. Hətta sui-qəsd nəzriyyəsini sevənlər prosesə mübhəm çalarlar qataraq Zaur Darabzadəni bəribaşdan birmənalı qalib elan etmişdilər.
Ziyad Səmədzadənin “qələbəsi” 23 saylı Nəsimi-Səbail seçki dairəsində saxtakarlığın pik həddə baş verməsi qənaətinin formalaşması üçün ciddi əsas idi. Tam əminlik üçün konkret faktlar da lazım idi ki, bir neçə gündən sonra sosial şəbəkələrdə 23 saylı Nəsimi-Səbail seçki dairəsində baş verən saxtakarlıq hallarını əks etdirən videolar yayılmağa başladı. Həmin videolardan üçünü oxuculara təqdim edirik.

Bu videolar 23 saylı Nəsimi-Seçki dairəsində nələrin baş verdiyi barədə tam təsəvvürün yaranması üçün yetərlidir. Videolar 14, 23 və 2 saylı məntəqələrdə çəkilib. 14 saylı məntəqədə komissiya üzvləri qutuları boşaldarkən yeni saxtakarlıq üsulunu tətbiq ediblər – qutunu masanın üzərinə deyil, “bilmədən” yerə boşaldıblar. Yerdən götürəndə isə Ziya Səmədzadənin səslərini artırmaq üçün əvvəlcədən hazırlanmış bülletenləri də qutudan çıxanlara əlavə ediblər.

23 saylı məntəqədə isə müşahidəcçilərdən biri masanın üzərində topa bülletenin olduğunu aşkar edib. Həmin bülletenlər qutudan çıxıb.

2 saylı məntəqədə saxtakarlığı birbaşa sədr edir. O, hər kəsin gözü qarşısında sayılmaq üçün bülletenlərin yığıldığı torbaya əlavə bülletenlər doldurur. Müşahidəçilər buna etiraz etsələr də, sədr onlara əhəmiyyət vermir.

Bu faktlar 23 saylı Nəsimi-Səbail seçki dairəsi ilə bağlı ciddi araşdırmaların aparılmasını zəruri edir. Nəzərə alsaq ki, Məzahir Pənahov saxtakarlıq faktlarının hərtərəfli araşdırılacağını bildirib, o zaman 23 saylı Nəsimi-Səbail seçki dairəsinin də nəticələrinin şübhə altına alınacağını söyləmək olar. Əks təqdirdə, MSK saxtakarlığa haqq qazandırmış və Prezident İlham Əliyevin islahatların tərkib hissəsi adlandırdığı 9 fevral seçkilərinə ləkə vurmuş olacaq.

https://www.youtube.com/watch?v=bXWasX8ve40&feature=emb_title

Əvvəlki yazı

Təcili: xüsusi təyinatlılar Neftçala İH-ə girdi

Sonrakı yazı

Xocalılardan Avropa azərbaycanlılarına: Mitinqə gəlin…

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.