13-11-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır

11 Avqust 2025, 11:01
Cəmiyyət, Köşə
A A
8 Noyabrdan 8 Avqusta… – Rəşad Məcid yazır
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtondan özünün sosial şəbəkə profilində paylaşım edərək, Prezident İlham Əliyevin müharibədə qalib gəldiyi kimi, sülhü də qazandığını vurğuladı. Əlbəttə, sülhü qazanmaq asan başa gəlmir. Əvvəla, sülh ədalətli olmalıdır. Digər tərəfdən, tarixdə bir çox fakt var ki, ayrı-ayrı dövlətlər döyüş meydanlarında əldə etdiklərini danışıqlar masasında itiriblər. Deməli, qazanılanı qorumaq vacibdir. Məhz bu mənada dövlətimizin başçısının fəaliyyəti örnəkdir. Ədalətli sülhə nail olaraq qələbəni qorumaq örnəyi.
Ədaləti qorumaq, öz xalqının maraq və mənafelərinin müdafiəsində ardıcıl və prinsipial davranmaq müstəsna məharət tələb edir. Ancaq heç də hər liderdə bu məharət olmur.
Beynəlxalq miqyasda cərəyan edən mürəkkəb proseslər, nəhəng təbəddülatlar fonunda hadisə və proseslərin necə cərəyan edəcəyini müəyyənləşdirmək bacarığına malik çox az dövlət başçısı tapılar. Nəzərə alaq ki, hər prezident, yaxud hökumət rəhbəri lider statusunu daşımır. Xoşbəxtlikdən, Azərbaycanın dövlət başçısı məhz belə bir liderdir və biz bu günlərdə İlham Əliyev liderliyinin daha bir təntənəsini yaşadıq. Elə bir təntənə ki, təəssüratı hər birimizə inanılmaz qürur və fəxarət hissi yaşatmaqdadır.
Yaşadığımız dünya dərin və geniş çalxalanma mərhələsindədir. Müharibələr, qarşıdurmalar, toqquşmalar, ümumən qeyri-adi proseslər insanları gərgin duruma salır, hədsiz narahatlıq və nigaranlıq yaradır. Qarşıda bəşəriyyəti nələrin gözlədiyinə dair ən müxtəlif ehtimallar isə bir çox hallarda subyektivizmin təsirinə məruz qalır. Amma hətta belə çətin şəraitdə də xalq olaraq qəti şəkilə əminik: siyasi idarəçilikdə, çoxplanlı fikir və düşüncələrində, əhatəli hesablamalarında əsla yanılmayan, tutduğu yolda dönməyərək sarsılmaz xarakter nümayiş etdirən  məhz Azərbaycan lideridir – Prezident İlham Əliyevdir. Xalqımızı Zəfərə daşıyan da dövlətimizin başçısının bu xarakteridir. Bu xarakter Azərbaycana ardıcıl parlaq zəfərlər, onun özünə isə Müzəffər Ali Baş Komandan ünvanı qazandırıb.
2020-ci ilin Vətən müharibəsi başlayan andan indiyədək Ali Baş Komandan İlham Əliyevin söylədiyi fikirlər dillər əzbərinə, zərb-məsəllərə çevrilib. Bu gün dövlətimizin başçısının yüksək praqmatizmə əsaslanmış addımları hər bir azərbaycanlının iftixar mənbəyidir. O addımlar Azərbaycanı, əslində isə ümumən Cənubi Qafqazı 8 avqust 2025-ci il tarixi Zəfərinə apardı və ötən beş ilin uğurlar salnaməsinin həlledici qələbə ilə başa çatdığını tam əminliklə vurğulamaq mümkündür.
Prezident İlham Əliyevin əminliyi və qətiyyəti yaşadığımız qarışıq və nigaran zamanda ən ümdə təskinliyimiz və təsəllimizdir. Elə bir təskinlik ki, Prezidentin bu tarixi ABŞ səfəri kimi nəhəng reallıq üçün sonsuz inam yaratdı. Elə bir təsəlli ki, üzümüzə Ağ Evin qapılarının da açılacağına heç bir şübhə yeri qoymadı. Çünki İlham Əliyevin liderliyi öz gücünü birinci növbədə xalqın etimadından, möhtəşəm siyasi zəka ilə dürüstlük və səmimiyyətin vəhdətindən alır.
Özünün məşhur formulu ilə ifadə etsək, hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyevin lider uzaqgörənliyinin təntənəsi təkcə doğma xalqımızın düşüncəsində möhkəmlənmiş gerçəklik deyil. Dünyanın bir çox ölkələrinin nüfuzlu şəxsləri bu barədə söz açır, arqumentlər səsləndirir, paralellər aparırlar. Məsələn, yaxşı yadımdadır ki, 2022-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənab İlham Əliyevi Rusiyanı, regionu ən dəqiq tanıyan lider, Rusiya-Ukrayna müharibəsinin ən yaxşı təhlilçilərindən biri kimi dəyərləndirmişdi. Nəzərə alaq ki, Türkiyə kimi böyük güc faktorunun, NATO ölkəsi rəhbərinin belə fikir səsləndirməsi adi məsələ sayıla bilməz. Dünyanın ən böyük dövlətinin lideri olan Donald Trampın Prezident İlham Əliyevə Ağ Evdəki xitabı da bu baxımdan müstəsa önəm daşıyır: “Siz böyük lidersiniz”.
Dövlətimizin başçısının yaratdığı aydın, uğurlu təəssüratın bəhrəsidir ki, ABŞ Prezidenti Trampın dilindən “Xalqınız böyük xalqdır” iltifatını da eşitdik və inanılmaz dərəcədə qürurlandıq. Şübhəsiz, bu iltifat dəyər baxımından pik nöqtə sayıla bilər. Xalqımızın böyüklüyünün belə yüksək səviyyədə etirafına imkan qazandıran da Prezident İlham Əliyevdir, onun üstün siyasi-diplomatik kursudur. Deməli, Ağ Evdə – dünyanın ən böyük dövlətinin ali ofisində, dünyanın ən möhtəşəm Prezidentinin Azərbaycanın ali rəhbərinə ünvanlanmış xoş fikirləri də həqiqi liderliyə layiqli dəyər və qiymətin beynəlxalq miqyasdakı ən parlaq təzahürüdür. Belə təzahürlə necə öyünməyəsən?
Prezident İlham Əliyevin ABŞ-yə səfəri gözlənilən idi. Bununla bağlı xəbərlər yayılmağa başlayanda Azərbaycanda, az qala, hər kəs bu mövzu barədə müzakirə aparırdı. Səfər çərçivəsində yaşananlar isə gözləntiləri nəinki tam mənada doğrultdu, hətta bir sıra cəhətlərinə görə bütün gözləntilərdən yüksəkdə qərarlaşdı.
Ən müxtəlif şəxslərin dəqiq müşahidə qabiliyyətinin tutarlı nəticələrini, görüş zamanı ayrı-ayrı jestlərə, mimikalara nəzərən rəmzi məqamları necə qiymətləndirdiklərini sosial şəbəkələrdə diqqətlə izlədim. Hər kəsi qürurlandıran məqamlardan biri də Prezident İlham Əliyevin Ağ Evdəki özünəməxsus sərbəstliyi, çox az sayda liderə xas olan özgüvəni, orada az qala ev yiyəsi statusunda davranması idi. Hesab edirəm ki, dövlətimizin başçısının həm dəqiqlik və ciddiyyəti, həm hansısa məsələlərlə bağlı fikirləri, çevik, mükəmməl reaksiyası, ümumən, onun bu səfərin, görüşlərin əhəmiyyətinə, Donald Trampın sülh anlaşmasında roluna dair dilə gətirdiyi düşüncələr, bəzən çox incə yumorla, siyasi ustalıqla  dedikləri diplomatiya dərsliklərində layiqincə yer alacaq.
Prezident İlham Əliyev Vaşinqtondakı mükəmməl siyasi-diplomatik davranışları ilə yeni dünya nizamının mahiyyətinə dərindən bələd olan bir liderin nailiyyətlər salnaməsinin yeni səhifələrini yazdı. Əlbəttə, belə bir liderin ABŞ-yə yüksək səviyyəli səfəri zamanı ərsəyə gəlmiş sənədlər də tarixi əhəmiyyət daşımalı idi və belə də oldu. Bu, təkcə mənim və Azərbaycan ictimaiyyətinin deyil, beynəlxalq aləmin gəldiyi qənaətdir, oturuşmuş fikirdir.
Azərbaycan, ABŞ və Ermənistan Birgə Bəyannaməsi, xarici işlər nazirləri tərəfindən sülh sazişinin paraflanması, Bəyannamədə bunun vurğulanması nəzərimdə 1988-ci ildən başlayaraq, insanlarımızın həyatına ağır təsirlər göstərmiş münaqişənin müxtəlif epizodlarını canlandırdı. Torpaqlarımızın işğalı, acılar, faciələr, ölümlər – Vaşinqtonda bütün bunların sona çatdığının yüksək təminatlı anonsu verildi. Əminəm ki, prosesin tam yekunu olan sülh müqaviləsi də uğurla imzalanacaq.
Azərbaycan və Ermənistan arasında barış mühitinin yaranmasına görə dünyanın ən müxtəlif yerlərindən, hətta bizə qarşı dəfələrlə qeyri-obyektiv davranmış beynəlxalq təşkilatlardan, dövlətlərdən alqışlar eşidir, təbriklər alırıq. Bu alqışlara da, təbriklərə də səbəb Prezident İlham Əliyevdir, onun şəxsində dövlətimizdir. Sanballı analitiklər inamla bildirirlər ki, sülh sazişinə gətirən yol birbaşa İlham Əliyevin tarixi xidmətidir. Elə qardaş Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanın ölkəmizin başçısı ilə son telefon danışığında vurğuladığı da budur. Cənab Ərdoğan Prezident Əliyevi sülhün lideri adlandırdı. Lakin Azərbaycan lideri bu istiqamətdə də özünəməxsus təvazökarlıq nümayiş etdirir. Yada salaq ki, dövlətimizin başçısı Ağ Evdə son dərəcə kübar tərzdə barış mühitinin formalaşmasında Trampın rolunu xüsusi vurğulamışdı. Eyni zamanda, o da məlumdur ki, Azərbaycan Prezidenti Ermənistanın baş naziri ilə birgə ABŞ-nin dövlət başçısını Nobel Sülh Mükafatına namizəd kimi irəli sürmək qərarına gəlib.
Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfərinin və səfər boyu yaşananların böyük tarix mahiyyətində  Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məsələsi də önəmli yerə sahibdir. Məlum olduğu kimi, söhbət bu məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında hər iki ölkənin hökumətləri arasında imzalanmış Anlaşma Memorandumundan gedir. Heç şübhəsiz, sənəd Bakı-Vaşinqton münasibətlərinin tamamilə yeni bir mərhələyə keçdiyini təsdiqləyir. Ona da şübhə yoxdur ki, haqqında söz açdığımız Birgə Bəyannamənin Zəngəzur dəhlizi məntiqi, habelə mövcud xüsusdakı Tramp yolu, Tramp marşrutu və ya Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu deyimləri də yeni mərhələnin uğur trayektoriyasını müəyyənləşdirəcək. Burada ən başlıca məqamlardan biri isə xalqımıza, ölkəmizə qarşı tarixi ədalətsizliyin aradan qalxdığının nümayişkaranə şəkildə ifadə olunmasıdır. Prezident İlham Əliyevin Vaşinqtonda mediaya müsahibəsində səsləndirdiyi bir mülahizə bu baxımdan olduqca önəmlidir: “Əlbəttə, eyni zamanda, bu ədalətsiz düzəlişin ləğv edilməsi və bunun məhz öz ofisində mənim iştirakım ilə etmək çox bir rəmzi xarakter daşıyır. Onu başqa bir formatda da edə bilərdi, sonra imzalaya bilərdi. Amma o, mənim iştirakım ilə bunu etməyə qərar vermişdi”.
Həqiqətən, Prezident Donald Tramp “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin ləğvini nümayişkaranə şəkildə həyata keçirdi. Bu, son dərəcə böyük jesdir. Beləliklə, müstəqilliyimizin ilk illərindən bəri xalqımızı narahat edən, dünyada Azərbaycana qarşı misli görünməmiş haqsızlığın simvolu kimi tanınan sənəd qüvvəsini itirdi. Vaşinqtonda, həmçinin, fəaliyyəti ədalətsizliyə meydan verməyə, torpaqlarımızın işğalını leqallaşdırmağa yönəlmiş bir təsisatın – ATƏT-in Minsk Qrupunun varlığına rəsmən son qoyulacağına mütləq təminat verildi. Bəlli gerçəklikdir ki, Minsk Qrupu həmsədrlərinin uzun zaman ərzində regiona, ölkəmizə saysız səfərləri, bununıa bağlı çıxışları dövlətimizin rəhbərliyində və xalqımızda ikrah, qəzəb doğurmuş, bu qrupun təmsilçiləri məsxərə predmetinə çevrilmişdilər. Təəssüf ki, otuz ilə yaxın müddətdə saxta sülh elçilərinin hoqqabazlığına dözmək məşəqqətini yaşadıq. Amma bu dövr də artıq qapanmaq üzrədir. Ölü təsisata çevrilmiş Minsk Qrupunun Azərbaycan və Ermənistan arasında münaqişənin mövcudluğunu, onun guya davam etdiyi məntiqini vurğulaması məlumdur. Ona görə də ölkəmizin rəhbərliyi bu qrupun ləğvini çox vacib şərt kimi irəli sürür. Bakının İrəvan qarşısındakı ikinci şərti isə Ermənistan Konstitusiyasının işğalçılıq, ərazi iddiası mahiyyətindən qurtulmasıdır ki, yekun sülh müqaviləsinin imzalanmasınadək bu tələbimizin də yerinə yetiriləcəyi artıq rəsmən təsdiqini tapıb. Vaşinqton uğurumuzu şərtləndirən amillərdən biri də məhz bu təsdiqlənmədir.
Sonda ümumiləşdirmə apararaq deyim ki, müasir dövrdəki haqq davamızın bir çox təntənələrini hədsiz qürurla, böyük sevinclə yaşamışıq. 2020-ci il 8 Noyabr Zəfəri, 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası hər birimizi sevinc gözyaşlarına qərq edib. Hesab edirəm ki, 8 avqust 2025-ci il tarixi də öz möhtəşəmliyinə, bizə yaşatdığı qürur və xoşbəxtliyə görə onlardan heç nə ilə geri qalmır. Bu tarix son illərin uğur və nailiyyət silsiləsinin məntiqi davamı, müqəddəs haqq mübarizəmizin zəfərlə nəticələnməsinin dünya birliyi tərəfindən birmənalı şəkildə qəbul edildiyi misilsiz məqamdır. Birbaşa Prezident İlham Əliyevin adı, fəaliyyəti ilə bağlı olan daha bir möhtəşəm yaşantıdır. Buna görə, həqiqətən, xoşbəxt xalqıq. Xoşbəxt xalqı və onun liderini yeni parlaq zəfər münasibətilə təbrik edirəm!
Rəşad MƏCİD,
Azərbaycan Mətbuat Şurasının sədri
Əvvəlki yazı

Anasına “pozğun” dediyinə görə 40 yaşlı şəxsi bıçaqlayan məktəbliyə şərti cəza verildi

Sonrakı yazı

34 yaşlı kişi qətlə yetirilib, meyiti doğranaraq Ağsuda dağlıq əraziyə atılıb

Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı

Beyləqanda itkin düşən qadının parçalanmış meyiti aşkarlandı

12 Noyabr 2025, 17:29
İlham Əliyev yeni icra başçılarını qəbul etdi — FOTOLAR

İlham Əliyevdən məmurlara XƏBƏRDARLIQ

12 Noyabr 2025, 15:05
Milyonların sərf edildiyi Abşeronun bərbad yolları – Abdin Fərzəliyevlə müəmmalı şirkəti nə bağlayır?

Milyonların sərf edildiyi Abşeronun bərbad yolları – Abdin Fərzəliyevlə müəmmalı şirkəti nə bağlayır?

12 Noyabr 2025, 14:58
İlham Əliyev yeni icra başçılarını qəbul etdi — FOTOLAR

İlham Əliyev yeni icra başçılarını qəbul etdi — FOTOLAR

12 Noyabr 2025, 14:47

Saleh Məmmədovun rəhbərlik etdiyi Agentlikdə toy toya qarışıb: Dəvətnamə 50, masa 500, müğənnilər isə 200 min AZN…

12 Noyabr 2025, 14:42
Prezident Fuad Nəcəflini vəzifəsindən azad etdi – Sərəncam

Prezident Fuad Nəcəflini vəzifəsindən azad etdi – Sərəncam

12 Noyabr 2025, 14:40
Tanınmış jurnalistə vəzifə verildi

Tanınmış jurnalistə vəzifə verildi

12 Noyabr 2025, 14:33
Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi – Həbs olundu

Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi – Həbs olundu

12 Noyabr 2025, 14:30
“Şərurlu İsfəndiyar” ölkədən çıxa bilmədi

“Şərurlu İsfəndiyar” ölkədən çıxa bilmədi

12 Noyabr 2025, 14:19
Bu icra başçısı da vəzifəsindən azad olundu – Daha bir SƏRƏNCAM

Bu icra başçısı da vəzifəsindən azad olundu – Daha bir SƏRƏNCAM

12 Noyabr 2025, 14:17
Elşən Həsənli icra başçısı təyin edildi

Elşən Həsənli icra başçısı təyin edildi

12 Noyabr 2025, 14:16
Mükafat yazılıb, amma məqsəd onlayn tələdir – DİN-dən çağırış

Mükafat yazılıb, amma məqsəd onlayn tələdir – DİN-dən çağırış

11 Noyabr 2025, 13:09
Rəşad Dağlı azadlığa çıxıb? – Görüntülər YAYILDI

Rəşad Dağlı azadlığa çıxıb? – Görüntülər YAYILDI

11 Noyabr 2025, 13:07
Zelenskinin müsahibəsi zamanı işıqlar söndü – Video

Zelenskinin müsahibəsi zamanı işıqlar söndü – Video

11 Noyabr 2025, 13:04
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

11 Noyabr 2025, 13:03
Sarkozi azadlığa buraxıldı

Sarkozi azadlığa buraxıldı

10 Noyabr 2025, 18:40
Erməni iş adamı Gürcüstanda həbs edildi — 12 ilədək cəza ala bilər

Erməni iş adamı Gürcüstanda həbs edildi — 12 ilədək cəza ala bilər

10 Noyabr 2025, 17:33
İmişlidə doğuş zamanı qadının ölümü ilə bağlı DƏHŞƏTLİ TƏFƏRRÜAT

İmişlidə doğuş zamanı qadının ölümü ilə bağlı DƏHŞƏTLİ TƏFƏRRÜAT

10 Noyabr 2025, 17:30
Sumqayıtdan Bakıya gələnlərə ŞAD XƏBƏR

Sumqayıtdan Bakıya gələnlərə ŞAD XƏBƏR

10 Noyabr 2025, 17:28
Kürdəmir sakini göyərçinlərinə hücum etdiyinə görə pişiyi asdı — VİDEO

Kürdəmir sakini göyərçinlərinə hücum etdiyinə görə pişiyi asdı — VİDEO

10 Noyabr 2025, 17:24

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.