04-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Hikmət Hacıyevə açıq məktub: Vüqar Əliyevlə Zakir Həsənovun siyahısındakı fərq

14 Mart 2021, 01:16
Gündəm
A A
Hikmət Hacıyevə açıq məktub: Vüqar Əliyevlə Zakir Həsənovun siyahısındakı fərq

 

Heç vaxt məmurlara simpatiyam olmayıb. Bu, bəlkə də içimdəki Nizami Gəncəvi utopiyasının (bu il Nizami Gəncəvi ilidir deyə, burda hökumətə jest edirəm) bir gün reallaşacağına inamla bağlıdır. Amma elə məmurlar olub ki, bu prinsiplərimi pozub. Məsələn , Əli Məsimli baş nazir, Tofiq Qasımov xarici işlər naziri, Misir Mərdanov BDU rektoru, Fərhad Əliyev iqtisadi inkişaf naziri, Kəmaləddin Heydərov FHN rəhbəri, İsgəndər Həmidov və Ramil Usubov polis şefi kimi bir çox məmurlara olan münasibətimdən müsbətə doğru əks hissi yaradıb. Saydıqlarım arasında dünyasını dəyişənlər də var. Tanrı ölənlərin ruhunu şad, qalanları günahdan uzaq eləsin. Bu sırada sonuncu yer alanlardan biri də prezidentin köməkçisi Hikmət Haciyev(idi )dir. İnanın ki, “idi” yazmaq mənim üçün də asan deyildi . Ona görə də mötərizəyə aldım ki , bəlkə ixtisar etmək mümkün oldu. İndi isə keçək Mustafaya…
Nə 44 günlük müharibədən , nə də bu müddətdə Azərbaycan xalqının və dövlətinin göstərdiyi mətanətdən yazmaq niyyətində deyiləm. Bunu sözlə ifadə etmək olmaz , ancaq yaşamaq olardı və yaşadıq .Həmin günlərin qəhrəmanlarından biri də Hikmət Hacıyev idi. Həm də tək çıxışlarına görə yox, həyat tərzinə , baxışlarına, davranışına görə adam xalqın sevgisini qazanmışdı. Bu xalqın (elə həm də mənim) sevgisini qazanmağa nə var ki… Allahın bəndə kimi verdiyi ömrü insan kimi yaşamaq yetər. Axı heç kəs dünyaya məmur kimi, bahalı kreslo və avtomobillərdə gəlməyib və dünyadan da heç kim məmur kimi getməyib. Çox böyük sayqım olan Hikmət müəllimin də bu həqiqəti bilib əməl etdiyinin fərqindəyəm. Ona görə aşağıdakı sualları ərklə, Qarabağ savaşının cəbhədə döyüşən zabitinin diplomatiya meydaninda savaşan generalına etik müraciəti kimi qəbul edin:

Hikmət müəllim , Ağdama son media səfərində məqsəd Qarabağın Azərbaycan torpaqlarının olmasını Azərbaycan mətbuatına qəbul etdirmək idi yoxsa pul silmək?

Bu səfərin iştirakçılarını müəyyənləşdirərkən birbaşa savaşda olan jurnalistlərimiz də yadınıza düşdümü ?

Bu artıq neçənçi dəfədir ki , Qarabağ savaşı və media birgəliyi ilə bağlı dövlət səviyyəsində tədbirlər keçirilir və heç biririnə bu savaşda iştirak edən media təmsilçiləri dəvət olunmur. Bu unutqanlıqdır yoxsa saymamazlıq?

Prezidentin “mənim dostlarım” dediyi jurnalist camiəsinin Qarabağ veteranı olan kəsiminə belə münasibət göstərilirsə, sadə vətəndaşlar arasından olan Qarabağ döyüşçülərinə sayğısızlığı təsəvvür edirsinizmi?

…Və nəhayət media ilə bağlı məsələləri Prezident Admistrasiyasında hələ də Vüqar Əliyev həll edirsə , onda Əli Həsanovu işdən azad etməyə nə gərək var idi?…

Suallar çoxdur, Hikmət müəllim. Bu suallara cavab verməyinizdən daha çox həmin sualları və problemi özünüzün də bildiyinizə ümid edirik. İnanın ki , Ağdamdan fotolar yayan həmkarlarımıza ancaq uğur dilədik. Amma Taleh Şahsuvarlı , İlham Tumas kimi döyüşçü jurnalistlərimizin həmin ərazidə savaş xatirələrini də bölüşmək daha gözəl olmazdımı. Gerçəkdən köhnəliyə yox deyib prezidentin çıxışlarında ifadə olunan yeni sistem qurmaq iddiasındayıqsa , belə qüsurlarla alınmayacaq. Və siz heç narahat olmayın, bu gün Ağdama, Şuşaya, Zəngilana rahat avtobuslarda çox jurnalist səfərləri təşkil olunar . Həmin səfərlərdə Vüqar Əliyevin siyahısı işləyəcək. Amma sabah Xocalıya, Əsgərana , Xankəndiyə tank üzərində getmək lazım olacaqsa, Zakir Həsənovun siyahısı əsas götürüləcək və əmin olun biz yenə də ikinci siyahıda olacağıq, Hikmət müəllim.
Nəsimi Şərəfxanlı, ehtiyatda olan zabit, II Qarabağ müharibəsi iştirakçısı.

Əvvəlki yazı

Türkiyədə koronavirusa gündəlik yoluxma sayı 15 mini ötdü

Sonrakı yazı

Xərçəng yaradan viruslar (SİYAHI)

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.