19-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Ata-baba yurdu Laçına bayraq sancmaq uğrunda canını fəda etmiş Şahgündüz

25 Dekabr 2020, 16:30
Cəmiyyət
A A
Ata-baba yurdu Laçına bayraq sancmaq uğrunda canını fəda etmiş Şahgündüz

Ata-baba yurdu Laçına bayraq sancmaq uğrunda canını fəda etmiş Şahgündüz
Ata-baba yurdu Laçına bayraq sancmaq uğrunda canını fəda etmiş Şahgündü.

44 günlük Vətən müharibəsində adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıraraq şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də 25 yaşlı Şahgündüz Cabbarovdur.

“Report” xəbər verir ki, o, Füzulinin Əbdürrəhmanlı kəndi yaxınlığında gedən döyüşlərdə qəlpə yarası alıb və şəhid olub.

Cabbarovlar ailəsi əslən Laçın rayonunun Oğuldərə kəndindəndirlər. 1992-ci ildə doğma yurdlarından didərgin düşəndən sonra Bərdə rayonuna pənah gətiriblər. Ailə 2016-cı ildə Bakıya köçüb, Qala qəsəbəsində SOCAR-ın balansında olan inzibati binada məskunlaşıb.

Şahgündüz Cabbarov 1995-ci ilin yanvarın 13-də Bərdənin Mollalı kəndində anadan olub. Rayonun Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon tam orta məktəbində təhsil alıb. 2012-ci ildə məktəbi bitirib.

Həmin il Azərbaycan Dövlət Neft Akademiyasının (ADNSU) Qaz-neft və mədən fakültəsinə qəbul olunub. Bakalavr təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb.

2016-2017-ci illərdə o zaman ön xətdə yerləşən postlardan birində Vətənə borcunu yerinə yetirib. Xidmət vaxtı yüksək hərbi nizam-intizam nümayiş etdirdiyinə, döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə görə Hərbi birliyin komandiri general-mayor Mayis Bərxudarov tərəfindən Fəxri fərmanla təltif edilib.

2018-ci ildə SOCAR-da qazmaçı vəzifəsində işə qəbul olunub.

Vətən müharibəsi başlayan kimi könüllü olaraq döyüşə yollanıb, torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmanlıqlar göstərib. Oktyabrın 25-də şəhid olub.

Şəhidin anası Simuzər Cabbarova oğlunun yoxluğunun onun üçün çox çətin olduğunu deyir: “Hər zaman mənə sual verirdi ki, Laçın necə yerdir? Özüm Laçının Korcabulaq kəndindənəm, ancaq yoldaşım Oğuldərədəndir. Oğuldərədəki çayların adını elə də bilmirdim. Ancaq oğlum hamısının adını əzbər bilirdi. Çox diqqətcil idi. Tovuz hadisələri zamanı yayda balaca qardaşı ilə birlikdə cəbhəyə getmək üçün könüllü yazılmışdı. O vaxt ana kimi mənə təsəlli verirdi ki, heç vaxt məni aparmazlar. Müharibə başlayan günün səhəri Bərdəyə getdi. Orada yaralılara baş çəkirdi. Sentyabrın 30-u mənə zəng elədi ki, sənə yaxşı xəbərim var. Cavab verdim ki, de görüm. Dedi ki, məni müharibəyə çağırırlar. Gedirəm Oğuldərəni alacam və ora bayraq sancacam. Mən ölməyə yox, torpaq almağa gedirəm. Məni elə inandırırdı ki, elə bilirdim ki, ona heç nə olmaz. Bayraq da götürdü ki, bunu Oğuldərədə yüksəldəcəm. İstəyim odur ki, Oğuldərəyə gedəndə harasa bayraq sancım. Çünki o bayraqda oğlumu görürəm. Kövrəlib ağlayanda da elə bilirəm ki, oğlum gəlib mənə yaxınlaşacaq və deyəcək ki, ana ağlama!”.

Atası Habil Cabbarov (şair Kamil Vəfadar) isə qeyd edir ki, Şahgündüz məcburi köçkünlükdən, yəni Laçının işğalından 3 il sonra – 1995-ci il yanvarın 13-də Bərdə rayonunda dünyaya gəlib: “Təxminən 4-cü sinfə gedən vaxtlardan artıq şeirlər yazırdı. Hələ o yaşında necə vətənpərvər olduğunu mənə verdiyi suallardan görməyə başladım. 2016-cı ildə Aprel döyüşləri başlayanda Şahgündüz Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alırdı. Döyüşlərdə könüllü iştirak etmək üçün dərhal cəbhəyə getmişdi. Ali məktəbdə oxuduğuna görə qəbul etməmişdilər. Bütün varlığı, ruhu və qəlbi əsgərlərin yanında idi. Sentyabrın 27-də Vətən müharibəsi başlayan kimi dərhal mənə zəng etdi ki, ata, çoxdan gözlədiyimiz gün gəlib çatdı. Mən döyüşə gedirəm. Pulemyotçu kimi ona pulemyot vermişdilər. Ancaq oğlum bununla da qane olmamış və öz ərizəsi ilə xüsusi təyinatlıların həmlə taboruna keçmişdi. Bu tək torpaq müharibəsi deyildi, bu həm də vicdan, ləyaqət müharibəsi idi. İnsan mənəviyyatında nə var idisə, onun hamısı bu müharibədə var idi. Ali Baş Komandan İlham Əliyevin əmri ilə hamı bir yumruq kimi birləşib bu qələbəni yaşadıq”.

Atası Şahgündüzün timsalında bütün şəhidlərə şeir də ithaf edib:

Ay oğul, cavan canını

Qıydığın Vətən sağ olsun.

Gülərüzünü qoynuna

Qoyduğun Vətən sağ olsun.

Mən qələm aldım əlimə,

Söz toxudum ilmə-ilmə,

Sən şöhrətin bu aləmə

Yaydığın Vətən sağ olsun.

Qanlı yollar aça-aça,

Yurddan-yurda qaça-qaça,

Dünyada hər şeydən uca-

Saydığın Vətən sağ olsun.

Bacısı Sevil Cabbarova Şahgündüzlə sonuncu görüşünü, vida gününü belə xatırlayır: “Son sözüm o oldu ki, sağ-salamat gəl, amma gəlmədi. Qardaşım əsas istəyinə çatdı. Laçın alındı. Şəhidlik xəbərini alanda dedim ki, tək öz ailəmizin deyil, bütün aləmin günəşi sönmüş kimi hiss etdim. Çünki o, adı kimi hər yerə o qədər işıq saçırdı ki…”.

“Mamam oğlu Şakir İsgəndərov (Azərbaycanın bəzi rayonlarında, o cümlədən Laçında atanın bacısına bibi deyil, mama deyə müraciət olunur) 1993-cü ilin aprel-may aylarında 19 nəfərlə birlikdə Laçın və Kəlbəcər ərazisində 54 gün erməni mühasirədə qalıb. Şakir Laçından özü ilə bayraq gətirmişdi. Mətbuatda da bu barədə məlumat çox gedib. Deyirdi ki, Şakir əminin gətirdiyi bayrağı mən aparıb Laçına sancacağam. Hamımıza belə deyirdi deyə heç bir söz tapmadıq cavab verməyə.

Əvvəlki yazı

Bakıda 46 yaşlı qadın özünü yandırıb

Sonrakı yazı

10 yaşlı Nərminin qətlində təqsirləndirilənlə bağlı yeni qərar

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.