02-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

700 bal toplayan abituriyentlər hara yox oldu? – Davamı ağlamalı olacaq

01 İyun 2019, 23:06
Gündəm
A A
700 bal toplayan abituriyentlər hara yox oldu? – Davamı ağlamalı olacaq
1992-ci ildən bəri tətbiq olunan test üsulu ilə tələbə qəbulunun tarixində ən aşağı göstərici bu il qeydə alınıb. Yüksək bal toplayan yoxdur.

Həmişə ilin bu günləri toplanması mümkün 700 balın 700-nü də toplayan vunderkindlərin adını tanıyar, tanımaza-bilməzə onlarla qürur duyardıq (vətən övladlarıdır, millətin gələcəyidir deyə).

Jurnalistlər o uşaqlardan, müvəffəq abituriyentlərdən müsahibələr götürərdilər, hamı onların necə də aydın zəkaya malik olduqlarını, irəlini düşündüklərini, ölkəyə yararlı kadr olmağa hazırlaşdıqlarını görərdi.

Son 27 ildə ilk dəfədir ki, maksimum bal toplayan olmadı.

Ancaq bu gözlənilirdi. Hələ keçən il Dövlət İmtahan Mərkəzi qurulmuş İsveçrə saatı kimi işləyən testlə qəbul mexanizminin ora-burasını söküb-yığanda, “təkmilləşdirəndə” aydın idi ki, bu mexanizm pozulacaq və onun mənfi nəticəsi özünü növbəti imtahan ilində göstərəcək.
Budur, ölkənin “vunderkind övladları” yoxa çıxıb.

Bəs bu necə oldu? Təcrübə göstərir ki, builki abituriyentlər keçənilkilərdən (eləcə də 10, 20 il öncəkilərdən) daha çox oxuyur, daha çox hazırlaşırlar.

Buna əmin olmaqdan ötrü şəhərin hər tərəfində səhərin altoranlığında əliçantalı abituriyentlərin repetitor yanına getdiyini görmək yetər. Bir səhər o başdan deyil, axşam saat 7-8-də, hətta 9-da belə repetitor yanından qayıdan abituriyentlərə rastlaşmaq mümkündür.
Tələbə olmaq istəyən gənclər oxuyurlar, özlərinə cəfa verirlər, gözlərinin nuru gedir, arıqlayıb çöpə dönürlər. Valideynlər hər ay 200-600 manat aralığında əlavə xərc çəkərək övladlarının ali məktəbə bilik gücünə daxil olmasını təmin etməyə çalışırlar.
Hazırlıq kurslarına və fərdi repetitorlara ödənilən məbləğin arasında disbalans o üzdəndir ki, şəhərin mərkəzi ilə şəhərətrafı qəsəbələr arasındakı tariflər eyni deyil. Üstəlik, adları “bunker müəllimi” kimi çıxmış, həqiqətən də öhdələrinə götürdükləri abituriyentlərin maksimum bal toplamasını təmin edən müəllimlər öz əməklərinin qiymətini elə maksimum həddə müəyyən ediblər.

Valideynlər bu durumdan çox da narazı deyil. Onların başlıca məqsədi odur ki, övladları maksimum bal toplasın və ən yaxşı universitetlərin ən yaxşı fakültələrinə daxil olsunlar ki, ali məktəbdən məzun olduqdan sonra işsiz qalmasınlar.

Bəs DİM-in məqsədi nəydi ki, saat kimi işləyən mexanizmi korladı və builki abituriyentlər maksimum bal toplaya bilmədilər? İndi bizim gözümüzü 700 bala dikməyimizlə deyil, bu, o deməkdir ki, 650-690 bal toplayanlar da azalıb. 500 bal toplayanlar 450 ilə kifayətlənib, 400 bal toplayası gənclər isə 300-dən də aşağı ballarda dayanıblar.
Bəzi müşahidəçilərin fikrincə, DİM-i bu islahata vadar edən başlıca səbəb ildən-ilə 700 və 650-690 bal toplayan abituriyentlərin sayında artım olmasıydı.

Belə çıxırdı ki, abituriyentlər maksimum bal toplamağın çəmini tapmış, sirrini çözmüşdülər və DİM “islahat” keçirərək, bu uğur düsturunu onların əlindən almaq istədi.

Dərindən düşünəndə isə aydın olur ki, bu işdə heç bir sirr-filan yox idi, sadəcə, gənclər özlərindən əvvəlki abituriyentlərin də təcrübəsini əxz etmiş, təhsil alarkən boşluq buraxmır, hansı fənləri necə mənimsəməyi, hardan başlayıb, harda bitirməyi öyrənmişdilər. Bu, onlara aylarla yuxusuz gecə keçirmək, tətil, istirahət bilməmək hesabına başa gəlir. Heç də asan deyil. Heç kim durduğu yerdə 700 bal toplaya bilməz. Bundan ötrü bir dərsi bəlkə də 700 dəfə oxuyub-danışmaq lazımdır.
Ancaq DİM dövlət sifarişi ilə qəbul olunanların sayının minumum olmasını təmin etmək üçün belə bir “islahat” keçirdi və budur, “islahat”ın meyvəsi göz önündədir. Maksimum ballar dövlət sifarişinə düşənlərin minimum sayda olmasına qurban verilib.
Zatən, illərdir bir gizli mübarizə gedirdi ki, son 27 ildə ölkədə ən uğurlu islahat kimi tarixə düşən test üsulu ilə qəbula necə barmaq eləsinlər və qəbul məsələsi sovet dövründə olduğu kimi, müəllim tamahı və vicdanının öhdəsinə qalsın. O vaxtlar vicdansız müəllimlər o qədər əlaçı şagirdə “bala, get, gələn il gələrsən” deyə, ağlada-ağlada evə yola salırdılar ki.

Test üsulu ilə qəbul isə o ağlaşmaya son qoymuşdu.

Belə görünür ki, yavaş-yavaş əski əyyamlara dönürük. Bu, hələ jurnalıdır. Davamı ağlamalı olacaq.

Xalid Kazımlı
Musavat.com
Əvvəlki yazı

Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait açıqlanıb- Rəqəmlər

Sonrakı yazı

Samuxda tələbə qız intihar edib- Özünü yaşadığı evin çardağından asıb

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

02 Sentyabr 2025, 10:47
İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

02 Sentyabr 2025, 10:44
Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

02 Sentyabr 2025, 10:27
İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

02 Sentyabr 2025, 10:25
Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

02 Sentyabr 2025, 10:23
Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

02 Sentyabr 2025, 10:20
“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

02 Sentyabr 2025, 10:19
Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

02 Sentyabr 2025, 10:15
İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

02 Sentyabr 2025, 10:14
Bu kanalın baş redaktoru vəzifəsindən getdi

Bu kanalın baş redaktoru vəzifəsindən getdi

02 Sentyabr 2025, 10:12
Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

02 Sentyabr 2025, 10:09
Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

02 Sentyabr 2025, 10:08
Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

01 Sentyabr 2025, 15:56
İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

01 Sentyabr 2025, 15:55
Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

01 Sentyabr 2025, 15:45
“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

01 Sentyabr 2025, 15:24
ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

01 Sentyabr 2025, 15:22
Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

01 Sentyabr 2025, 15:19
İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

01 Sentyabr 2025, 14:27
Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

01 Sentyabr 2025, 14:24

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.